Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Merkel Əliyevlə görüşə niyə gəlir, nə ilə gəlir? – bilinməyənlər…

24-07-2018, 13:19   
 

Almaniya federal kansleri Angela Merkelin Azərbaycana səfəri o vaxta təsadüf edir ki, bu ölkədəki miqrantlarımızın kütləvi deportasiyası haqda xəbərlər gəlməkdədir.
anaxeber.info-ın Analitik Şöbəsi yazır ki, prezident İlham Əliyevlə Almaniya kansleri Angela Merkel arasında miqrantlar məsələsinin müzakirə olunacağı istisna edilmir.
Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. O, ölkə rəhbərlikləri ilə görüşəcək.
Son illərdə Azərbaycandan minlərlə insan Almaniyaya axın edib. Onlar alman hökumətini siyasi hakimiyyət tərəfindən təqib olunduqlarını inandırırlar.
Amma getdikcə saxta yolla sığınacaq üçün müraciət edənlərin sayının artması Merkel hakimiyyətini hərəkətləndirib. O baxımdan kanslerlə prezidentin görüşündə problemin qeyri rəsmi müzakirəsi gözləniləndir.
Bu səfərə qədər artıq 51 azərbaycanlının deportasiya olunması, siyahının daha geniş olduğu bildirilir. Bu şəxslər saxta sənədlə siyasi mühacir status almağa cəhd etdikləri deyilir.
Düzdür, həmin şəxslər heç bir sənəd təqdim etməyənlər idi. Bununla belə, azərbaycanlı miqrantlarla bağlı müəyyən sərt addımlar atılacağı gözləniləndir.
Eyni zamanda Bakı tamamilə xof yaratmağın tərəfdarı da deyil. Əksinə, narazı kütlənin və ictimai aktivistlərin Azərbaycanı tərk etməsi hakimiyyətin maraqlarına uyğundur.
Ona görə tərəflər görüşdə miqrantlar mövzusunda kompromis variantları müzakirə edəcəklər.
2018-ci ilin iyun ayında Almaniyadan sığınacaq istəyənlərin statistikası məlum olub. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb.
Məlumatda deyilir ki, iyun ayında federal idarəyə sığınacaq üçün müraciət edənlərin sayı 13254 nəfərdir. Bu rəqəm may ayında 12494 nəfər olaraq qeydə alınıb.
İyun ayında 3002 Suriya vətəndaşı Almaniyadan sığınacaq istəyib. İkinci yerdə 1252 nəfərlə İraq vətəndaşları, üçüncü yerdə isə, 1009 nəfərlə Əfqanıstan vətəndaşları qərarlaşıb.
Almaniyada sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayında da artım müşahidə olunub. Belə ki, ötən ay 930 Türkiyə vətəndaşı sığınacaq üçün müraciət edib.
Son bir həftə ərzində şəxsiyyətləri “Readmissiya haqqında * ” sazişə əsasən müəyyən edilən Azərbaycan Respublikasının 51 vətəndaşı məcburi qaydada Almaniyanın müxtəlif şəhərlərindən Münxendə qanunsuz miqrantlar üçün nəzərdə tutulan müvəqqəti saxlama mərkəzinə aparılıb.
18 iyul 2018-ci il tarixdə isə xüsusi çarter reysi ilə onlar Azərbaycana göndərilib. Göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.
anaxeber.info-ın Analitik Şöbəsi yazır ki, Merkelin səfərində Almaniya ilə ticari əməkdaşlıq, enerji sahəsindəki əlaqələrin genişləndirilməsi, Azərbaycanın Avropa siyasəti, Rusiyaya sanksiyalar zamanı tutacağı mövqe də müzakirə oluna bilər.
Berlin siyasi və iqtisadi modernləşmə yolunda Bakıya yardım etməyə hazırdır. Bunu Almaniyanın federal kansleri Angela Merkel bu ilin aprelində deyib.
A.Merkel yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyi münasibətilə İlham Əliyevi təbrik etmişdi.
“Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm.
Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır”, - dövlət başçısının saytında dərc olunan A.Merkelin təbrik məktubunda qeyd olunur.
Bir müddət əvvəl Almaniya ilə Azərbaycan əlaqələrində bir gərginlik yaşanırdı. Alman mətbuatı hər gün hakimiyyət haqda sərt tənqidlər, insan hüquq və azadlıqlarının pozulmasından yazırdı.
Bakı da cavabsız qalmayaraq Qərbin böhran içində olması, Almaniyada tətillərdən, etiraz aksiyalarından süjetlər təqdim edirdi. Artıq münasibətlər yoluna düşüb.
Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.
Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər.
Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350-400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar