Ana səhifə

Bakıda özəl klinikada bkirə qızı "hamilə" çıxartdılar - Nişanlısı şok keçirdı -ŞOK...

    Tarix: 11-06-2020 09:47   

"Dəfələrlə həkimə dedim ki, necə hamilə qala bilərəm, axı cinsi həyat yaşamıram" 



Bakıda “Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib.

Bu barədə Medicina.az-a pasiyentin özü məlumat verib.

O, bildirib ki, ötən gün qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla “Sağlam ailə” klinikasına gedərək, orda USM müayinəsindən keçib. Lakin orada ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu “Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər.

Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib:

“”Sağlam ailə”nin həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.

Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm.

Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük.

Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu dedilər. Kağızda “extrogen hamiləlik” yazılmışdı və sual işarəsi qoyulmuşdu. Soruşdum, bu nədir, dedilər, gedin test edin, analiz verin.

Dəfələrlə həkimə dedim ki, bu ola bilməz. Hardan hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram.

Təsəvvür edin, həmin an nişanlımın vəziyyətini.

Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki etirazımı bildirim, məni içəri buraxmadılar. Orda bir sutkaya 350 manat ödəmişdim, onu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.

Nəticədə digər klinikada yenidən USM müayinə olunan xanımda yumurtalıqda ağırlaşmış follekulyar kist aşkar olunub və müalicə yazılıb:

“Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. O kist partlayardı, qanama güclənərdi… Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar? Klinikadan ödədiyim pulu geri istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm”.





Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net