Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"İRAN QARIŞSA, RUSİYA NƏ EDƏCƏK?"

15-01-2020, 08:26   

 




Sevil NURİYEVA İSMAYILOV,

Star.com.tr

 

Putin yenə təəccübləndirmədi! Bir neçə il əvvəl dediyi cümləni təkrarladı: “İranda qarışıqlıq istəmirik. İranda 20 milyon Azərbaycan kökənli insan yaşayır. Mümkün hərbi müdaxilə nəticəsində həmin insanlar Azərbaycana, bir qismi də Rusiyaya köç edər. Bu da iqtisadi və siyasi baxımdan bizə təsir edər”. Bəli, bu cümlələr Putinə aiddir.

İran və Çar Rusiyası arasındakı razılaşma nəticəsində Azərbaycanın bir hissəsi Rusiyanın, digər hissəsi isə İranın tərkibinə keçib.

Göründüyü kimi, yeni vəziyyət yaranacağı təqdirdə, Rusiya köhnə reflekslə hərəkət edəcəklərinə işarə edir.

İranda etnik amil üzərindən hərəkətlənmə yaratmaq ABŞ-ın çoxdankı planıdır. ABŞ Xarici İşlər Nazirliyində İrandakı Türklərlə bağlı iş aparan şöbə var.

İran Türkləri ilə bağlı ən çox yayım edən qurumlara baxdıqda, “Amerikanın Səsi” radiosunun aktiv olduğunu görürük.

İran Türkləri ilə bağlı geniş məqalələr yazmağın, hətta araşdırmalar aparmağın vaxtı gəlib. Lakin indi Rusiyanın bu vəziyyətdə nə edəcəyini yaxşıca oxumaqda fayda var.

Azərbaycana təsir edəcək bütün siyasi hərəkətlənmələr Rusiya üçün kritik hesab olunur. Beləliklə, Rusiya bu vəziyyətdə tərəf olduğunu düşünür. Və özünü ABŞ-la üzləşəcək tərəf kimi görür.

İranda, xüsusən də Azərbaycan Türkləri üzərindən nələrinsə “inşası” məsələsi İkinci Dünya Müharibəsi illərində ortaya çıxdı. Xüsusilə, kommunist Türklər Sovet İttifaqı tərəfindən ciddi şəkildə istifadə edildi. İrandan Sovet İttifaqına kommunizm axtarmaq üçün köç edən ailələr vardı. Sovet İttifaqında onlara “Sovet Azərbaycanının demokratları” deyə müraciət olunurdu.

Mövcud vəziyyətdə Rusiya bir çox amillərə görə İranda gərginliyin olmasını istəmir. Məhz buna görə “İran-ABŞ gərginliyini sakitcə seyr edir” kimi görünsə də, əslində addımlarını hesablayır.

Bir məqam diqqətimi çəkdi! Suriya ilə bağlı qətiyyətli açıqlamalar verən Putin İranla bağlı səssizcə bunları dedi: “İran probleminin hərbi müdaxilə ilə həllini istəmirik”.

Qəribədir, deyilmi? Sanki hər şey başlayıb, hətta bitmək üzrədir, Rusiya da “müdaxilə etmək istəmirik” deyir. Halbuki Əsəd üçün ciddi-ciddi vuruşdu və vuruşmaqda davam edir.

Liviya mövzusunda Türkiyə ilə anlaşanda belə, Putinin cümləsi düşündürücü idi. Coğrafiyada hər kəs gərginlik istəyir, yalnız Rusiya və Türkiyə nizam axtarır. Bu məqam da qəribə deyilmi? Türkiyənin nizam yaratma, insan mərkəzli siyasət anlayışı onsuz da hər kəsə məlumdur. Ancaq təqdimat əhəmiyyətlidir. Rusiya İranın adını zikr etmədən, ilk dəfə Türkiyə və Rusiya vurğusu edir.

Bəli, bunu açıq şəkildə ifadə edə bilərik: Rusiya İran məsələsində sahəyə enməyə başlayan İngiltərənin fəallığından narahatdır. Və özünü İran mövzusunda tərəf kimi görür. İkincisi, Almaniya və Fransanın da İranın yanında yer aldıqları görüntüsü yaradan bəyanatları Rusiya üçün vacibdir. Dolayısı ilə Rusiya özünü qruplardan hansınasa daxil etmir. Sahəyə Azərbaycan Türkləri üzərindən girmək istəyindədir!

İran üçün Azərbaycan hər zaman zəif nöqtə olub! Buna görə də Ermənistana böyük dəstək verib və verməkdədir. Maraqlı tərəfi budur ki, bu məsələdə Qərb dünyasından da, Rusiyadan da heç bir əngəl görmədi.

Rusiya hesablayır ki, İranda ciddi olaylar baş versə, bundan təsirlənəcək. Bu səbəbdən də, İranda “Azərbaycan kartı” üzərindən fəal olacaq. Həm Tehran, həm Azərbaycan Türkləri üzərində təsirli olmağı planlaşdırır. İranı qorumaq üçün həm Tehranı, həm də Qərbi “Azərbaycan kartı” ilə balanslaşdırmaq hədəfi anlamlı bir məqsəddir.

Tərcümə Strateq.az-ındır

Mətnin orijinalı bu linkdə:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar