Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Ölkənin şimalında və cənubunda təxribatlar hazırlanır” - sensasion açıqlama

13-04-2019, 12:59   


Azərbaycanın eks baş naziri, Azərbaycan Xalq Partiyasının rəhbəri, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseyn Musavat.com-un Facebook və Youtube üzərindən yayımlanan “Canlı debat” verilişi zamanı sensasion açıqlamalar verib.

Pənah Hüseyn bildirib ki, o, ölkəmizlə bağlı ciddi informasiyalar alıb: “Mənə xaricdəki dostlarımız bildirdilər ki, bu ayın sonu, gələn ayın əvvəlində ölkənin həm şimalında, həm də cənubunda təxribatlar hazırlanır. Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər. Çox diqqətli, ehtyatlı olmaq lazımdır. Cürbəcür məqsədlər üçün bu təxribatlar hazırlanır. Bunlardan birinin Avropa Birliyi ilə bağlanan müqavilənin imzalanmasını dayandırmaq, ya da sıradan çıxarmaq olduğunu iddia edirlər. Bu məsələdə ermənilərin də işləməsi, ölkədə xaosun olmasında onların da marağının olması aydındır”.

Sabiq baş nazirin fikrincə, konkret hadisələrə görə konkret şəxslərin haqqında inzibati və cinayət hüququ əsasında tədbirlər görülməlidir: “Gözümüzün qabağında bəzi ölkələrdə baş verənləri xatırlatmaq istəyirəm. Onlarda da heç bir şey gözlənilmirdi. Amma iqtidarların silah gücünə devrilməsini müşahidə edirik. O baxımdan, pereventiv tədbirlər kimi, hesab edirəm ki, ölkədə real islahat, real dəyişim, real, demokratik seçki tətbiq olunmalıdır. Allah eləməsin ki, bu cür hadisələr xoşagəlməz nəticələrə səbəb olsun”.

Sevinc, Musavat.com

"Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar