Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırır

31-10-2019, 08:58   
 

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırır.
İsrailin Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin Maliyyə Nazirliyinin xaricdəki nümayəndəliklərlə bağlı verdiyi qərarından sonra "xaricdəki bütün diplomatik nümayəndəlikləri bağlamağa məcburdur".
İsrailin Xarici İşlər Nazirliyi bildirib ki, bu müddət ərzində diplomatik nümayəndəliklərdə əhaliyə heç bir xidmət göstərilməyəcək və nümayəndəliklərə girişə icazə verilməyəcək.
İnterfax agentliyi bildirib ki, İsrailin Moskva, Kiyev və Parisdəki səfirliyi, Torontodakı konsulluğu bu haqda məlumat yayıb.
İsrailin Azərbaycandakı səfirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.
İsrailin Xarici İşlər Nazirliyi öz məlumatında "məsələnin tezliklə həllinə ümid etdiyini" bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar