Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakının “Putin NATO”suna qoşulacağı gündəmi Qərbə şantaj imiş – şok gizlinlər Anaxeber.İnfo-da...

3-09-2018, 09:13   
 

Azərbaycan hökumətinin Rusiya orbitinə çox yaxınlaşdığı barədə təlaşlı çıxışlara rast gəlinir.
Anaxeber.İnfo yazır ki, bu müzakirələr daha çox Bakının “Putin NATO”su adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulacağı haqda təkliflərin səslənməsindən sonra qızışıb.
Necə ki, ötən illərə qədər Avrasiya İttifaqı və Gömrük İttifaqına üzv olacağımız barədə həyəcanlı fikirlər yayılmaqda, Azərbaycanın müstəqil siyasətini və suverenliyini itirəcəyi ilə bağlı proqnozlar səslənməyə başlamışdı.
Amma hökumət sözügedən təşkilatlara üzv olmamaqla növbəti spekulyativ, başqatma siyasəti yürütdüyünü,  o cümlədən heç də Kremlin diktəsi ilə hərəkət etmədiyini, Qərbin qəzəbindən çəkindiyini nümayiş etdirdi.
Çünki postsovet respublikalarında (Ukrayna, Gürcüstan, Ermənistan, Qırğızıstan, Monqolustan, Özbəkistan) siyasi dəyişikliklər Qərbin əli ilə baş verib.
Moskva isə yalnız baş verənlərə adekvat cavab verməyə çalışmaqla həmin ölkələrdə separatizmi alovlandırıb, etnik münaqişə ocaqları yaratmağa çalışıb (Krım, Cənubi Osetiya, Abxaziya)
O baxımdan hökumət Putinin iqtisadi və siyasi layihələri olan Avrasiya İttifaqı və Gömrük ittifaqına qoşulmağın hansı siyasi təlatümlərlə nəticələnəcəyini yaxşı hesablamışdı.
Eyni zamanda hakimiyyət daxilində kifayət qədər Qərbpərəst qüvvələr də var ki, komanda içərisində kök atmış ruspərəst “5-ci kolon”a qarşı müqavimət göstərərək bu qərarların icrasının qarşısını alsınlar.
Ona görə də hökumətin ilk olaraq deputat Əli Hüseynlinin timsalında başlayaraq, ardınca özünə yaxın siyasi ekspertlər və KİV-lər vasitəsi ilə KTMT-yə qoşulmaq haqda siyasi gündəmi qaynatmağa çalışması Qərbi daha çox təhdid və şantaj altında saxlamaq məqsədi daşıyır.
Yeri gəlmişkən, bu diskussiyalar Almaniya kansleri Angela Merkelin Bakıya səfəri ərəfəsinə təsadüf edirdi və iqtidar siyasi gündəmə “Putin NATO”suna qoşulmaqla bağlı çıxışları gətirdi.
Müstəqil analitiklərin fikrincə, Azərbaycanın bu quruma üzvlüyə sürüklənməsi barədə çıxışlar siyasi ekspertlərin, KİV-lərin işi deyil, birbaşa iqtidarın ən yüksək eşelonundan gələn təlimatdır.  
Anaxeber.İnfo yazır ki, rəsmi Bakının bu addım atacağına inanmayanlar da var və iki səbəblə izah edirlər;
birincisi, Rusiya iqtisadi cəhətdən çöküş dövrünü yaşayır, ikincisi, Qərbdən Bakıya demokratiya, siyasi məhbusların azad olunması tələblərinin artması Bakının Avropanı Moskvaya yaxınlaşmaqda şantaj etməsi ilə müşayiət olunur.
Çünki artıq Avropa Birliyi ilə fundamental saziş üzrə danışıqlar gedir və yeni sənədlərdə demokratiya, insan haqları bağlı ciddi bəndlər var. Əgər siyasi məhbus olunmasa Aİ yeni sazişi ratifikasiya etməyəcək.
Bu şəraitdə hökumət Qərbi şantaj edir ki, ondan daha çox tələbi olmasın, əks təqdirdə Kremlə daha çox yaxınlaşarıq və for-postuna çevrilərik.
Müstəqil şərhçilərin fikrincə, KTMT-ya üzvlüklə bağlı müzakirələrdə daxili auditoriya çaşdırılır. Hökumət ictimaiyyəti inandırır ki, guya Rusiya bu quruma qoşulmaqla Qarabağı Ermənistandan alıb qaytaracaq.
Amma bu illüziyalar obıvatellərin “beynini yumaq” və toplumun hökumətdən sosial tələblər irəli sürməsini qabaqlamaq niyyəti güdür.
Yəni, biz torpaqların azad olunması ilə bağlı ağır bir mərhələdəyik və ölkədə iqtisadi şəraitin pisləşməsinə dözmək lazımdır.
Halbuki, nəinki Qarabağ, Abxaziya və C.Osetiya problemi də Rusiyanın tərəfindən həll edilməyəcək. Dünyanın siyasi xəritəsini cızan Moskva deyil, Kosovo məsələsini həll etmiş, bu ölkədə hərbi bazasını yaratmış Qərbdir.
Hər nə qədər Moskva “ayı” siyasətindən əl çəkməsə də, siyasi hakimiyyətlərin dəyişdiyi keçmiş sovet ölkələrində separatizmi qızışdırıb torpaqları işğalda saxlasa da, bu konfliktlərin açarı ABŞ və Qərbin əlindədir.
Baxmayaraq ki, sentyabrın 1-də, Merkelin Bakı səfərindən az sonra prezident İlham Əliyev Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb, bununla hansısa strateji mesajlar verilib, lakin rəsmi Bakının xarici siyasət kursu Tiflis və İrəvan kimi üzü Avroatlantik məkana inteqrasiyadan ibarət olmalıdır.
Anaxeber.İnfo yazır ki, onsuz da bütün enerji layihələrində Qərblə əməkdaşlıq edilir, seçkilərlə bağlı həlledici bəyanatları Avropa təşkilatları verir, o halda Moskvadan asılılıq azalmalı, KTMT kimi reputasiyasız qurumlara qoşulmaq projeləri gündəlikdən çıxarılmalıdır.
Üstəlik, Paşinyan hakimiyyəti ilə Moskva arasındakı gərginlik dövründə Kremlin orbitinə yaxınlaşmaq, Qərblə əlaqələri gücləndirmək siyasəti götürmüş yeni erməni hökumətinə bu şəkildə cavab vermək bizim yox, Rusiyanın maraqlarına xidmət edə bilər.
Çünki Putin Ermənistandakı hakimiyyətdən ona görə narazıdır ki, İrəvan Qərblə işləməyi seçir və Gürcüstan yolu gedir. Bu situasiyada isə Bakı ilə yaxınlaşma nümayişi Kremlin Qərbə replikasıdır.
Politoloq Elxan Şahinoğlu da feysbuk hesabında şərh edib ki, Azərbaycan prezidentinin Rusiyaya səfəri çərçivəsində KTMT məsələsinə aydınlıq gətiriləcəyi ana xətdir.
“Prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ müzakirə olub. Buna baxmayaraq, Putinin Qarabağla bağlı sözlərində niyyət var, qətiyyət yoxdur. Bu görüşdən sonra da “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırmı” sualı açıq qalır.
 Bu sual açıq qalırsa Azərbaycanın Rusiyanın xeyrinə xarici siyasətinə ciddi korrektə edib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün gündəmdə saxlanılmasının mənası yoxdur. Çünki ortada Qarabağla bağlı qazancımız yoxdur.
Yeri gəlmişkən, Azərbaycan prezidenti ilə görüşdən bir gün əvvəl Rusiya prezidentinin Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibəti ilə telefonla təbrik etməsi də Azərbaycana xoş olmayan mesaj sayıla bilər.
Putin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll etməkdənsə, köhnə dostu Köçəryanı Ermənistanda hakimiyyətə gətirmək istəyir”.
Deməli, siyasi dilemma əllidir: Qərbi KTMT ilə şantaj etmək yox, Qərbə doğru irəliləmək lazımdır...
Anaxeber.İnfo
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar