Ana səhifə

Avropa Komitəsi: “Azərbaycan hakimiyyəti işgəncələrə son qoymalıdır”

    Tarix: 28-04-2019 10:11   


İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (İQAAK) cinayət təhqiqatlarının aparılması zamanı polis qüvvələri tərəfindən şübhəlilərin dindirilməsi yollarının yaxşılaşdırılmasının vacibliyini bildirib.

Komitənin aprelin 26-da açıqlanan illik hesabatında deyilir ki, bəzi ölkələrdə polislə ünsiyyət əvvəlkitək ifadənin alınmasına yönəlib ki, bu da amansız rəftar riskini artırır. Halbuki, bu, istintaq altında olan məsələlərlə bağlı dəqiq və səhih məlumatın alınmasına yönəlməlidir.

İQAAK qeyd edir ki, polis dindirmələri zamanı amansız rəftarın tətbiqi ölkələrin çoxunda ciddi problem olaraq qalır. Son on ildə Komitə Avropa Şurası ölkələrinin təxminən üçdə birindən polis tərəfindən amansız rəftarla bağlı məlumatlar alıb ki, bunu da işgəncə kimi təsnifləndirmək olar.

Hesabatda tövsiyə olunur ki, polisin amansız rəftarının qarşısının alınması üçün milli hakimiyyət orqanları dindirməyə istintaq yanaşması əsasında polis dindirmələrinin keçirilməsi prinsiplərini və ya dəqiq qaydaları işləyib hazırlasınlar. Belə yanaşma “ittihamedici” sayılmır, səhvlər və yalan ifadələr riskini azaldır. Bu, Avropa Şurasının bir neçə ölkəsində hazırlanıb və İQAAK -ni monitorinq keçirməyə ruhlandırıb. Bu hərəkətlər tədricən universal səviyyədə geniş tanınmaya başlayır.

2018-ci il mayın 31-də və iyunun 1-də Azərbaycanda yüksək səviyyədə danışıqlar aparılıb. Danışıqlar zamanı hüquq-mühafizə orqanları və həbsxanalarla bağlı İQAAK -nin tövsiyələrinin icrası müzakirə edilib. Həmçinin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən işgəncələrə və amansız rəftarın digər formalarına dair bəzi şikayətlərin araşdırılması müzakirə olunub. Bunlar barədə İQAAK -yə 2015-2017-ci illərdə qurumun xüsusi başçəkmələri zamanı məlum olub.

Yeddi səfər haqqında hesabatların və cavabların xüsusi dərci, xüsusilə İQAAK və Azərbaycan hakimiyyəti arasında intensiv dialoq (2017-ci ilin fevralında və 2018-ci ilin may/iyun aylarında Bakıda yüksək səviyyədə keçirilmiş danışıqlar da daxildir) böyük dönüş olub və hakimiyyətin Komitə ilə dialoqu genişləndirmək əzmində olduğunu göstərir.

İQAAK bu qərarı alqışlayıb. Bu, İQAAK -nin göstərdiyi bir çox ciddi problemin həllində şəffaflığa sadiqliyə siqnal ola bilər.

İQAAK -nin səfərlərilə bağlı nəticələr göstərir ki, polis və digər hüquq-mühafizə orqanları tərəfindən işgəncələr və amansız fiziki rəftarın digər formaları, hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq sistemli və endemik olaraq qalır.

İQAAK 2017-ci ilin oktyabrında xüsusi səfər zamanı dəfələrlə qeyd edib ki, polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən saxlanılan şəxslərə qarşı işgəncələr, amansız fiziki rəftarın digər formaları geniş yayılmış olaraq qalır və saxlanılan şəxslər (əsasən söhbət hüquqlar haqda informasiyanın, həbsdə olma, vəkilin və həkimin yanına buraxılma barədə bildirişin təqdimatından gedir) üçün qeyri-effektiv hüquqi zəmanət və cəzasızlıq problemi (effektiv təhqiqatın olmaması) mövcuddur.

Qanunvericilik islahatlarına baxmayaraq, (“Penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və həbs cəzası ilə bağlı olmayan alternativ sanksiyaların və preventiv tədbirlərin yaxşılaşdırılması barədə” Azərbaycan Respublikası prezidentinin fərmanının qəbulundan sonra) həbsxanaların dolu olması, pis şərait, qeyri-adekvat fəaliyyətin olmaması (xüsusilə məhbuslar və ömürlük mühakimə olunanlar üçün), keyfiyyətli tibbi xidmətin olmaması problem olaraq qalır.

Dərc edilmiş hesabatlarda psixiatriya xəstəxanalarında və sosial yardım evlərində ciddi problemlərin olması, o cümlədən bir çox xəstəxanada yaşayış şəraitinin pis olması, pasientlər arasında zorakılığın olması (xüsusilə Gəncə psixiatriya xəstəxanasında) və könüllü olmayan pasientlər üçün effektiv hüquqi zəmanətlərin olmaması əksini tapır.

İQAAK ümid edir ki, səfərlər (və cavablar) barədə həmin yeddi hesabatın dərci Azərbaycan hakimiyyətinin hesabatlarda qeyd olunan ciddi problemləri effektiv həll etməkdə əzmli olduğunu göstəir. İQAAK ilk addım kimi istərdi ki, ölkənin ali siyasi rəhbərliyi Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərə qarşı işgəncələrə və amansız rəftarın digər formalarına “sıfır dözümlülük” haqda açıq, sərt və birmənalı bəyanatla çıxış etsin. Bu kontekstdə Aİ komitənin tövsiyələrinin icrasında Azərbaycana yardım göstərilməsi məqsədilə hakimiyyətlə əməkdaşlığən davamına ümid edir.

Contact.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net