Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rauf Arifoğlu İlham Əliyevin legitimliyini şübhə altına aldı

17-02-2020, 11:25   


 
Nəticələri ləğv edilmiş 35 saylı Xətai üçüncü seçki dairəsindən MSKnin ilkin nəticələrində qalib elan edilmiş Rauf Arifoğlu özünün facebook səhifəsində maraqlı fikirlər paylaşıb. Uzun illər media və sosial şəbəkənin diqqətdə saxlanmasının vacibliyini deyən baş redaktor bu dəfə fərqli düşüncələr bölüşüb: " Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm... Belə anladım ki, seçki adına əsil yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)...Sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı. Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni - yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni  ləğv eləmək lazımdı." Rauf Arifoğlunun ən maraqlı fikri isə MSK sədri ilə bağlı olub. Beləki "Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı" - deməklə Rauf Arifoğlu bu vaxta qədər M.Pənahovun rəhbərliyi altında keçirilən bütün seçkiləri, o cümlədən prezident seçkilərini şübhə altına alıb. Görünür qələbə sevinincinin qısa sürməsi və mandat həsrət qalması baş redaktoru bərk qəzəbləndirib və o hakimiyyətə "mən yenidən başqa üzümü göstərə bilərəm". Yeri gəlmişkən, statusunda "sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer..."sözləri ilə Məzahir müəllimin dialektinə ironiya etik qaydalardan kənar idi. Tisbaganin qinina münasibəti haqda məsəllər belə hallara görə yaranıb elə...  
 Şahin Əhmədov 
 Siam.az   
   
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar