Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Operativ Qərargah tərəfindən jurnalistlərin fəaliiyətinin məhdudlaşdırılması qanuna ziddir"

22-06-2020, 14:15   
 

AnaXeber.info bildirir ki, ümid Partiyası sədrinin Mətbut və İnformasiya üzrə müavini Elman Abbasov Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərin fəaliyyətinin məhdudlaşdırmasına münasibət bildirib.Partiya sədrinin müavini deyib:"Nazirlər Kabineti yanında Operativ Qərargahın 19 iyul qərarında jurnalistlərin 21 iyun-5 iyul tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonununda sərbəst hərəkətinə qadağa qoyulub. Jurnalistlər işə getmək üçün icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər.Ümid Partiyası Operativ qərargahın jurnalistlərin fəaliyyətini məhdudlaşdıran qərarını pisləyir və bildirir ki, jurnalistlərin sətbəst hərəkət etməsi, fəaliiyət göstərməsi, söz və mətbuat azadlığı üçün heç bir məhdudiyyət qoyulmamalıdır. Verilən qərar həm "Kütləvi İnformasiya Haqqında Qanuna", həm də Konstitusiyaya ziddir. Jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub.Partiya hesab edir ki, jurnalistlər öz peşə failliyyətini vəsiqə ilə yerinə yetirməli, onların peşə fəaliyyətinə heç bir məhdudiyyət olmamalıdır. "
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar