Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Sədərək” ticarət mərkəzi yanır - FOTO/VİDEO

18-02-2020, 08:29   
 


Bakıda ticarət mərkəzində yanğın baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb. 

Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib. 


Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. 

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar