Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TÜRKİYƏ ƏLEYHİNƏ SANKSİYA LAYİHƏSİ:senatorlar "Sülh çeşməsi" əməliyyatını bu yolla dayandırmaq niyyətindədir

11-10-2019, 08:45   


Brayant Harris

“Əl-Monitor”, 09.10.2019

 

Prezident Donald Trampın Türkiyənin Suriyada kürd xalqının özünümüdafiə birliklərinə qarşı hücumuna yaşıl işıq yandırması respublikaçı və demokrat senatorlar Lindsi Qraham və Kris Van Holleni qəzəbləndirib.

Türkiyə Suriyanın şimal-şərqinə müdaxiləyə başladıqdan bir neçə saat sonra cütlük Ankaranın müdafiə və enerji sektorlarını, habelə prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, Türkiyənin yüksək səviyyəli rəsmilərini hədəf alan geniş anti-Türkiyə sanksiya qanun layihəsinin qəbulu planını açıqlayıb.

Sanksiyalar Türkiyənin Suriyanın şimal-şərqinə müdaxiləsi dayandırıldıqda başa çatacaq.

“Administrasiya Türkiyəyə qarşı hərəkət etməkdən imtina etsə də, güclü ikipartiyalı dəstək gözləyirəm”. Bunu öz “Twitter” hesabında Qraham yazıb.

Məsələnin mühümlüyü: Qanun layihəsinə ABŞ-ın müttəfiqinə qarşı sərt sanksiyalar daxildir – adətən, Rusiya kimi ABŞ düşmənləri üçün qüvvəyə mindirilən sanksiyalar kimi.

Türkiyənin müdafiə sektorunu təcrid etmək üçün təklif olunan sanksiyalar “maliyyə, maddi və ya texnoloji dəstək verən” və ya Türkiyə hərbçiləri ilə hər hansı bir əməliyyat həyata keçirən hər kəsə yönəldiləcək.

Bununla yanaşı, layihə ABŞ hərbi texnikasının və döyüş sursatlarının Türkiyə hərbçilərinə satılmasını qadağan edir. Bundan əlavə, sanksiyalar Türkiyənin silahlı qüvvələrini dəstəkləyən neft və təbii qaz sənayesinin elementlərini dəstəkləyən hər kəsə yönəldiləcək.

Qanun layihəsi Türkiyə liderlərinin ABŞ-a girişini qadağan edərək, Ərdoğan da daxil olmaqla, 7 yüksək səviyyəli Türkiyə rəsmisinin ABŞ-dakı əmlakını donduracaq.

Trampı bir daha məzəmmət edərək, qanun layihəsində Türkiyənin Rusiyanın “S-400” raket əleyhinə müdafiə sistemini satın alması ilə 2017-ci ildə Amerikanın “Sanksiyalarla Mübarizə Əleyhdarlarına Qarşı Mübarizə Qanunu”na (CAATSA) əsasən, sanksiyalara məruz qalacağı aydınlaşır.

Türkiyə “S-400” təchizatını bu ilin iyul ayında qəbul etməyə başlasa da, Tramp bu günə qədər qanuni olaraq təsdiqlənmiş sanksiyaları tətbiq etməkdən imtina edib.

Senator Qraham əvvəllər Trampın Ankaraya qarşı CAATSA sanksiyalarını təxirə salmaqda tərəfdarı olan bir neçə respublikaçıdan biri idi.

Sonrakı addımlar: Qraham və Van Hollen təklif olunan sanksiyalara ikitərəfli dəstəyi təmin edəcəyinə ümid edir və Konqres gələn həftə yenidən toplandıqda, hazır qanun layihəsini müzakirəyə təqdim etməyi planlaşdırırlar.

Ancaq Trampın başqa fikirləri var.

O, noyabr ayında görüş üçün Ərdoğanı Ağ Evə dəvət edib. Üstəlik, son tvitində Türkiyənin “F-35” ortaq proqramına verdiyi töhfəni tərifləyib. ABŞ-ın “S-400”-lərdəki radarların Rusiyaya ABŞ qırıcı təyyarəsini izləmək imkanı verə biləcəyi ilə əlaqədar narahatlığına görə ABŞ-ın iyul ayında Türkiyəni proqramdan çıxdığını unudaraq.

Həmçinin, Dəməşqə qarşı Suriyanın İdlib əyalətinə qoşun göndərməsi və yevangelist pastor Endrü Bransonun 2 il saxta ittihamlarla həbsdə saxladıqdan sonra sərbəst buraxılmasına görə Türkiyəni tərifləyib.

 

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar