Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Varlıların baş açmaq mümkün olmayan özəl dünyası

21-10-2019, 08:51   


Kimisinin heç orta təhsili yoxdur, kimisə də əcaib hobbilərə milyonlar xərcləyir...

“Forbes” jurnalı Amerikada öz cəhdləri ilə ən çox sərvətə qovuşan qadınların siyahısını açıqlayıb. Siyahıda yer alan qadınlar öz şirkətlərini quraraq dünyanın ən varlı qadınları arasına girib. Bu qadınların bəzilərini və sərvətlərini necə qazandıqlarını nəzərinizə çatdırırıq.

Makiyaj sektorunun varlıları

Varlı olmaq istəyirsinizsə, makiyaj markası yaratmaq təsirli bir yol ola bilər. Siyahıdakı 80 milyoner və milyarderin 10-u makiyaj və dəriyə qulluq sektorlarında təmsil olunurlar.

Kayl Cenner ile ilgili görsel sonucu

“Forbes” siyahısında yer alan ən gənc məşhur Kayl Cenner olsa da, ən varlı makiyaj ticarətçisi Rumıniyada dünyaya gələn Anastasiya Soaredir. Bu iş qadını Anastasia Beverly Hills kosmetika markasının sahibidir. 1989-cu ildə Los Ancelesə köçən Soare 2000-ci ildə bazara qaş məhsulları çıxarıb.

“Forbes”ə görə, kosmetika şirkətinin bugünkü dəyəri 1.2 milyard dollardır. Bu Kayl Cennerin “Kayl Cosmetics”, Kim Kardaşyan “Vest-in KKW Beauty” və müğənni Rihannanın  “Fenty Beauty” markalarından daha dəyərlidir.

Siyahıda Huda Kattan da yer alır. İraqlı bir ailənin qızı olan Kattan iqtisadi sektordakı işini ataraq vizajist olub. 2013-cü ildə Huda Beauty markasını qurmuşdu. “Forbes”ə görə, şirkətinin bugünkü dəyəri 610 milyon dollardır.

Keçən il BBC-yə danışan Huda “Mənim motivasiyam pul deyil. Mən bir məqsəd üçün buradayam. Çox pul qazanmaq üçün yox” demişdi.

Digər milyonerlər arasında şirkətləri L’Oreal tərəfindən satın alınan iki qadın da var.

Toni Ko 2014-cü ildə NYX Cosmetics markasını 500 milyon dollar civarında olduğu təxmin edilən bir anlaşma ilə satmışdı. Eks xəbər aparıcısı olan Ceym Kern Lima isə “It Cosmetics” markasını L- Oreala satmışdı.

Ən varlı qadın atlet

Tennis idmançısı Serena Vilyams siyahıda yer alan yeganə qadın idmançısıdır. “Forbes” Villiamsın siyahıya girişini belə açıqlayır: “Ən azı 10 milyon dollar dəyərindəki Serena Ventures investisiya şirkətindən istifadə edərək, beş il boyunca yeni qurulan 34 şirkətə investisiya qoydu. 2018-ci ildə öz pulu ilə birbaşa müştərilərə satış edən ”S by Serena" geyim markasını qurdu. 10-dan artıq tərəfdaşı var və tennis karyerası boyunca qazandığı 89 milyon dollar ona ən yaxın qadın atletin qazandığı pulun iki dəfə artığı qədərdir".

Moda varlıları

Varlıların bir qismi də sərvətlərini moda sektoru sayəsində yaratdı. Vera Vang ve Donna Karan kimi moda ustalarının adını eşitmisiz çox güman ki. Amma eynisini Doris Fisher və ya Jin Sook Chang barədə də deyə bilərsinizmi?

87 yaşındakı Doris Fisher 1969-cu ildə həyat yoldaşı ilə birlikdə əyinlərinə yaxşı gələn cins şalvarlar tapmaqda çətinlik çəkdiklərini fərq edəndən sonra “Gap” markasını qurdu. Şirkət bu gün 2 milyard dollar dəyərindədir.

Jin Sook Çanq isə “Forever 21" mağaza zəncirinin qurucusudur. Bu gün dünya miqyasında yüzlərlə mağazada minlərlə işçisi var.

Siyahıda yer alan qadınlar arasında ən maraqlı hekayələrdən biri isə bədən şəkilləndirici alt paltarları satan “Spanx” şirkətinin yaradıcısı Sara Blakelidir. Blakeli bu işə girmədən əvvəl qapı-qapı gəzərək, faks maşını satırdı. Yançaqlarının formasından məmnun olmadığına görə qurduğu şirkətin sərmayəsi 5 min dollardır. O, BBC-yə müsahibəsində belə deyib: “Ağ şalvar geyindiyim zaman yançaqlarımın forması xoşuma gəlmirdi. Bir çox qadın kimi bəzi geyimlərin altına nə geynəcəyimə də qərar verə bilmirdim. Buna görə də qadınların ehtiyacını təmin edəcək bir alt paltarı yaratmağa qərar verdim”.

“Forbes” siyahısında 23-cü sırada yer alan Blakelinin bu gün 1 milyard dollarlıq sərvəti var.

TV və musiqi

Siyahıda televiziya və musiqi sektorunda da lider qadınlar var.

Onların arasında TV aparıcıları Oprah Vinfrey və Ellen DeGeneres də 2,6 milyard və  330 milyon dollarlıq sərvətləri ilə yer alır.

Ellen DeGeneres Oprah ile ilgili görsel sonucu

“Judge Judy” və “Hot Bench” adlı TV proqramları hazırlayan Cudi Sheindlin də onlardan biridir.

“Forbes” Sheindlinin 2012-ci ildən bu yana hər il vergi öncəsi 47 milyon dollar pul qazandığını qeyd edir. 23 ildir davam edən Judge Judy isə ABŞ-da gündüz qurşağında ən çox izlənən TV verilişidir.

Musiqi dünyasından Madonna, Taylor Svift, Barbra Steisand və Selin Dion da siyahıdadır.

Beyonsun sərvəti isə 400 milyon dollar olaraq hesablanır.

Onlarınsa pulu var, amma savadı yox...

Amma dünya varlıları ilə bağlı hazırlanan dosyelərdə eyni zamanda diqqəti cəlb edən məqam onların heç də təhsilə yüksək önəm verməməsidir. Çünki elə milyonerlər var ki, liseylərdən qovulub, oxumayıb, elmi biliklərlə araları olmayıb.

Amancio Ortega ile ilgili görsel sonucu

Amancio Ortega: ZARA tekstil və mağaza zəncirlərinin sahibi olan iş adamı 14 yaşında liseydən qovulub. Hazırda 25 milyardlıq bir sərvəti var.

Francois Pinault: Fransanın ən varlı üçüncü adamı isə Gucci, Converse ve Somsonitenin sahibidir və heç orta təhsili yoxdur.

Billy Joel: “Columbia Universitetine getməyəcəm. Əvəzində Columbia Plak şirkətinə gedəcəm. Orada isə lisey diplomuna ehtiyac yoxdur” deyib. O, hazırda 160 milyon dollarlıq sərvətə sahibdir.

Catherine Zeta-Jones: ile ilgili görsel sonucu

Catherine Zeta-Jones: Londonda 15 yaşında liseyi kino ulduzu olmaq üçün tərk edib. Hazırda 45 milyon dollarlıq sərvətə sahibdir.

Carl Lindner: Süd satmaq məqsədi ilə qapı-qapı gəzmək üçün liseydən çıxıb. Chiquita bananlarının sahibi və dondurma kralı ünlü iş adamıdır. Sərvəti 1.7 milyard dollardır.

Curtis James Jackson (50 Cent): Məşhur qaradərili müğənni də New Yorkun Jamaica məhəlləsində getdiyi məktəbi 12 yaşında tərk edib.

Stiv Cobs biznes dünyasında uğur qazansa da, universitetdə isə ən uğursuz tələbələrdən biri olub.

“Forbes” jurnalı diplomu olmayan 25 milyarderin reytinqini hazırlayıb. Reytinqə litseyi 17 yaşında tərk edən, “Oskar” mükafatlı məşhur aktyor Robert de Niro başçılıq edir. Diplomsuz milyarderlər arasında boksçu Corc Frimen, model Gisel Bundhen, kompüter texnologiyalarının əfsanəsi Cim Klark, aktyor Sidney Poyter, aktrisalar Uma Turman və Cessika Simpson, iş adamı Fransua Pino, müğənni və bəstəkar Billi Coel, aktrisa Ketrin Zeta-Cons, süd və banan maqnatı Karl Lindner, iş adamı Riçard Brenson, müğənni Körtis Ceyms Cəkson, media maqnatı Larri Flint də var.

Jim Clark ile ilgili görsel sonucu

Cim Klark

Amma belə hekayələr təkcə məşhur şəxslərin başına gəlmir. Kanadada yaşayan 85 yaşındakı Vital Tebeau oxuyub-yazma öyrənməsə də, balıq yetişdirməklə milyoner olub. 10 yaşında ikən məktəbi atan, 14 yaşında sənaye sektorunda işə başlayanda isə mexaniki savadı ilə bütün işçiləri şoka salan anadalı daha sonra uzun illər “New Brunswick Trappers” Dərnəyində rəhbərlikdə oldu. Bir hobbi olaraq başladığı balıq yetişdirmə ilə bağlı işini böyüdərək, balıq sənayesi quran Tebeau milyonlar qazanıb. Oxuyub-yazmaq bilməyən milyoner danışıqları yazıya çevirən bir proqramdan istifadə edərək, avtobioqrafiyasını yazıb yayımlayıbmış...

Cocelin Vildenstein də dünya milyarderləri arasında böyük nüfuza malikdir. 1999-cu ilə qədər milyarder iş adamı Ales Vildenstein ilə evli qalan 76 yaşlı sosyetik məşhur estetik cərrahiyyəyə olan marağı ilə tanınır. Amma qeyri-peşəkar plastik cərrahiyyə əməliyyatlarına xərclədiyi pul 4 milyon dollar yaxındır. Onun dietoloq məsrəfi isə 547 min dollardır.

Keçək Bill Geytsə. Təxminən 85 milyard dollarlıq sərvəti ilə o da dünyanın ən varlı adamıdır. İnkişaf etməmiş ölkələrdəki xəstəliklərin müalicəsi üçün qurduqları vəqfə hər il 3 milyard dollar ayırır. Amma olduqca maraqlı şəxsi zövqləri də var.

O, Leonardo da Vinçiyə aid olan elmi gündəliklərin ən məşhuru olan “Codex Leicester”ı 1994-cü ildə 30.8 milyon dollar satın almışdı. Geyts gündəliyi digital olaraq da nümayiş etdirir.

Da Vinci gündəliyinin əsli isə Bill Geytsin 120 milyon dollarlıq evindədir. Yüksək texnoloji sensorlarla qorunan evin sənətsəl daxili dekoru tək bir tuşla dəyişə bilir, amma lüks bununla məhdudlaşmayıb. 6 mətbəx, 24 hamam, 23 qaraj, su altı musiqi sistemi və qumla düzəldilmiş bir çimərlik də mövcuddur.

Bu qəribə xərclər ancaq milyonerlərin ola bilər

Bunların çox pulu var, amma bəzilərinin elə qəribə xərcləri var ki, insan təəccüblənmədən keçə bilmir. Səudiyyə krallığı ailəsinin üzvü olan Əl Vəlid bin Talal eyni zamanda bir iş adamıdır və sərvəti 17 milyard dollardır. Məşhur sima bəzən ilginc xərcləri ilə gündəmə gəlir.

4.8 milyon dollar verdiyi “Ducati” motosikletin üstü başdan-ayağa Svarovski kristalları və almazları ilə örtülüb. İctimaiyyətə açıq və təhlükəli yollarda istifadə etdiyi hələ görülməyib.

Əl Velid bin Talal qələbəlik gəzintilərini isə Fransanın “Airbus” şirkətinin istehsal etdiyi 400 milyon dollarlıq və 800 nəfərlik A380 təyyarəsi ilə gerçəkləşdirir. Daxili məkan dizaynına xərclədiyi 100 milyon dollarla birlikdə havada yarım milyard dollarla uçur.

95 yaşındakı Honq Konqlu iş adamı Stanley Ho manşetlərə 4 evliliyi və 16 uşağı ilə gəlsə də, təxminən 2 milyard dollar sərvəti və qumarxahanaları ilə tanınır.

Honqun ən böyük hobbiləri arasında trüfel göbələkləri var. Məsələn, o, 1.5 kiloqramlıq ağ trüfel göbələkləri üçün 330 min dollar ödəmişdi.

Cosef Lau isə Ho ilə müqayisədə 7 dəfə daha varlıdır və adı tez-tez kiçik qızı Cosefin üçün aldığı cəvahirlərlə manşetlərə çıxır.

Əmlak kralı ilk olaraq 2009-cu ildə yeni doğan qızına Cosefinenin Ulduzu adını verdiyi 9 milyon dollarlıq bir brilyant almışdı. Daha sonra 16.08 karatlık çəhrayı bir almasa “Şirin Cosefine” adını verərək 28.5 milyon dollar ödəyib.

Launun qızına aldığı son oyuncaq isə 7-ci yaşının ad günündə yenə mavi bir almaz olub. 48.4 milyon dollar ödədiyi 13.08 karatlık cəvahirə isə “Cosefinenin Mavi Ayı” adını layiq görüb.

Bruney Sultanı Hassanal Bolkiah Mu’izzaddin Vaddaulahın sərvəti tam olaraq bilinmir, amma kral ailəsinin 150 milyard dolları aşan bir varlığı olduğu təxmin edilir.

70 yaşındakı Sultan içərisində yarış meydanının bulunduğu Disneylanda bənzər bu tematik parka 3 milyard dollar xərcləyib və 1994-cü ildə xalqa açıq elan edib. Bir bölümü isə gözlənən marağı görmədiyi üçün satışa çıxarılıb.

“Tesla”nın qurucusu və CEO-su olan Elon Musk dövrümüzün dahiləri arasında göstərilir. 18 milyard dollarlıq sərvəti ilə kosmosa belə investisiya qoyan Musk klassiklərdən ilham almağı da unutmur.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar