Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vüqar Səfərlidən baş redaktora təklif - KİVDF-dən pul ala bilmək üçün kimsə sizi himayə etməlidir

8-02-2020, 08:33   
      
Vüqar Səfərlidən baş redaktora təklif - KİVDF-dən pul ala bilmək üçün kimsə sizi himayə etməlidir
Xəbər verdiyimiz ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin 1-ci yarımili üçün gündəlik, günaşırı və həftəlik nəşr olunan ictimai-siyasi qəzetlərə maliyyə yardımı ayırıb.
Yeniavaz.com xəbər verir ki, maliyyə yardımı almayan qəzetlərdən biri də ölkədə rus dilində çap olunan həftəlik "Nedelya" qəzetidir.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən qəzetin baş redaktoru Saimat Balametova bildirdi ki, KİVDF-yə maliyyə yardımı üçün müraciət etsələr də bu yardımı ala bilməyiblər.
Baş redaktor bildirdi ki, ötən ilin 2-ci yarısında müraciət etdiyimiz zaman, maliyyə yardımı ayırmadılar: "Bundan sonra məni KİVDF-yə dəvət edib maliyyə yardımının ayrılmamasının səbəblərini dedilər. Bildirdilər ki, elektron-qaimə faktura təqdim etmədiyimiz üçün bizə maliyyə yardımı ayırmayıblar".
Baş redaktor Saimat Balametovanın sözlərinə görə, KİVDF sədri Vüqar Səfərliyə "Nedelya" qəzetinin yüksək tirajla çap olunduğunu və rusdilli oxucular arasında çox oxunduğunu bildirdiyimiz zaman, KİVDF sədri stolun üzərindəki "Mövqe" qəzetini göstərərək bildirib ki, bu qəzet oxunmur, amma onun adı ilə bağlı olduğu üçün pul ayrılır.

"Nedelya" qəzetinin baş redaktoru deyir ki, Vüqar Səfərli ona, əgər onları da kimlərsə himayə etsəydi və "Nedelya" qəzeti harasa bağlı olsaydı, onda yardım ayıra biləcəklərini bildirib: "Halbuki biz KİVDF-nin maliyyə yardımı ilə bağlı irəli sürdüyü şərtlərə tam şəkildə əməl etmişik. Amma belə görünür ki, KİVDF rəhbərinin dediyi kimi, maliyyə yardımı ala bilmək üçün kiminsə adamı olmaq lazımdır".
Saimat Balametova deyir ki, onlar elektron-qaimə ilə bağlı iradları düzəltdikdən sonra maliyyə yardımı üçün yenidən müraciət ediblər: "Nəticələr açıqlanana kimi - yəni fevral ayının 3-nə kimi heç kim bizə hansısa sənədin çatışmadığı barədə irad bildirməyib. Daha sonra Fonddan zəng edərək bizi ora dəvət etdilər ki, hansı səbəbdən maliyyə yardımı ala bilmədiyimizi bizə izah etsinlər".
"Nedelya" qəzetinin baş redaktoru bildirir ki, görüş zamanı KİVDF sədri Vüqar Səfərli olduqca qəribə açqılama verib: "Vüqar Səfərli bildirdi ki, sizin qəzetdə "krossvord" çap olunduğu üçün maliyyə yardımı ayıra bilmərik. KİVDF sədri dedi ki, onlar ancaq ictimai-siyasi qəzetlərə yardım ayırırlar. Biz buna etiraz edərək bildirdik ki, "Nedelya" qəzeti ictimai-siyasi qəzet kimi dövlət qeydiyyatına alınıb və bununla bağlı müvafiq rəsmi sənədi də KİVDF-yə təqdim etmişik. 24 səhifədən ibarət olan "Nedelya" qəzetinin yalnız bir səhifəsində "krossvord" çap olunur. Maraqlıdır ki, KİVDF-dən maliyyə yardımı alan bəzi qəzetlərin də "krossvord" səhifələri mövcuddur. Lakin, onlara bu irad bildirilmir və maliyyə yardımı ayrılır".
KİVDF-nin maliyyə yardımı ilə bağlı qərarı açıqlanmazdan əvvəl qəzetlərin birində layihə ilə bağlı yazı dərc olunub. Həmin qəzet əvvəlcədən necə bilir ki, onların müraciəti KİVDF tərəfindən qəbul olunacaq".
"Nedelya" qəzetinin baş redaktoru onu da qeyd etdi ki, ölkədə rus dilində qəzet oxuyan böyük oxucu kütləsi var: "Ancaq təəssüf ki, KİVDF oxucusu çox olan qəzetlərə dəstək olmaq əvəzinə heç kimin oxumadığı, ancaq kimlərəsə bağlı olan qəzetlərə yardım ayırır".

KİVDF-nin qəzetlərə maliyyə yardımı ayırması məsələsinə münasibət bildirən jurnalist, ictimai əlaqələr üzrə mütəxəssis Arif Əliyev yeniavaz.com-a açıqlmasında bildirdi ki, KİVDF-nin prinsipi ümumiyyətlə yanlışdır: "Onların qəzetlərə ayırdığı vəsait kəsilən kimi fəaliyyətləri də dayanacaq. Heç kimə lazım olmayan və ya ciddi senzura altında fəaliyyət göstərən qəzetlərə pul ayırmaq jurnalistikanı inkişaf etdirə bilməz. Bu prinsipin jurnalistikanın fəaliyyətinə heç bir müsbət təsiri yoxdur. Qeyd edim ki, bu qurum qəzetlərə yardım ayırmaq üçün qurulmayıb. Bu cür yardımları KİVDF-siz də bölmək olar. KİVDF işçiləri nizamnaməni açıb birdə oxumalıdırlar. Orada yazılan əsasnamələrə əməl edilməlidir. Orada hər şey yazılıb. Düzdür qəzet jurnalistikası Azərbaycanda öldürülüb ancaq fəaliyyətinə ehtiyac həmişə var. Sadəcə hazırda ölkədə fəaliyyət göstərən qəzetlər qeyri-professionaldır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar