Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“TÜRKİYƏ BÖYÜK İTKİ VERƏCƏK, ƏRDOĞAN ÇEVRİLİŞLƏ DEVRİLƏCƏK…” –Rus hərbi nəşrinin "İdlib qazanı"na dair proqnozları

14-02-2020, 08:43   


Konstantin Sivkov

Военно-Промышленный Курьер”, 12.02. 2020

 

İdlib bölgəsində vəziyyətin inkişafı, türkiyəpərəst birləşmələrin düşdüyü “qazan” Türkiyənin Suriyaya hücum edə biləcəyindən qorxmağa əsas verir. Bu ssenari nə dərəcədə mümkündür?

Ən güclü və ən böyük NATO ordusunun şəxsi heyətinin qaçılmaz itkisi çox böyük ola bilər.

İdlib de-eskalasiya zonasına Türkiyənin təcavüzü halında, silahlı mübarizənin ehtimal olunan gedişatını təhlil etsək, bu nəticə açıq-aydın görünür. Qeyd edək ki, Türkiyə cəmiyyəti buna hazır deyil.

Ehtimal olunan əməliyyat sahəsində Türkiyə birləşmələrinə hava və quru qüvvələri daxil ola bilər. Bölgədəki “mötədil” yaraqlılar bu birləşmələrə yedək olacaq.

Əməliyyata cəlb olunacaq Hərbi Hava Qüvvələrinin ehtimal olunan sayı – 120-140 təyyarə. Quru qüvvələrin qruplaşdırılması bölgənin əməliyyat qabiliyyəti ilə məhdudlaşır və iki əlavə briqada, artilleriya və xüsusi təyinatlı qüvvələr daxil olmaqla, maksimum ordu korpusunu təşkil edəcək. Yəni sayı 25-30 min nəfər olan heyət. 200-250 tank, 500 zirehli personal daşıyıcısı və 300-ə qədər, o cümlədən “T-155 Fırtına” və “M107” kimi 100-120 uzunmənzilli artilleriya.

Suriya ordusu və müttəfiqlərinin Rusiya istehsalı olan təsirli tank əleyhinə silahlarının (xüsusən də “Kornet” tank əleyhinə sisteminin), həmçinin müasir “T-90A” (Əsəd qoşunlarında 20 ədəd ola bilər) və modernləşdirilmiş “T-72” tanklarının mövcudluğu da nəzərə alınmalıdır.

Türk komandanlığı qoşunlarını ən müasir “Leopard -2A4” və “M60T” ilə təmin edəcək. Buraya aviasiyanın əsas qüvvələri, o cümlədən 30 hücum helikopteri də daxil ola bilər. Bundan əlavə, 10 mindən çox hərbçi Türkiyə Silahlı Qüvvələrinin tərəfində və onlarla əməkdaşlıqda “İdlib qazanı”nda olacaq.

Açıq məlumatlara görə, “Hizbullah” və yerli hərbçilərdən ibarət nizami birləşmələr, o cümlədən zəngin hərbi təcrübəsi və son illərə qədər türklərə qarşı vuruşmaq əzmində olan, ümumi sayı bir neçə min nəfərə çatan Suriya kürdləri, habelə Suriya Ərəb Ordusunun (SAA) döyüş hazırlıqlı və texniki cəhətdən təchiz olunmuş bölmələri onlara qarşı çıxacaq.

Türkiyənin işğalçı qüvvə yaratması üçün lazım olan vaxtı azdır və Rusiya kosmik kəşfiyyatının imkanlarını nəzərə alaraq, SƏO-nun bölgədə kifayət qədər güclü qüvvə yaradacağını düşünmək lazımdır. SƏO-nun ümumi tərkibini və döyüşə hazır birləşmələrin faizini, lazım olduqda digər istiqamətlərdə 100-150 tankı olan 15 min nəfərin, tank əleyhinə sistemlər də daxil olmaqla, bir neçə yüz müxtəlif növ döyüş maşınlarının, o cümlədən 300-dək zirehli personal daşıyıcısının və 200 ədəd müxtəlif artilleriyanın (“Smerç” və s.) varlığı ilə qiymətləndirə bilərik.

Tərəflərin ehtimal olunan niyyətinə əsaslanaraq qüvvələrin operativ şəkildə formalaşmasını güman edək. Türkiyənin iki eşelonda fəaliyyət göstərməsi ehtimalı var. Birinci eşelon islamçılardan ibarətdir, ikincisi Türkiyə SQ-nin əsas hücum qrupu. Bundan başqa, əməliyyat ehtiyatları və korpus artilleriyası. SƏO və müttəfiqlərinin müdafiəsi də iki eşelona sahib olacaq.

Türk ordusunun hücum əməliyyatı keçirmə və SƏO-nun müdafiədə döyüşmə ehtimalının təhlili göstərir ki, hücum edənlər şəxsi heyət və hərbi texnikada ciddi itkilərə məruz qalacaq. İtki qrupun ilkin tərkibinin 35-45%-nə çata bilər. SƏO və müttəfiqlərinin itkiləri də Türkiyə ilə eyni ola bilər.

Havadakı qarşıdurmanın analizinin təfərrüatlarına varmasaq, Türkiyə Hərbi Hava Qüvvələri qeyri-məqbul itkilərə məruz qalacaq – 20-30 təyyarə (cəlb olunan qüvvələrin tərkibinin 15-25% -i). Suriyanın hava hücumundan müdafiə və hava qüvvələrinin itkiləri də nəzərə çarpacaq sayda olacaq – ilkin tərkibinin 18-25% -i.

Türk ordusu üçün əməliyyatın əlverişsiz nəticəsi ehtimalı çox yüksəkdir və itki 35-40 faizə çata bilər. Ərdoğan üçün  yeni bir çevriliş cəhdinə qədər bu, onun Türkiyə siyasi sistemindəki mövqeyinə ciddi zərbədir.

Beləliklə, Ankaranın İdlib zonası daxilində məhdud fəaliyyət göstərməsi hərbi-coğrafi şəraitin xüsusiyyətləri və SƏO-nun təcavüzü dəf etmə imkanlarına görə uğursuzluğa məhkumdur.

Türk ordusunun Suriyaya tammiqyaslı hücuma hazırlıq üçün uzun müddət lazım olduğundan, qələbə qeyri-mümkündür. Bundan əlavə, bir neçə min terrorçunu “İdlib qazanı”ndan xilas etmək üçün Rusiya və İranı, yəqin ki, Çini də özünə düşmən etmə təhlükəsi geniş miqyaslı müharibənin başlamasını təsdiqləməyən cəmiyyətdə lazımi mənəvi və psixoloji şəraitin yaradılmayıb.

Eyni zamanda, Türkiyə rəhbərliyi vəziyyətin bu inkişafı ilə PKK döyüşçülərinin, digər separatçı kürd qruplarının İrandan, bəlkə də Rusiyadan müasir silah alacağını aydın şəkildə anlayacaq. Türk ordusunun arxasında yeni bir cəbhə artıq vətəndaş müharibəsi olacaq. İki cəbhədə savaşmağa hətta ən güclü NATO ordusunun gücü çatmır.

Beləliklə, bu nəticəyə gələ bilərik ki, Suriyanın Türkiyə tərəfindən işğalının, irəliləyən qoşunların və təyyarələrin əhəmiyyətli itkiləri ilə, uğursuzluq riski yüksəkdir. Buna görə də, “İdlib qazanı”nın Ankara üçün “casus belli” olma ehtimalı azdır.

Çox güman ki, Türkiyə, Rusiya və Suriya problemi diplomatik istiqamətdə həll etmək üçün yeni yollar axtarmalı olacaq. Yəqin ki, yeganə həqiqi həll yolu bütün tərəflərin vicdanla icra etdiyi müqavilə ola bilər. Buna görə də, Türkiyə həqiqətən, “mötədil” müxalifəti tərksilah etdikdən sonra o, Suriyanın siyasi məkanına birləşdirilər. Dəməşq bu halda birləşmə üzvlərinin əfvi və qanuni vətəndaş hüquqlarının yeni reallıqda tanınmasına razılaşacaq.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar