Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Avtoritar rejimlərin kabusu Obama qayıdır...Bakı seçkidə kimə "yes" deyəcək?

10-09-2018, 09:48   
 

Donald Tramp hakimiyyətə gələndən ona nələr demirlər - gic, başdanxarab, zır yalançı...
Seçkidə qalib gələcəyinə də inam yox idi, onu qeyri-ciddi adam kimi təqdim edirdilər. Amma dünyanı mat qoydu.
Amerika konqressmenlərinin və demokratlarının nifrət etdiyi bu prezident Rusiyanın xüsusi xidmət orqanlarının adamı olmaqda ittiham edilirdi.
Seçkilərə Rusiyanın müdaxiləsi belə iddia olunurdu. Ona görə Amerika ictimaiyyəti və demokratları Trampın iqtidarı dövründə bir gün də olsun onu lənətləməmiş olmadılar.
ABŞ tarixində Tramp qədər ziddiyyətli prezident olmamışdı. Hətta onu impiçment etmək istəsələr də, nail ola bilmədilər.
Ancaq okeanın o tayında növbəti seçkilər yaxınlaşdıqca bu dəfə demokratların revanşının nə olacağı suallar yaranır.
Anaxeber.İnfo-nun Analitik Şöbəsi yazır ki, bu sualların fonunda qəfildən Amerikanın siyasi gündəminə keçmiş prezident Barak Obama çıxır.
"Ağ ev"in qaradərili sabiq prezidentinin susqunluğu pozub fəallığa çağırışı təkcə Tramp administrasiyasının yox, həm də dünyadakı avtoritar idarəçiliyin olduğu ölkələrdə despotların yuxusuna haram qatmalıdır.
Tramp iqtisadi sanksiyalarla əzici hücumlar edirsə, Obama dövründə "ərəb baharı" 40 illik hakimiyyətlərin süqutunu reallaşdırmışdı.
Tunis, Misir, Liviya inqilabları, Mübarək, Bin Əli, Qəddafi kimi betonlaşmış liderlərin sonu, Suriya müharibəsi...
Yəni, Obama diktatura rejimlərində persona-non-qrata statusunda olan Amerika lideri idi.
Onu heç kəs arzulamır. Yeri gəlmişkən, Azərbaycan hakimiyyəti də Obama administrasiyası ilə "qanlı bıçaq" idi.
Rəsmi dövlət nəşrlərində Obama barəsində sərt tənqidi məqalələr dərc olunurdu. Hətta Trampın prezident seçilməsini bayram edən "Yeni Azərbaycan" qəzeti Obama dövrünü bir kabus kimi xatırlayırdı.
Onun ayrı-ayrı ölkələrin daxili siyasətinə müdaxilə etməkdə günahlandıraraq Trampı proqressiv siyasətçi kimi təqdim edirdilər.
Obama isə bu günlərdə uzun müddətdən sonra susqunluğunu pozaraq İllinoys universitetində nitq söyləyib.
O, əvvəllər başqa ABŞ prezidentləri kimi ənənəvi olaraq siyasi səhnədən çəkilmək niyyəti olduğunu, lakin hadisələrin gedişatının onu proseslərə daha fəal şəkildə qoşulmağa məcbur etdiyini söyləyib.
Hazırkı dövrdə risklərin çox yüksək olduğunu ifadə edən Obama olub-bitənləri kənardan baxıb izləyənlər üçün nəticələrin çox pis olacağını bildirib.
ABŞ prezidenti Donald Trampın siyasətinə fundamental olaraq əleyhinə çıxması ilə bilinən Obama ABŞ demokratiyasına qarşı olan qorxunun Tramp ilə başlamadığını vurğulayıb.
“Tramp səbəb yox, simptomdur. Tramp siyasətçilərin illər boyu formalaşdırdıqları küskünlüyün, keçmişdə qalan qəzəbin və qorxunun təzahürüdür”,- keçmiş prezident qeyd edib.
Trampın administrasiyasında yaşananların anormal olduğunu deyən Obama hazırda qeyri-adi zamandan keçdiklərini açıqlayıb.
Keçmiş prezident bütün bu qaramatın içində yaxşı xəbərlərin də olduğunu söyləyərək 2 ay sonra ABŞ-da seçkilərin keçiriləcəyini xatırladıb.
Obamanın fikrincə, zəif və yöndəmsiz siyasəti durdurmağın sadə bir yolu seçicilərin səsləri ola bilər.
Obama respublikaçıların seçkiqabağı kampaniyalarında uğur olaraq təqdim etdikləri işsizliyin azaldılamsı ilə bağlı rəqəmlərin əslində 2015 və 2016-cı illərin göstəriciləri ilə eyni olduğunu vurğulayıb.
Trampın özünü bir reket kimi apardığını qeyd edən keçmiş prezident amerikalılarıın bu cür siyasətçilərin arxasında heç vaxt durmadıqlarını, onların yolunu izləmədiklərini bildirib.
Bütün Amerikanı “ABŞ üçün ən yaxşısını düşünərək” səs verməyə çağıran Obama deyib:  “Oturub xilaskar gözləməyin. Mükəmməl bir namizədimiz yoxdur deyərək kənarda oturmayın.
Bizim bir peyğəmbərə ehtiyacımız yoxdur. Tək ehityacımız dürüst çox işləyən insanlardır. Demokratiyamız üçün isə ən böyük təhdid elə məhz ümidsizlikdir”.
Obama çox iti, təhlükəli və emosional bəyanatlarla çıxış edib. O, həm ABŞ siyasətini xilas etməyə, həm dünyada gedən proseslərə yenidən öz dəsti-xəttini gətirməyə eyham vurur.
Onun sözlərinə görə, amerikalıların ABŞ-ı Trampdan xilas etmək vaxtı çatıb. O, bunun üçün amerikalıların Konqres seçkisinə gəlməli olduğunu deyib.
Bu, Amerikanın demokratiya tələb etdiyi ölkələr üçün də heç yaxşı xəbər deyil. Nəzərə alsaq ki, Obama dövründə rəsmi Bakı ilə münasibətlər sıfır səviyyəsində olub, kifayət qədər gərginliklər yaşanıb.
Bu halda seçkidə rəsmi Bakının diplomatik səviyyədə anti-Obama korpusunda dayanacağını ehtimal etmək olar. Azərbaycan ondan insan haqları və demokratiya ilə bağlı tez-tez çağırışlar edən xarici təşkilatları, liderləri sevmir.
Anaxeber.İnfo-nun Analitik Şöbəsi yazır ki,  Oba­ma­nın da­xi­li si­ya­sət­də mü­əy­yən uğur­la­rı ol­sa da, xa­ri­ci si­ya­sə­tin­də kəsrlər var idi.
Re­al­lıq on­dan iba­rət­dir ki, Oba­ma­nın xa­ri­ci si­ya­sət kur­su  uğur­lu alın­ma­yıb. Xü­su­sən də Oba­ma Azər­bay­ca­nın re­gi­on­da oy­na­dı­ğı stra­te­ji ro­lu la­zı­mın­ca dəyərlən­dir­mə­di.
Postso­vet mə­ka­nı üz­rə ta­nın­mış bey­nəl­xalq ekspert, Con Hop­kins Uni­ver­si­te­tin­də Mər­kə­zi Asi­ya və Qaf­qaz İnsti­tu­tu­nun di­rek­to­ru Svan­te Kor­nel­li­nin fik­rin­cə, Oba­ma ad­mi­nistra­si­ya­sı döv­rün­də bir sı­ra sə­bəb­lə­rə gö­rə ABŞ-Azər­bay­can mü­na­si­bət­lə­ri pis­lə­şib:
"Fik­rim­cə, bu­ra­da da­ha önəm­li ro­lu Tür­ki­yə-Er­mə­nis­tan pro­to­kol­la­rı mə­sə­lə­si oy­na­dı. Azər­bay­can bu pro­se­si da­yan­dır­ma­ğa ça­lış­dı və bu­na na­il ol­du. He­sab edi­rəm ki, bu mə­sə­lə Oba­ma ad­mi­nistra­si­ya­sı­nın düş­mən ya­naş­ma­sı­na sə­bəb olan amil­lər­dən­dir.
Əsas amil­lər­dən bi­ri də, tə­bii ki, er­mə­ni di­as­po­ru­nun ye­tə­rin­cə gü­cə sa­hib ol­ma­sı­dır. Çün­ki on­la­rın De­mok­rat­lar Par­ti­ya­sı ilə sıx mü­na­si­bət­lə­ri var və bu da öz tə­si­ri­ni gös­tər­di".
Oba­ma ad­mi­nistra­si­ya­sı­nın is­tə­yi o idi ki, Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si həll olunma­dan sər­həd­lər açıl­sın. Hal­bu­ki, 1993-cü il­də Tür­ki­yə Er­mə­nis­ta­nın Azər­bay­can­da hə­ya­ta ke­çir­di­yi iş­ğal­çı­lıq si­ya­sə­ti­nə eti­raz ola­raq sər­həd­lə­ri bağ­la­yıb.
Mə­lum ol­du­ğu ki­mi, bu­nun nə­ti­cə­sin­də 2009-cu ilin oktyab­rın­da Sü­rix­də sər­həd­lə­rin açıl­ma­sı­na da­ir pro­to­kol­lar im­za­lan­dı. Son­ra Azər­bay­ca­nın və öl­kə ic­ti­ma­iy­yə­ti­nin eti­raz­la­rı nə­zə­rə alı­na­raq, Tür­ki­yə pro­to­kol­la­rı ra­ti­fi­ka­si­ya et­mə­di.
Ay­dın mə­sə­lə­dir ki, Oba­ma­nın bu si­ya­sə­ti­nin ar­xa­sın­da er­mə­ni lob­bi­si dayanırdı. Bu, o vaxtkı ha­ki­miy­yət­dən Azər­bay­ca­na qa­lan ən pis mi­ras sa­yı­la bilər.
Bu­nun­la ya­na­şı, Oba­ma mü­na­qi­şə­nin həl­li ilə bağ­lı həm­sədr döv­lə­tin baş­çı­sı olaraq han­sı­sa tə­şəb­büs­lə çı­xış et­mə­di. San­ki məq­səd­yön­lü şə­kil­də tə­şəb­bü­sün Ru­si­ya­ya keç­mə­si­nə şə­ra­it ya­rat­dı.
Odur ki, konqresdə ermənipərəstlərin olduğunu nəzərə alsaq, Obamanın siyasətə dönüşü həm demokratiya, həm Qarabağla bağlı məsələlərdə rəsmi Bakının ürəyincə olan hadisə deyil.
Qeyd edək ki, konqresə seçkilər noyabrdə olacaq. Obama İllinoysk Universitetindən sonra Kaliforniyanın cənubunda baş tutacaq siyasi tədbirə qatılacaq.
O, burada Konqresinin Nümayəndələr Palatasına demokratlardan 7 namizədi dəstəkləyəcək. Bu namizədlərin hamısı həmin dairədən özlərini sınayacaq. Çünki ənənəvi olaraq buradan respublikaçılar qalib gəlib.
Lakin iki il öncə bu dairənin seçiciləri prezident seçkiləri zamanı demokratların namizədi olan Hillari Klintonu dəstəkləyib.
Obama Kaliforniyadan sonra növbəti həftə Ohayo ştatına gedəcək və orada Riçard Kordreyanın namizədliyini dəstəkləyici çıxış edəcək. Kordrey ştatın qubernatoru postuna iddia edir.
Bu şəxs zamanında Barak Obama administrasiyasının əməkdaşı olub. Obama sentyabrın ortalarında yenidən İllinoysa dönəcək və burada Pensilvaniya seçiciləri qarşısında çıxış edəcək.
Bu, demokratlar üçün əsas ştatlardan biridir. Onlar buradan Konqresin aşağı palatasına 23 yer qazanmağı düşünürlər. Bu ştatda əldə edə biləcəkləri uğur nəticəsində Nümayəndələr Palatasında çoxluğu qazanmaq istəyirlər.
Anaxeber.İnfo
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar