Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Arsenal" Bakıya 24 futbolçu ilə gəlib - FOTOSESSİYA (VİDEO)

26-05-2019, 09:44   


Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri bu gün paytaxtımıza gəlib.

ONA-nın məlumatına görə, İngiltərənin London şəhərini təmsil edən “Arsenal” artıq Bakıdadır.

Komandanın rəqibindən daha tez gəlməsi buradakı şəraitinə uyğunlaşmağa hesablanıb. "Arsenal" sabah ölkəmizdə ilk məşqinə də çıxacaq.

İngiltərəlilər Bakıya 24 futbolçu gətirib. Final üçün sifariş vərəqinə Pyer-Emerik Obameyanq, Petr Çex, Mohamed Elneni, Matteo Gunduzi, Aleks İvobi, Karl Cenkinson, Sead Kolaşinats, Loran Koselni, Aleks Lakazett, Bernd Leno, Stefan Lixştayner, Eynsli Meytland-Nayls, Naço Monreal, Şkodran Mustafi, Eddi Nketia, Məsut Özil, Sokratis Papastatopulos, Lukas Torreyra, Co Villok, Qranit Caka, Danni Velbek, Bukayo Saka, Xavyer Amaeçi, Deyan İliyev daxil edilib.

Qeyd edək ki, final oyununda iki London klubu – “Çelsi” və “Arsenal” qarşılaşacaq.









 


 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar