Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əli Əhmədov: “Bizim vaxtımıza hələ var...”- SİYAHIDA KÖHNƏLƏR DƏ OLACAQ, YENİLƏR DƏ

11-12-2019, 12:35   
 

Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bunu xatırladıb.

Onun sözlərinə görə, YAP vaxtı çatanda öz siyahısını elan edəcək. Və bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçirəcək.

Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar",-Əli Əhmədov deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar