Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qudurğan məmurlar, dini fanatizm, separatizm... sabitliyi kim pozur?

22-07-2018, 23:18   
 


Bu hadisələr bizə mesaj idi ki, sabitliyinizlə öyünməyin. Vitse-spiker Bahar Muradova müsahibəsində belə deyib.
Amma sabitliyin pozulmasına zəmin yaradan halları etiraf etməyib. O, məsələnin kökünü vətəndaş-məmur münasibətlərinə bağlamayıb.
anaxeber.info yazır ki, hakimiyyət hadisələrdən məmurların davranışları ilə bağlı dərs götürməsə, daxili siyasətdə onların rəftarlarını nizamlamasa, mesaj verənlər yenə olacaq.
Azərbaycan müxtəlif qüvvələr üçün təxribat poliqonu ola bilər, lakin buna rəvac verən məmurların fəaliyyətinə də nəzər yetirmək lazımdır.
Ölkə neçə-neçə Quba, İsmayıllı hadisələrinin təkrarından son anda qurtulub:
deputatların yersiz çıxışları, insanları təhqir etməsi, icra başçılarının və övladlarının qudurğanlıqları, nazir və general övladlarının harın hərəkətləri yaddaşlardan silinməyib.
Korrupsiya pullarının yaratdığı lüks həyat məmurları və uşaqlarını elə qudurdub ki, onlar heç kəsi saymırlar. Bu da illərlə davam edir və günün birində partlayır.
Sonra hökumət kənar təsirlər, xarici dairələr axtarışına çıxır, sifarişçilərin ölkəmizi istəməyən bəzi ermənipərəst təşkilatlar olduğuna işarə verir.
Amma onlardan da əvvəl ölkəmizi istəməyən bəzi məmurların olduğunu, onların fəaliyyətinin başdan-ayağa Azərbaycanı uçuruma sürükləmək məqsədi daşıdığını dilə gətirmirlər. Həmin məmurların əməlləri olmasa, xaricdəki fitnəkarlar da vəziyyətdən istifadə etməzlər.
Əli Həsənovun nəvəsinin iki nəfəri qəzada öldürməsindən tutmuş qızına 400 minlik toy edərək israfçılığı cəmiyyətdə aqressivlik doğuran lift idarəsi müdirinə qədər hər birinin addımı hakimiyyətlə xalq arasında körpüləri yandırır.
İqtidar qarşıdakı dövrdə daxili siyasətlə bağlı korrektələr etməsə, aqrar, təhsil, səhiyyə, gömrük sahələrində açılım olmasa, sürətlə yoxsullaşma və sürətlə varlanma təbəqələşməsi dayandırılmasa, növbəti qarşıdurmalar qaçılmaz olacaq.
İşsizliyin yaratdığı fanatik dindarlıq, məmur biganəliyinin yaratdığı qəzəb və nifrət, səhlənkarlıq, talançılıq, rüşvət, vətəndaşın təhqir edilməsi gərginliyi artırır.
Nəticədə zülmkar padşah adı qazanmış Elmar Vəliyevə qarşı sui-qəsd planlanır, Gəncə qarışdırılır, günahsız polis zabitləri qətlə yetirilir. Bu, cəmiyyətdə yaranmış gərgin atmosferə, vətəndaşın qudurğan məmurdan olan narazılığına adekvat hazırlanmış planlar idi.
 
Ona görə E.Vəliyevə sui-qəsd ilk günlərdə heç də etiraz doğurmadı, əksinə, alqışlayanlar var idi. Bu da səhvdir. Odur ki, vətəndaş-məmur münasibətləri düşmənçilik həddinə çatmamalıdır.
Məmur bilməlidir ki, ona müraciət edən vətəndaşın son ümid yeridir və onun əlindəki imkanlar, resurslar dada çatmağa yetir. Vətəndaşın isə heç nəyi yoxdur.
anaxeber.info yazır ki, beynəlxalq güclər hər zaman üç faktorla hakimiyyətə təzyiq edirlər. Birincisi, sosial ədalətsizlikdən bezmiş xalq kütlələri təşkilatlandırılır, ikincisi dini radikallar fəallaşdırılır, üçüncüsü etnik separatizm alovlandırılır.
Gəncə hadisələri və sonrakı proseslərdə hər üç spektrdən təxribatların olduğunu görmək mümkündür.
Sui-qəsd və qətlləri törədənlər dini fanatlar, məsələnin təqdimatı sosial zülm, ardınca isə Əlikram Hümbətov kimilərin aktivləşdirilməsinə keçid olunur.
Eyni zamanda Sahib Teymurov kimilər xaricdən çağırışlar edirlər və seçki ərəfəsində də söyüş kampaniyasının fəalları oxşar çağırışlarla cəmiyyəti silkələmək istəyirdilər.
Bu təhlükələrdən - sosial zülm, dini radikallıq və separatizm provokasiyalarından qurtuluşun əsas yolu ölkədə islahatları sürətləndirməkdir.
İnsanlar gündəlik həyatında, iş rejimində, ictimai nəqliyyatda, maaşda, bazarlardakı qiymətlərdə, istirahətində rahatlığı hiss etməlidir.
İnsanlar gərgindir, əsəbidir, avtobusda, bazarda, hər yerdə gərginlik yaşanır, ədavət olur. Bu sosial problemlərin çoxluğundan irəli gəlir.
Kommunal ödənişlər, kirayə haqları, gündəlik xərclər, övlad saxlamaq getdikcə çətinləşir. Bazarlarda bahalaşma var, amma məvaciblər artmır.
Artıq neftin qiyməti də devalvasiyadan qabaqkı məbləğə qalxıb, hökumət isə xalqa neft pullarından gələn gəlirlərdən xərcləmir. Xarici təhdidlərdən qorunmağın ana yolu xalqın yaşayışını yaxşılaşdırmaqdır.
Həkimlər, müəllimlər ələbaxımlı olublar, gənclər iş tapa bilməyib xaricə qaçırlar, çoxları evsizdir, evlənə bilmirlər, sosial yardım alan ailələr ağır şəraitdə yaşayır. Neftlə zəngin ölkənin vətəndaşlarının sosial rifahı belə olmamalıdır.
Bütün bu sadalanan məsələlər xaricdəki dairələrin təzyiq rıçaqlarıdır və onlar məmur-vətəndaş münasibətlərinin hansı nöqtədə olduğundan agahdırlar...
anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar