Ana səhifə

Maduro Bakıya gəlir; ABŞ-dan xəbərdarlıq: “Onunla münasibətin bədəli var”

    Tarix: 13-10-2019 09:07   


Venesuelanın zorakı rejimi BMT-nin İnsan Hüquqları Şurasının üzvü ola bilməz və üzv dövlətlər onun namizədləyini təcrid etməlidir. Bu barədə Dövlət Departamentinin yüksək vəzifəli məmuru oktyabrın 11-də bildirib.

Gələn həftə BMT Baş Assambleyası 47 ölkədən ibarət olan İnsan Hüquqları Şurasının 14 yeni üzvünü seçəcək. Venesuelanın Nikolay Maduro hökuməti də üç illik müddət üçün namizədliyini irəli sürüb, Vaşinqton bunu “gülünc” hesab edir.

“Maduro rejimi öz xalqına qarşı yolverilməz insan hüquqları pozuntuları törətməkdə davam edir. Mahiyyətcə, o, sistemli işgəncələr, məhkəməsiz qətllər, repressiya və qorxutmalar siyasəti ilə vətəndaşların əsas hüquqlarını inkar edir və onlardan məhrum edir”, deyə dövlət katibinin köməkçisinin müavini Rocer Karstens Vaşinqton Beynəlxalq Mətbuat Mərkəzində çıxış edərkən bildirib.

Vaşinqton Bakıya Maduronun önünə qırmızı xalı sərməməyi tövsiyə edir

Hazırda 55-ə yaxın ölkə Xuan Quaydonu Venesuelanın qanuni müvəqqəti prezidenti kimi tanıyır. BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet təqdim etdiyi məruzədə bu ölkədə işgəncə, cinsi həqarət və məhkəməsiz qətllər xronikasını göstərib.

Karstensin sözlərinə görə, Maduro hökuməti İnsan Hüquqları Şurasında yer almağa müvəffəq olarsa, bu, “təşkilatın nüfuzunu və bütövlüyünü sarsıdacaq” və Venesuela rejiminə özünü beynəlxalq sanksiyalardan qorumaq imkanı verəcək.

Maduronun bu ayın sonlarında Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir.Maduronun Azərbaycanda qəbul edilməsi ABŞ-ın tənqidinə səbəb olacaqmı? “Turan” agentliyi müxbirinin bu sualına cavabda Karstens deyib: “Əlbəttə, biz insanların söhbətin Madurodan getdiyini və onunla münasibət qurmağın nəticələri ola biləcəyini bilməsini istəyirik”.

Eyni zamanda, o dərhal əlavə edib: “Maduronun Bakıda qəbul edilməsi, məsələn, Kuba, Rusiya və ya Çin tərəfindən Venesuela rejiminə dəstək verməklə eyni şey deyil”.

Sonda Karstens rəsmi Bakıya Maduroya hörmət göstərməzdən əvvəl BMT ali komissarı Mişel Baçeletin 4 iyul tarixli məruzəsi ilə tanış olmağı tövsiyə edib.

contanct.az 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net