Ana səhifə

General Mehdiyevin qohumu maşınla adam öldürdü General Mehdiyevin qohumu maşınla adam öldürdü

    Tarix: 14-03-2020 12:20   


General Mehdiyevin qohumu maşınla adam öldürdü
Загрузка...
Vüsal Nuriyevin maşını hazırda cərimə meydançasıdır
Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. "90-AG-303” nömrə nişanlı, "Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir. Məlumatı Meydan TV-yə verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.
 

Avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir. Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib. Avtomobil hazırda Saray yolunda yerləşən "Cərimə meydançası"nda saxlanır.

"Cərimə meydançası"ının işçiləri də faktı təsdiqləyiblər. Vüsal Nuriyevə yaxın mənbənin verdiyi məlumata görə, faktla bağlı öncə Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, sonra iş eyni rayonun prokurorluğuna yönləndirilib. Polis İdarəsində işin müstəntiq Elçin Süleymanova tapşırıldığı bildirilsə də, o, deyilənləri təkzib edib. Lakin həmin polis idarəsinin adının açıqlanmasını istəməyən başqa bir mənbə deyilənləri təsdiqləyib.
"Vüsal Nuriyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadrıdır. Hətta deyilənə görə xalası oğludur. Ona görə də hadisəni ictimailəşdirmirlər”.

Abşeron Rayon Prokurorluğundan münasibət öyrənmək mümkün olmasa da, burada da işin Elçin adlı müstəntiqdə olduğu deyilib. Hadisə yerində ölən qadının kimliyini hələlik məlum deyil.
Gömrük Komitəsi deyilənləri təkzib edib. "Sınıq körpü” postundan isə rəisin iş başında olduğu bildirilib. "Biz də eşitmişik, amma doğru olub-olmadığını bilmirik. Rəis işə o maşında gəlmir”, - deyə adının açıqlanmasını istəməyən post yetkilisi Meydan TV əməkdaşına deyib.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net