Ana səhifə

AŞ PA-da Azərbaycan dinləmələri keçirildi

    Tarix: 11-04-2019 10:46   

 

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Azərbaycandakı siyasi məhbuslar problemi ilə bağlı dinləmələr keçirilib.

Dinləmələrdə AŞ PA monitorinq komitəsinin həmməruzəçiləri Stefan Şennak və Sezar Preda, Azərbaycanın AŞ PA-dakı nümayəndəsi Səməd Seyidov, hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərov iştirak ediblər.

Dinləmələrə internet vasitəsilə Real Partiyasının sədri İlqar Məmmədov da qatılıb. İlqar Məmmədov Azərbaycanda 70-80 siyasi məhbusun olduğunu, insanların inancına görə təqib edildiyini, hakimiyyəti tənqid edən insanların azadlığının məhdudlaşdırıldığını, onların hərəkət hüququnun pozulduğunu və olkədən kənara buraxılmadığını qeyd edib.

Leyla Yunus öz çıxışında 36 siyasi məhbus adından hazırlanan müraciəti dinləmə iştirakçılarının nəzərinə çatdırıb. O, qeyd edib ki, hazırda həbsdə olan bu şəxslər AŞ PA-nı onların azadlığa buraxılması üçün təsirli tədbirlər görməyə çağırırlar.

Səməd Seyidov dinləmələrdə səsləndirilən fikirlərin siyasi ambisiyalardan irəli gəldiyini deyərək, bu mövzuda dinlmələrə başqa şəxsləri də dəvət etməyi tövsiyyə edib. O deyib: “Bəli, Azərbaycanda siyasi məhbuslar var. Onların sayı 1 milyondur. Bu, Ermənistanın işğalı nəticəsində öz yaşadıqları yerdən qovulan məcburi köçkünlərdir. O problem həll olunmayınca Azərbaycanda başqa problemlərin həlli mümkün deyil”.

Leyla Yunus Seyidovun bu sözlərinə sərt təpki göstərib. Hüquq müdafiəçisi deyib ki, bütün diktatorlar öz problemlərini ört-basdır etmək üçün kənarda düşmən axtarırlar: “Əgər bu münaqişə olmasaydı hakimiyyət başqa düşmən tapacaqdı. Azərbaycan insan haqları problemi aradan qaldırılmasa Ermənistanla sülh sazişi imzalamaq və Qarabağ problemini həll etmək mümkün olmayacaq”.

Stefan Şennak siyasi məhbusların həbsdən azad edilməsindən sonra üzləşdikləri problemlərdən danışıb. O, deyib ki, keçmiş siyasi məhbuslar passportlarını ala bilmir, bəzi hallarda bank hesablarından istifadə edə bilmirlər. Şennak buna misal olaraq bloger Mehman Hüseynovun xaricə səfərinə qadağa qoyulmasını göstərib. 

Sezar Preda bu dinləmələrin yekunu olaraq hesabatın yayılacağını bildirib və Azərbaycan hakimiyyətinin bu sənədi olduğu kimi qəbul etməyə çağırıb.

Dinləmələr Sevinc Osmanqızının internet kanalından canlı olaraq yayımlanıb:

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net