Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TRAMP-XAMNƏİ QARŞIDURMASI HANSININ SƏBRİNİ DAHA TEZ TÜKƏDƏCƏK?- İrana hərbi zərbə rəsmi Tehranın mövqeyini gücləndirə bilər – TƏHLİL

23-06-2019, 10:42   

Bobbi Qoş

“Bloomberg” (ABŞ), 22.06.2019

 

Fars körfəzində müşahidə edə biləcəyimiz şey məhz hansı anda udmağa başladığını anlamayn ABŞ prezidenti Donald Tramp və İranın haçan uduzmağa başladığını anlaya bilməyən Ali lideri Əli Xamnəi arasındakı qarşıdurmadır. Tramp bir də fikrindən daşınsa və İran hədəflərinə hücum etmək əmri versə, onda onun qərarı Xamnəinin əlinə oynayacaq.

ABŞ prezidenti iyunun 20-də axşam İran hədəflərinə zərbə endirmək haqda öz qərarını ləğv edib, amma rahat nəfəs almaq çox tezdir. Tramp artıq bir dəfə aviazərbə endirmək əmri verib, Konqresə bildirmədən və müttəfiqlərlə məsləhətləşmədən bunu bir də edə bilər. Növbəti dəfə öz qərarını dəyişməyə bilər. Amma bu, yaxınlaşan qələbə fonunda məğlubiyyətə məhkum olunmağı ifadə edərdi.

Görünür, Tramp bu faktı diqqətdən buraxıb ki, onun İrana qarşı “maksimal basqı” sanksiya kampaniyası gerçəkdən işləyir: İran iqtisadiyyatı çökməkdədir, onun təcridi artır. İran rejimi, möhkəmlik haqda bəyanatına baxmayaraq, əməlli-başlı təşvişə düşüb.

İran çaxnaşmaya düşərək öz maraqlarına ziyan verən və Tramp 2018-ci ildə nüvə sazişindən çıxandan sonra beynəlxalq çevrələrdə İrana qarşı yaranan rəğbəti sarsıdan tədbirləri işə salıb. İranın uranı zənginləşdirmək haqda hədələri və müəyyən edilmiş məhdudiyyətləri pozmaq Fars körfəzi yaxınlığında neytral gəmilərə hücuma bərabərdir və İranı artıq Avropa ölkələri tərəfindən dəstəkdən müəyyən dərəcədə məhrum edib. Yaponiya baş nazirinin İrana rəsmi səfəri zamanı yaşadığı alçalma Tehranın nüfuzuna əlavə zərbə vurub. Amerikanın vurulmuş pilotsuzu İranın öz maraqlarına necə ziyan vurduğunun növbəti sərgisidir.

Tramp bu dəfə pis oyun göstərməyib. Danışıqlara açıq olduğunu və savaşdan yayınmaq istəyini bəyan edib.Tramp Oman körfəzində tankerlərə hücum daxil olmaqla İranın ayağına yazılan əməlləri “çox cüzi” adlandırıb və habelə bildirib ki, Amerika pilotsuzunu yalnız “dedikcə pozğun və axmaq” adam vura bilərdi. ABŞ dövlət katibi Maykl Pompeo vurğulayıb ki, İranın gələcək hərəkətləri Amerika hərbçisinin ölümünə gətirəcəyi halda Tehran cavab cəzaları ilə üzləşəcək.

Vaşinqton İran tərəfdən fitnəkarlıqlara qarşı son dərəcə düzgün mövqe tutub. ABŞ İranın fəaliyyətinə saymaz yanaşaraq ona beynəlxalq ictimaiyyətin gözündə öz mövqeyini təkbaşına sarsıtmaq imkanı verir. ABŞ nüvə sazişindən çıxdıqdan sonra ilk dəfə İran rejiminin həqiqətdə nəyi ifadə etdiyini bütün dünyaya göstərməkdə Trampın əla imkanı meydana çıxıb. Tramp İranın qonşu ölkələr və bütün dünya üçün təmsil etdiyi təhlükəyə işarə edə bilər.

İran hədəflərinə Amerikanın bir hərbi zərbəsi bütün bunları məhv edə bilər. Vurulmuş pilotsuzun cavabında hərbi zərbə endirməyə dəydiyini beynəlxalq birliyə və ABŞ vətəndaşlarına sübut etmək çətin olacaq. Vaşinqton hətta Amerika pilotsuzunun İranın hava məkanına girmədiyinə təkzibedilməz sübutlar təqdim etsəydi də, Amerika administrasiyasının özünün haqlı olduğunu hamıya sübut etməyi çox çətin olardı.

Bundan da pisi, güman etməyə heç bir əsas yoxdur ki, ABŞ-ın hərbi zərbəsi İran rejiminin  davranışını dəyişərdi. Xeyli dərəcədə ağlabatandır ki, Xamnəi Amerikanın istənilən təcavüzünü İran vətəndaşlarını, hətta ona nifrət edənləri də öz ətrafında birləşdirmək üçün istifadə edər. ABŞ-ın qeyri-proporsional hərbi cavabı da Tehrana beynəlxalq birliyin bu yaxınlarda özünün ağılsız davranışı üzündən müəyyən qədər itirdiyi rəğbətini özünə qaytarmaq imkanı verərdi. İran məhz bu səbəblərdən fitnəkarlıqları sürdürə bilər ki, Trampı hərbi zərbəyə təhrik etsin.

Söz yox, hərbi zərbə neft bazarlarında vəlvələ yaradar və dünya ticarətini təhlükə altında qoyar, ABŞ bu zaman İrandansa daha əhatəli ziyanlarla üzləşərdi. Xamnəi nəticəyə gələ bilər ki, İran iqtisadiyyatı viran olub və itiriləsi heç nə yoxdur. Başqa sözlə, İrana hərbi zərbə həm ABŞ-a, həm də İrana zərər vurar, amma Xamnəi bundan fayda götürə bilər.

Tramp nə etməlidir? O, təmkini saxlamalı və İrana bundan sonra da özünə quyu qazmaq imkanı verərək səbir göstərməlidir. İran beynəlxalq ictimaiyyət tərəfindən rəğbətdən tam məhrum olmalıdır. Tramp özünün “maksimal basqı” kampaniyasına rejimi bundan sonra da zəiflətmək imkanı verməlidir. Xamnəi belə də görməyə bilər ki, uduzur, Trampın isə başa düşmək vaxtıdır ki, ABŞ udmağa başlayır.

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar