Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rauf Arifoğlu-Əli Həsənov tandemi: X günü xülyası yaşayır?

27-01-2020, 10:20   


 
1989-cu ildən bu yana Azərbaycan tarixi bütün baş verənlərlə yanaşı həm də siyasi baxımdan böyük bir məktəbdir. Bu məktəbin iki nəhəng müəllimi – Əbülfəz Elçibəy və Heydər Əliyev örnəyi, onların siyasi gedişlərər, taktiki və strateji planları hər bir siyasətçinin dərs götürmək üçün öyrənəcəyi bir mənbədir. Bu dərsin illərdən bəri sınaqdan keçən əsas mövzularından biri isə xəyanət zərbəsidir. Hər iki şəxs yaxın tariximizdə bizə bir daha öyrətdi ki, “bir dəfə xəyanət edən, hər zaman, hər kəsi sata bilər”. Bu iki şəxsiyyətin siyasi fəaliyyətində xəyanət məqamını ona görə qabartdıq ki, hər ikisinin mübarizəsində bu faktor qalın xətt kimi keçib. Əbülfəz Elçibəy lideri olduğu Azərbaycan Xalq Cəbhəsini yaradarkən təşkilatın ilk İdarə Heyətinin üzvlərinin yarısı sonradan ona müxalif oldular, AXC hökumətinin devrilməsində fəal iştirak etdilər. Heydər Əliyev də 1993-cü ildə hakimiyyətə gələrkən ilkin formalaşdırdığı komanda eyni xəyanət yolunu tutdu. Xəyanətin bir məntiqi sonluğu da heç vaxt uğur qazanmamasıdır. Həm Elçibəy, həm Heydər Əliyev sistemində xəyanət yolunu tutanların ən azından siyasi taleyi acınacaqlı oldu. Elçibəyə qarşı çıxan Rəhim Qazıyev, Nemət Pənahlı, Etibar Məmmədov, Tahir Əliyev, Surət Hüseynov kimi zamanında “at oynadan” liderlərin bu günkü durumu göz qabağındadır. Xəyanətə görə eyni aqibət və sonluq Heydər Əliyev komandasında da özünü göstərdi. Rəsul Quliyev, Fərhad Əliyev, Eldar Mahmudov, Əli İnsanov və daha neçə siyasət və kapital “akulaları” zamanın dəyirmanında quma çevrilib yellə sovruldular. Bu sırada hakim komandanın son cəza görən ismi uzun müddət ölkənin ictimai-siyasi həyatını nəzarətdə saxlayan Əli Həsənov oldu. Maraqlı məqamlardan biri də hakimiyyət daxilindəki xəyanət şəbəkəsinin hər zaman ilk uzantılarının parlamentdə peyda olmasıdır. Rəsul Quliyevin 180 dərəcəlik dəyiçimi zamanı bir neçə YAP deputatının sabiq spikerin partiyasına transferindən tutmuş, Fərhad Əliyevin parlamentə “yenilikçi” adı ilə adam yerləşdirmək cəhdinə qədər bu proses eyni ssenari ilə aparılıb. Yeri gəlmişkən, icra srukturunda köklü kadr dəyişikliyi çərçivəsində parlamenti yenidən formalaşdırmaq zərurəti də güman ki, bu məqamla bağlı idi. Amma bu dəfə də proses kənar təsirsiz ötüşmür. İlllərlə hakimiyyətin siyasi kursunun əsas aparıcı fiquru olmuş Əli Həsənovun trol şəbəkəsindən tutmuş, siyasi fiqurlarına qədər bir çox isimləri namizədlər sırasındadır. Özü də maraqlı burasındadır ki, həmin namizədlərin əksəri bir neçə il öncənin radikal müxalifətçiləri olublar. Sabiq köməkçinin onları “biət olunmuş” kimi hakimiyyətə təqdim etməsinə rəğmən lazım gəldikdə yenidən əvvəlki ampulalarına dönməmələrinə isə heç kim zəmanət vermir. Məsələn, zamanında həm Heydər Əliyev, həm İlham Əliyev haqqında təhqirlər yazan, açıqdan açığa üsyana çağırışlar edən Rauf Arifoğlunun içində yeni bir X günü arzusunun olub olmadığına kim təminat verə bilər? Əli Həsənovun guya ən böyük uğuru kimi təqdim olunan bu “ramedilməz” baş redaktorun hakimiyyətin təbliğatçısına çevrilməsinin alt qatında əslində başqa təhlükəli məqamlar var. Bir neçə il öncə Rauf Arifoğlunun Azərbaycan ictimai-siyasi həyatında şəxsən əkib becərdiyi nifrət, təhqir, qisasçılıq, üsyan elementləri məhv edilmədi. Bu gün həmin elebentlər xaricdən Azərbaycana qarşı yönəlib və bu zəhərli meyvələr illər əvvəl məhz Rauf Arifoğlunun əkdiyi ağacın meyvələridir. Bu gün sadəcə onun təkbaşına gördüyü işi bir neçə adam həyata keçirir. Elə buradaca hər kəsin diqqətindən qaçan bir məqamı qeyd edək. Xaricdən zəhər ixrac edən bu şəbəkə iqtidarlı-müxalifətli hamıya böhtan və təhqirlər yağdırdığı halda bir dəfə də olsun Rauf Arifoğlunu hədəfə almayıb. Halbu ki, doğurdan da Əli Həsənovun yuxarılara təqdim edib medal aldırdığı kimi tam islah olunmuş və ən səmimi təbliğatçı olsaydı “söyüş mühacirəti” ilk olaraq ondan əvəz çıxmalıydı. Əslində bütün baş verənlər R.Arifoğlunun və Əli Həsənovun guya müxalifətçilikdən döndərdiyi onlarla adamının missiyası hakim komanda daxilində “Troya atı”nın missiyasını xatırladır. Bu insanlar istənilən vaxt bu gün görünən qoruyucu qatın arxasından çıxıb yenə də əvvəlki simalarına dönə bilərlər. Bu baxımdan Rauf Arifoğlunun və onun məqamında olan bir neçə “Həsənovçu media adamı”nın bu gün mandat peşində olmasının siyasi tərəfləri də aydınlaşır. Axı Rauf bəy bir neçə dəfə müsahibələrində siyasətdən ayrıldığını media işinə bağlılığını və bu media işini də Azərbaycanda ilk dəfə olaraq bir müəsisə halinda qurduğunu bəyan edib. Adamın əlində ölkənin ilk beşliyinə daxil olan media quruluşu var, hakimiyyət qurumları ilə münasibətləri yerində, maddi vəziyyəti əla... mandat hansı zərurətdən yaranıb? Bax burda xoruzun quyruğu X şəklində görünür.   Bu X gününün izahı Rauf Arifoğlu üçün bəllidir. Tənliyin sərfəli həlli və məchulun tapılması isə iqtidarın siyasi texnoloqlarının üzərinə düşən işdir. Yoxsa R.Arifoğlunun özünün dost çevrəsində dediyi kimi “bunlar uşaqdılar mənlə oynaya bilməzlər”?  
 
   Şahin Əhmədov
   Siam.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar