Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqtidar saziş imzalamadı, kimin çörəyinə yağ çəkdi? - balans siyasətində əyilmə...

15-05-2019, 11:15   
 
Təəccüblü heç nə baş vermədi. Azərbaycan gözlənildiyi kimi, Brüsseldə Avropa İttifaqı ilə asossiativ saziş imzalamadı.
Proqnozlarımız özünü doğrultdu - qeyd etdiyimiz kimi, Aİ ilə rəsmi Bakı arasında Avroatlantik məkana inteqrasiyanı sürətləndirəcək tarixi müqavilə bağlanmadı.
Əslində, spiker Oqtay Əsədovun 2 həftə əvvəl ağzından qaçırdığı sözün dərhal mediadan yığışdırılmasından aydın olmalıydı ki, Aİ ilə saziş imzalana bilməz.
Üstəgəl, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməməsi və rəsmi Bakının bəyannaməyə veto qoyması sazişlə bağlı son ümidləri də dəfn etdi.
Bu qalmaqaldan qazanan tərəf isə əvvəldən söylədiyimiz kimi, sazişin əleyhdarı Rusiya oldu.
Anaxeber.info-nun Siyasət Şöbəsi yazır ki, rəsmi Bakının balanlaşdırılmış xarici siyasət kursu tərəzidə əyilməkdədir.
Azərbaycan Rusiyanı qıcıqlandıran bütün özünün xeyrinə olan layihələrdən imtina etməyə məcbur qalıb. Bu məsələdə Aİ ölkələrinin günahı az deyil.
“Şərq tərəfdaşlığı”na tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunsaydı, bu cür arzuolunmaz qopma baş verməzdi. Bu fakt hakimiyyət daxilindəki Aİ ilə saziş əleyhdarlarının çörəyinə yağ çəkdi.
Onlar Rusiyanın Azərbaycan siyasətində təsirlərinin daha güclü olmasını istəyənlərin kolonu idi. Danışıqlar prosesi və sazişin mətni kimi sənədin mübahisə doğuran hissəsi ilə də bağlı ciddi heç bir açıqlama verilmir.
Faktiki prosesin uzanması, sənədin razılaşdırılmaması haqqında ətraflı məlumatlar əldə edə bilmirik. Bu o deməkdir ki, ən azı yaxın 3-4 ay üçün bu sənədin imzalanması mümkün olmayacaq. Əlbəttə ərazi bütövlüyü ilə bağlı bəyannamələrin, bəndlərin qəbulu bizim üçün vacibdir.
Ancaq həmin bəndi vurğulayan qətnamələr belə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Yəni bu məsələni faciəyə də çevirməyə ehtiyac yoxdur.
Azərbaycanın ticarət apardığı ölkələr sırasında da Avropa dövlətləri ilk sıralarda qərar tutublar. Tikintisi başa çatmaqda olan TAP boru xətti ilə daşınacaq qazımızın da son ünvanı Avropadır.
Lakin bir məsələni qeyd etmək yerinə düşər ki, Avropa İttifaqının hegemon gücləri hesab edilən Almaniya və Fransa amili var.
Bu mənada Azərbaycana hər hansı dəstək gözlənmirdi. Almaniya Rusiyadan qaz alır, hətta buna görə super güc olan ABŞ- ı belə qarşısına alıb, ikitərəfli iqtisadi əlaqələri yüksək səviyyədə inkişaf edir.
Yəni, bu tip qərarların qəbul edilməsi iki ölkə arasında arxa fonda soyuqluq yarada biləcək amildir. Fransa isə Dağlıq Qarabağ məsələsində mövqeyini bildirib.
Azərbaycanın ərazi bütövlüyünün tanınması Fransadakı erməni vətəndaşların da etirazına səbəb ola bilər.
Bu mənada adı çəkilən bənd yenidən gündəmə gələ və qəbul edilə bilər. Lakin hazırda bu bənd qəbul edilib, dəyişdirilmədi.
İştirakçı ölkələrin ərazi bütövlüyünün tanınması demək, Gürcüstan və Ukraynanın da ərazi bütövlüyünü dəstəkləmək deməkdir.
Bu mənada yalnız Dağlıq Qarabağ deyil, eyni zamanda Krım, Donbas, Abxaziya və Cənubi Osetiyanın separatizmin "bəhrəsi" olduğunu rəsmi şəkildə qəbul olunduğu deməkdir.
Lakin hazırda Avropa ölkələrinin ABŞ ilə də münasibətləri yaxşı deyil. Bu mənada Rusiya ilə də diqqətli siyasət yürüdülür.
Brüssel görüşü ilə bağlı ərazi bütövlüyü bəndi müzakirə predmetinə çevrilsə də, aylardır əsas mövzu Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanmasıdır. Bu mövzu bu gün də aktualdır.
Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov eyni gündə Brüsseldə olsalar da, saziş hələ imzalanmayıb.
Azərbaycan hakimiyyətinin balanslaşdırılmış xarici siyasət kursunun son illərdə öz fəlsəfəsini itirməsi Brüssel sammitində də əksini tapdı. Rəsmi Bakı Kremlin xətrinə dəyən addımlar atmağa tələsmir.
Ermənistan isə bir neçə il qabaq Aİ ilə bu sazişi imzalayıb. Sözsüz ki, bu risqli addım Serj Sərkisyanın 2 il sonra hakimiyyətdən getməsi ilə nəticələndi. Lakin bu saziş onlara lazım idi.
Avropa İttifaqı isə Azərbaycanın onunla assosiativ saziş imzalamamasına cavab olaraq bir növ cəza variantını seçib ölkəmizin ərazi bütövlüyünü bəyannamədə dəstəkləmədi. Bu, heç də yaxşı olmadı.
Digər cəzalandırma aktı isə Aİ-nin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi mövqeyi oldu. Aİ ümid edirdi ki, Bakı saziş bağlayacaq. Bu olmadığı üçün dərhal hesabat yayıldı.
Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir.
Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır - hesabatda deyilir.
Sənəddə həmçinin arbitrar həbsələrə diqqət yetirilir: “Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanması halları baş verib.
Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olur”.
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar