Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Fəzail İbrahimli YAP-çılardan çox YAP-çılıq edir”

31-03-2020, 13:50   
  


Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş Baş nazir Pənah Hüseyn Milli Məclisin vitse-spikeri Fəzail Ağamalını tənqid edib. ANAXEBER.info xəbər verir ki, Pənah Hüseyn Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təmsilçisi olan Fəzail İbrahimlinin müxalifətçiliyini şübhə altına alıb. Kanal 5-in qonağı olan keçmiş nazir bildirib: “Deyilir ki, müxalifətin nümayəndəsi vitse-spiker seçilib. İndi biz hamımız bilirk ki, hörmətli professor Fəzail müəllim necə müxalifətçidir. O bir çox hallarda YAP-çılardan daha çox YAP-çılıq edir”.Fəzail İbrahimli fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən qalib elan edilib. O seçkiyə 1992-ci ildən üzvü olduğu VHP-nin xəttilə qatılıb.
ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar