Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni müəmmalı virus: Yoluxma riskini necə azaltmalı? Həkimlərin tövsiyəsi

19-01-2020, 11:06   


VirusesFotonun müəllifiGETTY IMAGES
Image captionKoronaviruslar geniş virus qrupudur

Çində yayılan müəmmalı virusa yoluxanların sayı rəsmi rəqəmlərdən xeyli artıqdır, alimlər bildirir.

Dekabr ayında Çinin Yuhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyi ilə bağlı iki ölüm halı qeydə alınıb.

Hazırda 50-yə yaxın yoluxma hadisəsi təsdiqlənib. Lakin britaniyalı mütəxəssislər bu rəqəmin 1700 ətrafında olduğunu hesab edirlər.

Çin rəsmiləri, virusun bir adamdan digərinə yoluxması hallarının olmadığını deyirlər.

Azərbaycan Səhiyyə Nazirliyinin cümə axşamı günü yaydığı məlumatında deyilir ki, sətəlcəmin səbəbi "yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur".

Yeni virusun yayıldığı bölgələrə səfər edənlər nə etməlidir?

Azərbaycanın səhiyyə rəsmiləri və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kəskin respirator xəstəlik riskini azaltmaq üçün bır sıra tövsiyələri məqsədəuyğun hesab edir:

Riski azaltmaq üçün nə etməli:

• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

• Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

Koronoviruslar geniş virus qrupudur ki, kəskin respirator sindromu (SARS) da daxil, müxtəlif xəstəliklərə səbəb olur.

2002-cı ildə yayılmağa başlayan SARS 750-dən artıq xəstənin ölümü ilə nəticələnmişdi.

Yeni virusun genetik kodunun təhlili onun digər koronaviruslarından daha çox SARS-la əlaqəli olduğunu göstərir.

Həmçinin oxuyun:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar