Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-la Rusiyanın Venesuela anlaşması: Qarabağ münaqişəsinin Misir variantı

3-05-2019, 08:59   

Venesuelada vəziyyət gərgindir. Prezident Nikolas Maduro ilə özünü müvəqqəti prezident elan edən, parlament spikeri Xuan Guarido tərəfdarları arasında mübarizə davam edir. O da bəllidir ki, Venesuelada vəziyyəti məhz ABŞ qarışdırıb. Niyəsi məlum. Amerika tarixən ətraf ölkələrdə özünə dost olan rejimlərin iqtidarda olmasını arzu edib. Həmin rejimlər üzərindən isə həmin ölkələrdə öz iqtisadi və siyasi maraqlarını həyata keçirib. Buna nail olmaq üçün dəfələrlə-rəsmi statistikaya görə 1946-2000-ci illər arasında 81 dəfə digər ölkələrdə hərbi çevriliş və ya digər yolla iqtidar dəyişikliyinə nail olub. Şübhəsiz ki, 2000-ci ildən sonra da bu proses davam edib.

Bu statistik məlumat da özlüyündə çox şey deyir. 1950-2010-cu illər arasında dünyada 457 hərbi çevriliş cəhdi olub. Onlardan 227-si (49.7%) uğurla başa çatıb, 230-u (50.3%) isə iflasa uğrayıb. O da bəllidir ki, dövlət çevrilişləri əsasən Afrikada (36.5%) və Amerika qitəsində (31.9%) olub. Asiyada (13.1%) və Yaxın Şərqdə də (15.8%) bu kimi cəhd qeydə alınıb. Avropada isə çevriliş cəhdləri çox aşağıdır: cəmi 2.6 %.

Bu siyasətin nəticəsi olaraq 2016-cı ilin 15 iyulunda İstanbul və Ankarada dövlət çevrilişinə cəhd edildi. Tanklar küçələrə axışdı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Ölkə iflic edildi. Az sonra bəlli oldu ki, bu uğursuz cəhdin arxasında ABŞ və Avropa Birliyi dayanır. Rusiya isə o vaxt o qədər də xoş münasibətdə olmadığı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müdafiəsinə qalxdı. Xalqı küçələrə səsləyən Ərdoğan xuntanın Türkiyədə iqtidar olmasına imkan vermədi.

venezuela USA ile ilgili görsel sonucu

Qeyd edək ki, bu, ABŞ-ın Türkiyədə etdiyi ilk hərbi çevriliş deyildi. Bundan əvvəl Amerika Türkiyədə 4 dəfə hərbi çevriliş həyata keçirmişdi. 5-ci cəhdi isə uğursuz oldu.

venezuela USA Erdogan ile ilgili görsel sonucu

Elə bu səbəbdən də Türkiyə prezidenti dönə-dönə prezident Nikolas Maduroya dəstəyini ifadə edib.

Venesuelada davam edən qarşıdurmanın başlanğıc nöqtəsinə ötəri bir nəzər salsaq bir daha əmin olarıq ki, bu işin arxasında məhz ABŞ və Avropa Birliyi dayanır.

Mayk Pens Milli Guaido ile ilgili görsel sonucu

2019-ci il. Yanvarın 25-də “Wall Street Journal ” yazırdı ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens Milli Assambleya (parlament) sədri Xuan Guaido ilə telefon danışığı apardıqdan sonra sonuncu özünü Venesuelanın müvəqqəti prezidenti elan etdi. Dərhal sonra o, ABŞ prezidenti Donald Tramp tərəfindən müvəqqəti prezident kimi tanındı. Jurnal bildirirdi ki, Xuan Guaidonun iqtidara gətirilməsi planı üzərində ABŞ bir neçə həftə işləyib.

venezuela USA ile ilgili görsel sonucu

ABŞ dünyanın ən zəngin neft ölkələrindən olan Venesuelada törətdiyi çevriliş cəhdini “Venesuelada demokratiyanın bərpası və ölkənin çiçəklənməsi üçün” edildiyini vurğuladı. Rusiyanın isə rəsmi mövqeyi belə oldu: “ABŞ İraqda demokratiyanı “bərpa” etdi. Liviyada da, həmçinin. Suriyadakı cəhdləri isə uğursuz oldu. Onlara imkan vermədilər. İndi də Venesuelada eyni işi görürlər”.

Hələ orası da var ki, ABŞ Venesuelada ilk dəfə deyil ki, hərbi çevriliş edir. 2002-ci ildə (11 aprel) ABŞ-ın dəstəyi ilə bir qrup hərbçi Venesuela prezidenti Uqo Cavesi (1999-2013) girov götürdü. Ancaq bu plan cəmi 2 gün sonra iflasa uğradı. Hər şey başqa cür də ola bilərdi. Məsələn, Uqo Çaves xatirələrində belə yazır: “Zabitlərdən biri o birisinə dedi ki, əgər sən prezidenti güllələsən sonra biz hamımız bir-birimizi güllələməli olacağıq”. O da məlumdur ki, girov saxlanılan prezidentin öldürülməsi ilə bağlı hərbçilərə əmr gəlir, ancaq həmin əmr yerinə yetirilmir. Əsgərlərdən biri isə Uqo Cavesə yardım göstərir. Belə ki, yerli və beynəlxalq media yazırdı ki, Uqo Caves istefa verib.

O, öz əli ilə xalqa müraciət yazdı və istefa vermədiyini, qanunu prezident olduğunu bəyan etdi. Əsgər prezidentin həmin bəyanatını lazımı ünvana çatdırdı. Maraqlıdır ki, özünü müstəqil elan edən Qərb mediası həmin bəyanat haqqında bir kəlmə də yazmadı. Yalnız həmin bəyanat Kuba radiosundan oxunduqdan sonra susqunluq aradan götürüldü. Uqo Caves xalqın dəstəyi ilə yenidən iqtidara qaytarıldı. Prezident bəyan etdi ki, ABŞ administrasiyasının başında duran prezident (oğul) Buşun göstərişi ilə Amerika Venesuelada hərbi çevrilişə cəhd göstərib.

Xərçəng xəstəliyindən Kubada xəstəxanada vəfat edən Uqo Çavesin davamçısı olan prezident Nikolas Maduro da ABŞ-ın “düşmənləri” siyahısında öndə gedirdi. Bu gün Venesuelada baş verənlər həmin düşmənçiliyin nəticəsi olaraq ortadadır.

Bu məsələdə bizim üçün önəmli olan başqa bir məqam var. Qərb mediası dönə-dönə yazır ki, hazırda Rusiya ilə ABŞ arasında Venesuelanın gələcəyi ilə bağlı danışıqlar gedir.

Fikir verin, ABŞ Türkiyədə olduğu kimi Venesuelada da çevrilişə cəhd göstərir, alınmır. Çünki Rusiya buna imkan vermir. Sonra proses uzanır. Venesuela siyasətçiləri öz aralarında anlaşa bilmir. Ona görə də bu ölkənin taleyini ABŞ-la Rusiya arasında gedən danışıqlar müəyyən edəcək...

Başqa bir məqam, Azərbaycanda cığallıq edən müxalif siyasətçilər var. Onlar təkid edir ki, Azərbaycan Rusiya amilinə məhəl qoymadan müharibəyə başlamalıdır. Qarabağı düşmən işğalından azad etməlidir. və sairə.

Rusiya Latın Amerikasında-ABŞ-ın qulağının dibində iqtidar dəyişikliyində tərəf kimi ABŞ-la üz-üzə dayanır. Bu faktdır ki, ABŞ Rusiyanın razılığı olmadan Venesuelada bir iş görə bilmir. Türkiyədə də hərbi çevrilişin qarşısında Rusiya amili dimdik dayandı. Rusiyanın ABŞ-da keçirilmiş son prezident seçkilərinə ciddi müdaxiləsi haqqında da ortada ciddi faktlar var. Bəli, Rusiya SSRİ deyil, heç onun üçdə biri də deyil. Amma Rusiya hələ də ciddi güc mərkəzidir. Amerika kimi super-dövlət də bu güclə hesablaşmaq zorundadır.

Düşünün ki, Rusiya 200 ilə yaxındır ki, Qafqazda söz sahibidir. Bu bölgədə son sözü də, son qərarı da o verir. Hansı ağılla, hansı məntiqlə biz Azərbaycan olaraq ABŞ-ın belə hesablaşmaq zorunda qaldığı Rusiyaya qarşı əzələ göstərək?

Yalnız Qafqazmı? Orta Asiyada nələr oldu? Türkmənistan, Özbəkistan və Qazaxıstanda prezidentlər məhz Rusiyanın xeyir-duası ilə dəyişmədimi?

karabakh osce ile ilgili görsel sonucu

Könül istər ki, Azərbaycan ilə Ermənistan sülh yolu ilə Qarabağ münaqişəsini nizama salsın. Əminəm ki, bu, mümkündür. Hədəfimizə danışıqlar yolu ilə nail olmadıqda isə ordu öz sözünü deməlidir. Yəni, hücuma keçib işğal altında olan torpaqları azad etməlidir. Amma... bu işin əmması odur ki, ortada Rusiya amili var. Hələ ki, Rusiya bu münaqişənin həllinə maraq göstərmir. Bir daha xatırladıram, Gürcüstan, Moldova, Ukrayna bizimlə eyni dərdədir. Eyni problemi Qazaxıstan da yaşaya bilərdi. Yalnız Nursultan Nazarbayevin ölçülü-biçili siyasəti bu təhlükənin qarşısını aldı. Ancaq Rusiya lazım bildiyi məqamda eyni ssenarini Qazaxıstanda da gündəmə gətirə bilər.

Müharibə Azərbaycan üçün böyük təhlükə deməkdir. Özü də biz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlasaq təkcə Rusiya bizə etiraz etməyəcək. ABŞ da, Avropa Birliyi də Azərbaycana barmaq silkələyəcək. Orasını da unutmaq olmaz ki, biz müharibəyə başlasaq adını çəkdiyim tərəflər bunu bəhanə edərək Dağlıq Qarabağı ikinci erməni dövləti kimi tanıya bilər.

Ä°srail Qolan tÉpÉlÉrini ile ilgili görsel sonucu

Baxın, 1967-ci ildə adı tarixə “altı günlük müharibə” kimi keçən Ərəb-İsrail savaşı oldu. Nəticədə Suriya içməli su ilə zəngin olan Qolan təpələrini itirdi. 1981-ci ildə İsrail Qolan təpələrini rəsmən öz ərazisi elan etdi. 2019-cü ilin 25 martında isə ABŞ Qolan təpələri üzərində İsrailin suverinliyini tanıdı.

Ancaq həmin “alti günlük müharibə” zamanı Misir də torpağının bir hissəsini itirdi. Belə ki, İsrail Sina yarımadasını işğal etdi. ABŞ ilə xoş münasibətdə olan Misir prezidenti Ənvər Sadat 1979-cu ildə İsrail-Misir Sülh anlaşmasına imza atdı və Sina yarımadası Misirə qaytarıldı.

ABŞ o vaxt İsrailə təzyiq etməsəydi Sina yarımadası Qolan təpələri kimi hələ də İsrailin işğalı altında olacaqdı. Ancaq Ənvər Sadatın ağıllı siyasi gedişi Misirin ərazi bütövlüyünü bərpa etməsinə səbəb oldu. Özü də sülh yolu ilə. Suriyanın yeritdiyi xarici siyasətsə Qolan təpələrinin əldən çıxmasına gətirib çıxardı. Çünki Suriya Misirdən fərqli olaraq ABŞ-la deyil, SSRİ ilə müttəfiqlik edirdi. Hazirki Suriya prezidentinin atası, prezident Hafiz Əsəd 1971-ci ildə Tartus hərbi dəniz bazasını Sovet Ordusunun tabeçiliyinə verdi. 1980-ci ildə isə Suriya ilə SSRİ arasında dostluq müqaviləsi imzalandı. SSRİ isə Suriyanın ərazini bütövlüyünü bərpa etmək üçün İsrailə yetərincə təzyiq göstərə bilmədi...

Şübhəsiz ki, Azərbaycan iqtidarı bütün bunlardan yaxşı xəbərdardır. Mənim müşahidəmə görə, Azərbaycan rəhbərliyi Misir variantından yararlanmağa çalışır. Məncə, düz də edir. Yəni, Rusiya üzərindən Ermənistana təzyiq göstərən Azərbaycan sülh yolu ilə bu problemi çözə bilər. Ən pis halda isə Azərbaycan Rusiyanın razılığını aldıqdan sonra Qarabağda hərbi əməliyyatlara başlaya bilər. Əks təqdirdə, biz bütövlükdə Azərbaycanın varlığını təhlükə altına atmış olarıq...

Onu da unutmayaq ki, stabillik istənilən ölkə üçün son dərəcə önəmli faktordur. Məsələn, Venesuelada son iğtişaşlar başlamamışdan öncə dəyəri 2-3 milyon dollar olan daşınmaz əmlak sahibləri indi 20-30 min dollara sata bilmir. ...

Başa düşürəm ki, populist siyasətçiləri dinləmək insanlara xoş gəlir. Ancaq bu da faktdır ki, xalqlara ən böyük bəlanı da elə populist siyasətçilər gətirir.

Təəssüf ki, Azərbaycanda siyasətlə təmkinli adamlardan daha çox populist adamlar məşğul olur. Bu tendensiya dəyişməlidir. Böyük siyasətə xalq qarşısında özünü məsul bilən şəxslər gəlsə yaxşıdır...

ElbÉyi HÉsÉnli ile ilgili görsel sonucu

Elbəyi Həsənli, Sürix
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar