Ana səhifə

G7 görüşü: Rusiyaya görə mübahisə və Trump üçün sürpriz

    Tarix: 26-08-2019 11:10   



Donald Trump Emmanuel MacronFotonun müəllifiGETTY IMAGES

Bazar ertəsi günü Fransanın kurort şəhəri Biarritzdə "böyük yeddilik" ölkələrinin sammitinin sonuncu - üçüncü günü keçiriləcək.

Bazar günü Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndə heyətinə böyük sürpriz İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif olub. Şənbə günü isə qızğın müzakirələrə Rusiyanın bu dünya ölkələrinin inkişafına çalışan elit kluba geri qaytarılması ilə bağlı olub.

Bazar ertəsi günü gözlənildiyi kimi, G-7 liderlər Amazon yanğınlarına kömək üçün texniki və maddi kömək planını müzakirə edəcəklər.

Fransa Prezidenti Macronun sözlərinə görə, Braziliyadakı vəziyyət beynəlxalq böhran səviyyəsinə çatır.

Biarritzdən verilmiş məlumata görə, tərəflər müvafiq razılaşmasnı imzalamağa hazırlaşırlar.

Rusiyanın vaxtına hələ var

Donald Trump jurnalistlərə deyib ki, G-7 liderləri Rusiyanın bu kluba qaytarılması imkanlarının müzakirə ediblər.

"Bəzi şəxslər Rusiyanın qayıtmasını istəyirlər. Düşünürəm ki, bu bütün dünya üçün xeyirli olardı. Məncə bu müsbət addım olardı. Mənimlə bu məsələdə həmfikir olanlar var və biz bunu müzakirə edirik. Məhz hansı qərarı qəbul edəcəyimizi bilmirəm, ancaq ötən axşam biz Rusiyanı geri qayıtması üçün dəvət etməyi istəyib-istəmədiyimizi müzakirə etdik", Donald Trump bazar günü deyib.

Trump-ın bu təklifi sammitdə anlayışla qarşılanmayıb.

Donald Trump Angela MerkelFotonun müəllifiREUTERS

"Görüşdə müzakirələr G-7-lərin liberal demokratlar olması yönündə olan fikirlərə görə yüngülcə gərginləşdi.. Trump bu nəzər nöqtəsini paylaşmayıb", adının çəkilməsini istəməyən məmurlardan biri Reuters-ə söyləyib.

Trump düşünür ki, Rusiyanın əsas oyunçu olduğunu nəzərə alaraq, Suriya və İran kimi bəzi məsələlər üzrə danışıqlara Putinin cəlb edilməsi töhvə verə bilər.

Bununla yanaşı, Fransa Press-in diplomatik dairələrə istinadən verdiyi məlumata görə G-7-nin digər liderləri düşünür ki, Rusiyanı qrupa qaytarmaq üçün çox tezdir.

Rusiyanın G-8 iclaslarına dəvət olunması Krımın ilhaqından və Ukraynanın cənub-şərqindəki münaqişədən sonra dayandırılıb.

Fransa Prezidenti Makron hesab edir ki, "Böyük Səkkizlik"-yi Ukraynadakı münaqişənin həll olunmadığı vaxtda Rusiyanın iştirakı ilə canlandırmaq aparıcı dünya güclərinin zəifliyinin təzahürü olacaq.

Emmanuel MAcron Vladimir PutinFotonun müəllifiAFP

Avropa Şurasının sədri Donald Tusk də Amerika prezidenti ilə bu məsələdə həmfikir deyil. Tuskun sözlərinə görə, G-7 ölkələrinin Rusiyanı "səkkizlər qrupuna" geri qaytarmamağa tələsməmək üçün indi daha çox səbəbi var, nəinki 2014-cü ildə G-8-lər qrupundan xaric olunarkən.

Donald Trump bildirib ki, Rusiya prezidenti 2020-ci ildə ABŞ-da keçiriləcək G-7 sammitinə dəvətlilər arasında olacaq.

Tramp üçün günün sürprizi

Bazar günü G-7 sammiti çərçivəsində keçirilən görüşlərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də görünüb və Barritzdən verilən xəbərə görə, bu, Trump və Amerika nümayəndə heyəti üçün sürpriz olub.

Cavad ZərifFotonun müəllifiJAVAD ZARIF

Danışıqlarda qısa iştirak edən Zərif söhbət məhsuldar keçib. O Twitter hesabında yazıb ki, "qarşıdakı yol çətindir, ancaq cəhd etməyə dəyər".

Cümə günü sammitöncəsi Zərif Fransada prezident Macronla görüşüb. İran ABŞ arasında qarşılıqlı münasibətlə ABŞ-ın 2015-ci ildə İranın Nüvə Proqramı anlaşmasından birtərəfli çıxışından sonra pisləşmişdi.

Bu müqavilənin digər 5 iştirakçısı o cümlədən, Fransa və Rusiya sənədə sadiq qalıblar, İran isə ABŞ-ın hərəkətinə cavab olaraq nüvə proqramını aktivləşdirib.

Emmanuel Macron fəal şəkildə İran və ABŞ arasında yaranan gərginliyi yumşaltmağa çalışır, eləcə də müqavilənin iştirakçısı olan ölkələr buna çalışır. Bununla yanaşı Trump, vasitəçilik səylərinə şübhə ilə yanaşır.

"Biz öz işimizi görəcəyik, amma bilirsiniz, mən insanların danışmasını dayandıra bilmərəm. Danışmaq istəsələr, danışsınlar", - deyib.

Boris Johnson Donald TrumpFotonun müəllifiREUTERS

Fransa, Almaniya, Böyük Britaniya, Kanada, ABŞ və Yaponiyanın daxil olduğu "Böyük yeddilərin" sammiti avqustun 24-26-da Biarritzdə keçirilir.

Görüşdə Brexit də daxil olmaqla, Amazon meşələrindəki yanğın, İran məsələsi və beyunləxalq ticarətlə bağlı problemlər geniş müzakirə olunub.

1998-ci ildən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin forumu Rusiyanın iştirakı ilə "Böyük səkkizlik" olub. Lakin 2014-cü ilin iyununda Rusiyanın Krımı ilhaq etməsinə görə klub üzvləri Soçidə növbəti G8 sammitinə getməməyi qərara aldılar və Rusiya olmadan Brüsseldə toplaşdılar.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net