Ana səhifə

Sorosdan şok açıqlama: Bu, AB-nin sonu olacaq

    Tarix: 12-05-2020 20:11   
 



   
Avropa Birliyinin (AB) həyatda qalması mövzusunda narahatam.
Axar.az xəbər verir ki, bunu amerikalı milyarder Corc Soros “İndependent” nəşrinə açıqlamasında deyib.
O bildirib ki, AB natamam bir təşkilatdır:
“AB-nin birləşmək prosesi heç vaxt tamamlanmadı. Bu da Avropanı olduqca müdafiəsiz vəziyyətə gətirib çıxarıb. Sadəcə, natamam birlik olduğu üçün deyil, eyni zamanda, qanunun aliliyinə əsaslandığı üçün ABŞ-dan da həssas vəziyyətə düşüb”.
C.Soros qeyd edib ki, Almaniya Ali Konstitusiya Məhkəməsi ilə Avropa Mərkəzi Bankı arasındakı böhran AB-nin sonu olacaq.
Qeyd edək ki, Almaniya Ali Konstitusiya Məhkəməsi Avropa Mərkəzi Bankının (AMB) QE proqramı çərçivəsində dövlət istiqrazlarının alışının (2.7 trilyon avro) qanuna zidd olduğu qərarını verib.



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net