Ana səhifə

RUSİYA İQTİSADİYYATINI DİRÇƏLDƏN TÜRK OĞLU:Moskva Ankaranın şıltaqlıqlarına niyə dözür?

    Tarix: 31-05-2019 12:07   
 

Akın Aydın

Yeni Mesaj (Türkiyə)30.05.2019

 

Amma Rusiya Türkiyəyə münasibətdə niyə belə dözümlü siyasət aparır? Məsələn, Gürcüstanda ABŞ-ın təşkil etdiyi imperialist qiyam  başlandı. Rusiya onu əlüstü ən qəddar şəkildə boğdu.

Türkiyə açıqca Rusiyanın qarşı tərəfinə keçdi, antirusiya bəyanatları verdi. Rusiya dözdü.

Ukraynadakı oyun daha əhatəli və qanlı idi. ABŞ və AB tərəfdarları hansısa şəkildə hakimiyyətə gələrək Ukraynadan Rusiyaya qarşı istifadə etmək istədilər.

Xalq razılaşmadı. Onda müxtəlif fəsadlar başlandı. Toqquşmalar qızışdı. Ruslar gərək olanı yenidən etdilər.

Türkiyə yenə də Rusiyanın ünvanına ittiham və hədələr yağdırdı. Fərq etməz, ruslar dözdülər.

ABŞ durumu qızışdırmağa başladı – bu dəfə Krımda. Referendum oldu və Rusiyaya birləşmək haqda qərar meydana çıxdı, əhalinin 90%-dən çoxu buna səs verdi.

ABŞ bu seçimi tanımadı. Başqa cür ola da bilməzdi! Türkiyə də tanımadı. Rusiyanı yenə də qınadılar, ittiham etdilər.

Və Rusiya yenə də dözdü.

Qara dəniz boğazları haqda konvensiya var. Amma Amerikanın savaş gəmiləri Türkiyənin icazəsilə Qara dənizdə hərfiyyən qaynaşmağa başladı.

Ruslar yenə də dözdülər.

Onların Suriyadakı səbri yaxşı bəllidir… Bizə “dost” deyilən ABŞ gündən-günə ölkəmizi hədələdiyi, hərbçilərimizə pusqu qurduğu bir vaxtda Rusiya səkkiz il Türkiyə ilə üz-üzə gəlməməyə çalışıb.

Biz öz tərəfimizdən Rusiya səfirini qoruya bilmədik: onu Ankaranın mərkəzində güllələdilər. Biz Rusiyanın təyyarəsini vurduq.

Amma Rusiya bizimlə tam üzülüşmədi. Hədələmədi. Külümüzü göyə sovurmağa söz vermədi. Rusiya səmərəli hərəkət elədi.

Nə Rusiyanı Türkiyəyə münasibətdə belə dözümlü edib?

Rusiya Türkiyədən qorxduğuna görə səbir edib?

Türkiyəni qısqandığına görə səbir edib?

Əlbəttə ki, yox!

Çünki energetikadan silah sənayesinədək, indi hələ kənd təsərrüfatında da ehtiyac duyduğumuz Rusiya bizdən qorxmalıdır, yoxsa qısqanmalıdır?

Amma Rusiyanın bir böyük qorxusu var idi. Necə? Dövlətin sarsılmazlığının təhlükə altında olacağı, vətəndaşların rahatlığının pozulacağı…

Belə ki, Rusiya öz dövləti və xalqının xatirinə Türkiyəyə dözüb.

Axı ruslar çox yaxşı bilirlər ki, Türkiyənin siyasi və strateji durumu nə qədər önəmlidir.

Ruslar bilirlər ki, Türkiyə ilə qarşıdurma həm siyasi, hərbi, həm də iqtisadi münasibətlərdə onların durumunu son dərəcə qəlizləşdirər, ABŞ-a Yaxın Şərqi inhisara almaq imkanı verər, imperialistlərə bütün energetik marşrutlar üzərində nəzarəti təmin edər, bu isə Rusiyanı 1990-cı illərə qaytarar.

Odur ki, Rusiya Türkiyə ilə qarşıdurmaya girmədi. Düşmən olmadı. Amma özünün dövlət siyasətindən də geri durmadı.

Rusiya iqtisadiyyatda ABŞ-a meydan oxudu. Siyasətdə göstərdi ki, Yaxın Şərq ABŞ-ın zibil çalası deyil.

Rusiya ABŞ və AB ölkələrinin hər bir addımına uyğun cavab verdi. Əlbəttə, sual doğur: hələ dünən tankı 100 dollara satan bir ölkə bu gün ABŞ və AB-yə qarşı necə dura bilər?

Bir də Rusiya gücü haradan alır?

Professor Heydər Baş

 

Türk torpağının vətənində layiqincə dəyərləndirilməmiş oğlunun modelindən. Professor Heydər Başın (türk siyasətçisi, iqtisadçı, müxtəif ölkələrin iqtisadçılarının himayə etdikləri milli iqtisadiyyat modelinin müəllifi-red.) modelindən.

Ruslar professor Başın milli iqitsadiyyat modeli ilə 2005-ci ildə silahlanıblar. Onlar 2013-cü ildə Başın özünü ölkəyə dəvət edib, təşəkkürlərini və onun modelini tam həyata keçirmək niyyətlərini ifadə ediblər.

Yəni ruslarda möhkəm, sağlam iqtisadiyyat var. Onlar heç kimə heç nə ilə borclu deyillər. Onların sənayesi, texnologiyası, hərbi gücü, kənd təsərrüfatı və sairə – hər şey ən yüksək səviyyədədir.

Onlar həm də qonşularla barışda yaşamağa başlasalar, onda həm dövlət, həm də xalq güvəndə olacaq. Rusiya bunu edib, etməyə çalışır.

Amma Türkiyə hökuməti indi S-400 alqısı məsələsi üzrə mənfi qərar alsa, rusların səbir kasası daşacaq. Onların qisası isə tarixdə həmişə acı olub. Bu dəfə də belə olacaq.

Və Osmanlı şapalağı və sairlə öyünməyin. Rusiya tarixdə enə bilmədiyimiz yeganə dövlətdir. Soyuqqanlı və ağıllı olun.

Tərcümə Starteq.az-ındır.

 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net