Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezident komandasındakı pislər: deputatın “işarəni Qobustandan gözləyin” mesajı kimlərəydi? – Özəl

14-09-2018, 09:34   
 

“Prezidentin komandasında vicdanla, dövlətə, millətə bağlı insanlar da var. Amma pislər də var. O cür adamlar düşünməlidirlər ki, yerləri Qobustan olacaq”.
Anaxeber.İnfo xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı müsahibəsində səsləndirib. Ölkənin yollarının tikintisində maxinasiyalardan söz açan deputat prezidentin komandasında bəzilərinə mesaj verib.
O, Qobustanı işarə verməklə ömürlük məhkumların həbsxanasını nəzərdə tutub: “Bir də görürsən, dünənə kimi adi adam olan, sadə şalvarda, köynəkdə gəzən məmur vəzifəyə gələn kimi on milyonluq, iyirmi milyonluq mülk aldı. Yaxud da dünənə kimi qapqara kişi idi, bu gün ağappaq oldu. Ay balam, necə olur bu?!”.
Dövlət büdcəsini talayan hər kəsin yeri Qobustan olacaq. Mən həmişə arzusundayam ki, neqativ hallara son qoyulsun, biz müsbət işlərimiz, uğurlarımız barədə müzakirələr aparaq.
İmam Hüseyn qılıncından betər tamaha “yox” deyək. Ölkə prezidenti bütün həyatını ölkənin firavanlığı yolunda qoyub. Fikirləşirsən ki, adam daha nə etməlidir?!
Prezidentin komandasında vicdanla, dövlətə, millətə bağlı insanlar da var. Amma pislər də var. O cür adamlar da düşünməlidirlər ki, yerləri Qobustan olacaq”.
F.Ağamalı çıxışında açıq şəkildə bildirib ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi bunlardan nəticə çıxarmalıdır. Elə etməlidirlər ki, Ziya Məmmədovun səhvləri təkrarlanmasın.
Amma prezidentin komandasında pislik edənlər təkcə Azərbaycan yollarından milyonlar qazanan korrupsioner məmurlar deyil. Onlar şaxələnmiş şəkildə bütün sektorları əhatə ediblər və rüşvət xərçəng kimi yayılıb.
İstərsə gömrük, istərsə səhiyyə və təhsil sahələrində pis məmurlar var. Məsələnin gerçək mahiyyəti isə F.Ağamalının, iqtidara yaxın deputatın dilindən komanda üzvlərinə eyhamdır.
O, daha yüksək ranqlı məmurlara ismarış göndərmiş olub. Bu xüsusda konkret adlar çəkməyə ehtiyac da yoxdur. Hakim komanda daxilində kifayət qədər narazılıq yaratmış kadrlar uzaqlaşdırılsa da, qalanlar az deyillər.
Onların bu postlarda uzun zaman qalacağına gözləntilər yoxdur. İndi 2003 deyil və prezident müstəqil siyasət yürütməkdə yetərincə təcrübəlidir, siyasi iradəyə malikdir.
Odur ki, 15 il əvvəl bəzi nazirlər siyasi şantaja əl ataraq öz klanlarını qorumaq naminə müxtəlif spekulyasiyalardan istifadə edir, media, müxalif qruplar, QHT bu oyunların alətiə çevrilirdisə, indi total nəzarət var və prezident daxili siyasətdə onu qane etməyənləri  asanlıqla sərəncama götürür. Bu baxımdan hakimiyyətdəki bəzi toxunulmaz təəssüratı yaradan kadrların da süqutu yaxınlaşır.    
Anaxeber.info məlumat verir ki, vaxtilə Eldar Mahmudov, Ziya Məmmədov, Əli Həsənov, Səlim Müslümov, Fazil Məmmədov kimi məmurların tərpədilməsi inandırıcı görünmürdü.
Bu gün isə MTN kimi struktur ləğv olunubsa, generalları həbsə göndərilibsə, digər nazirlərin və komitə sədrlərinin vəzifəsindən azad olunmasında prezident üçün maneələr yoxdur.
F.Ağamalının Qobustanı göstərərək hər bir məmurun mənimsədiyi pullara görə hesabat verəcəyinə, istintaqa cəlb olunacağına eyham vurması çox ciddi siqnaldır.
Bu, siyasi hakimiyyətin “mətbəxi”ndən gələn informasiyanın müsahibə şəklində ictimaiyyətə ötürülməsi kimi qiymətləndirilir. Xüsusən də yeni təyinat alanlar ölçülü olmalıdırlar.
Konkret olaraq Mikayıl Cabbarovla Səfər Mehdiyevin üzərində fokuslanmaq zəruridir. Çünki vergi və gömrük sistemləri iqtisadiyyatın, büdcənin onurğa sütunlarıdır.
Bu sahələrdə baş verənlər, iş adamlarının bürokratik əngəllərlə qarşılaşması, “divan tutulması” ciddi narazılıq yaradırdı. Büdcədən də milyardların gizlədilməsi faktları vardı.
Hakimiyyət bu mənimsəmələrin büdcəyə vurduğu ziyanı hesablamağa başlayanda hər iki qurumda rəhbərlərin dəyişdirilməsi qənaətinə gəldi.
Kənd təsərrüfatı naziri Heydər Əsədovla əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müsümov təyinat alarkən islahatçılar kimi təqdim olunmuşdular.
Amma zamanla ortaya elə korrupsiya faktları, elə cinayətlər çıxdı ki, hər iki nazirin əvvəlkilərə rəhmət oxutduğu məlum oldu. Demə, Füzuli Ələkbərovla İsmət Abbasov daha insaflı imişlər...
Bu 5 il ərzində hər iki sahədə dəyişən nazirlər Sahil Babayevlə İnam Kərimovun da üzərinə ciddi məsuliyyət qoyur. F.Ağamalının “işarəni Qobustandan gözləyin” tipli açıqlaması birbaşa nazirlərə və məmurlara olan ağır təhdiddir...
Anaxeber.İnfo
  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar