Ana səhifə

Məmurlarımızın maraqlı hobbiləri – Cins atlar, ekzotik heyvanlar...

    Tarix: 07-09-2019 11:23   

         
Məmurlarımızın maraqlı hobbiləri – Cins atlar, ekzotik heyvanlar...
Məşhur və vəzifəli şəxslərin həyatı insanlar üçün hər zaman maraqlı olub. Xüsusilə ölkəmizdə yüksək post tutan nazirlərin şəxsi həyatları, maraqları, bütün addımları diqqətlə izlənməkdədir. Yenisabah.az ba yazıda nazirlərimizin hobbiləri ilə bağlı məlumat verəcək. O zaman çox detallara vermədən başlayaq:
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov təkcə tutduğu vəzifəyə görə yox, yaradıcılığı ilə də medianın gündəmi olmağı bacarıb. Nazir gənc yaşlarından dövlət işləri ilə yanaşı bəstəkarlıqla da məşğul olub. "Kamal" imzası ilə mahnı bəstələyən nazirin nota köçürdüyü bəstələr belə demək olar ki, hətta peşəkar bəstəkarların musiqilərni kölgədə qoya bilir. “Sənə güvəndiyim dağlar”, “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Xalq Heydər söyləyəcək”, “Ayrılığa dözmərəm” kimi populyar mahnıların müəllifi də K. Heydərovdur. Onun bəstələrini xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, müğənni Röya kimi tanınmış ifaçılar ifa ediblər.
Müdafiə Sənayesi Naziri Mədət Quliyevin hobbisi isə müxtəlifdir. Məsələn, onun mütəmadi olaraq yoqa ilə məşğul olduğu hər kəsə bəllidir. Bundan başqa M. Quliyev bir müddət əvvəl gitarada ifa etmək bacarığını nümayiş etdirmişdi. Bu, izləyicilər tərəfindən maraqla qarşılanmışdı. Bunun üzərinə velosiped sürmək sə əlavə olunur.
Baş nazir Novruz Məmmədovun isə vaxtilə aktyorluğa həvəsi olub. Hətta o məşhir “Fransız” filmində də rol alıb. Bundan başqa baş nazirin üzgüçülüyə böyük sevgisi var. O, mütəmadi olaraq idmanın bu növü ilə məşğul olur.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov isə şeiriyyata marağı olan məmurlardandır. Dədə Şəmşir nəslinin davamçısı olan Qurbanov "Dünya qəmli nağıl imiş” adlı kitabın müəllifidir. Bundan başqa C. Qurbanovun cins atlara da böyük marağı var. Onun xeyli bahalı atlarının olduğu bildirilir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin də atlara böyük marağı var.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin hobbisi ilə bağlı məlumat olmasa da, o ədəbiyyata bağlı ailədə böyüyüb. Nazirin anası şair-bəstəkar İzolda Babayevadır.
Mədəniyyət naziri Əbülfəs Qarayevin hobbisi səyahətdir. İndiyə qədər dünyanın bütün qitələrində olmuş nazir təbiət qoynunda dincəlməyi və lirik musiqiyə qulaq asmağı xoşlayır. Həmçinin onun digər məmurlardan fərqli olaraq, bahalı geyimlərin aludəçisi olmadığı bildirilir. Bundan başqa Ə. Qarayevin ev heyvanlarına da marağı böyükdür. Onun xüsusilə itlərə maraq göstərdiyi bildirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə şahmat oynamağı sevir.
AZAL prezidenti Cahangir Əsgərovun isə ekzotik heyvanlara böyük marağı var. Onun hətta Afrikadan müxtəlif növ bahalı heyvanlar alıb özünə zoopark yaratdığı haqda xəbərlər də bir vaxtlar mediada yayılmışdı.
Bir sıra məmurların - Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Naftalanın sabiq icra başçısı və eks-deputat Musa Musayev, həmçinin Bakıdakı bəzi ali məktəblərin rektorları isə ovçuluğu çox sevirləe. Onlar həmçinin Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin üzvləridirlər.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net