Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Köhnə qvardiyanın “sonuncu mogikanına" sarı işıq: fövqəlnazir PA rəhbəri olarsa...

1-10-2019, 08:14   
 

Azərbaycan hakimiyyətinin yüksək eşalonunda on illərlə mənzillənmiş “Yozef Göbbels”lərin domino daşı kimi yıxılmağa başlaması “portfelsiz məmurlar kabineti” yaranması ilə nəticələndi.
Hətta bu mənzərəni “Qocalar evi” adlandırırdılar. İqtidarın “dəmir əlləri”, azman daşları istərsə idarəçilik modelindəki dəyişikliklərdən irəli gələrək, istərsə həyatın axarına uyğun olaraq, “dişsiz” kadrlara çevrildilər.  
Tənqidçi media və ictimai rəy bu şəxsləri illərlə belə xarakterizə edirdi: “Prezident yaxşıdır, ətrafı pis”, “Ətrafındakılar real islahatlara imkan vermir”. Yəni, onlar hökumətin qara qüvvələri, xalqın rifah halının yaxşılaşmasının əleyhdarları kimi səciyyələndirilirdi.
Lakin 2018-ci il növbədənkənar prezident seçkilərinin sonrası formalaşan yeni Nazirlər Kabineti deməyə əsas yaratdı ki, onların daha təsir rıçaqları qalmayıb, “Göbells”lər siyasi səhnədən çəkilirlər, prezident axır ki, onlarla vidalaşır, proseslərə təsir imkanlarını minumuma endirir.
Anaxeber.info xatırladır ki, son iki ildə kimlər mühüm postlardan getmədi - “Qaçqınkom” Əli Həsənov, mer Hacıbala Abutalıbov, baş nazir müavini Abid Şərifov, vergi naziri Fazil Məmmədov, DİN rəhbəri Ramil Usubov, gömrük komitəsi sədri Aydın Əliyev, sosial müdafiə naziri Səlim Müslümov, aqrar nazir Heydər Əsədov, ekologiya naziri Hüseyn Bağırov...
Və təkcə kadr deyil, struktur islahatları da iri fiqurların həlqəsini daraltdı. Prezident Administrasiyası rəhbəri postu formal kresloya çevrildi, Ramiz Mehdiyev müavinlərsiz qaldı, hamısı prezident köməkçiləri təyin olundular.
Ə.Həsənov, H.Abutalıbov Baş nazirin müavini, “portfelsiz məmur” təyin olundular, qalanları işsiz qaldı. Lakin bu proseslərin gedişində “köhnə qvardiya” üzvlərindən fövqəladə hallar naziri Kəmaləddin Heydərov sınaq müddətinə buraxıldı.
Gömrük Komitəsinə də onun adamı olmuş Səfər Mehdiyevin gətirilməsi FHN şefinin başı üzərində qara buludların olmadığı təəssüratı oyatdı.
Sınaq müddətində isə K.Heydərov öz hücrəsinə çəkilməyə, “ehtiyat igidin yaraşığıdır” deyiminə uyğun davranmağa üstünlük verdi. Xüsusən də ardıcıl baş verən fövqəladə hadisələrdən FHN-nin alnıaçıq çıxa bilməməsi ona olan etimadın azalmasına səbəb oldu. Bura daxil idi - Tufandağda itən alpinistlərin tapılmaması, “Diqlas” yanğını və s.
Son aylarda da FHN rəhbəri çox gözə dəymir, ictimaiyyət arasında ara-sıra görünür, görüşləri, qəbulları haqda məlumatlar azdır, aktiv fəaliyyəti müşahidə olunmur.
Təhlilçilərin fikrincə, K.Heydərovun “qılıncının qabağı və dalı kəsən” dövran deyil. Vaxtilə kompromat savaşlarına entuziazmla qoşulan, qruplaşma oyunlarının mahiri olan, rəqiblərini çeynəyən, nazir həmkarlarının bir neçəsini “zərərsizləşdirən” K.Heydərovun artıq “fövqəlnazir” qüdrəti çoxdan gedib.
Qrupların pərən-pərən düşməsi, vahid bir komanda yaranması və prezidentin iradəsinə tabe olunmaları K.Heydərov kimi “fövqəlnazir”in rəqiblərinə “meydan oxumaq” imkanlarını heçə endirib.
Doğrudur, onun indiyə qədər prezident yanında bir ciddi siyasi xətası, bağışlanmaz səhvi yoxdur, İ.Əliyev FHN rəhbərinə etimad edir, sədaqətlidir.
Amma aprel seçkisindən sonra başladılmış islahatlar, bu ilin yanvarından start götürən yeni “siyasi xəritə” köhnə qvardiyadan qalan “sonuncu mogikan” K.Heydərovun da vəziyyətini təhlil etmək zərurəti yaradır.
Analitiklərin fikrincə, onun karyerası cərrah bıçağı ilə bitməyə bilər. Hətta bir vaxtlar Baş nazir olmaq iddiası ilə yaşayan FHN şefinin PA rəhbəri postuna gətirilməsi seçim edilə bilər.
Analizlərdən çıxan qənaət belədir ki, klassik komandadan qalan sonuncu kadrlardan olan K.Heydərovun R.Mehdiyevin səlahiyyətlərini icra etmək səriştəsi, potensialı var.
R.Mehdiyevin Təhlükəsizlik Şurasında Baş katib səlahiyyətlərini R.Usubovun yerinə yetirməsi kimi, PA rəhbəri vəzifəsində də K.Heydərovun onu əvəzləməsi təəccüb doğurmaz, sürpriz olmaz.
Əgər belə bir niyyət olsa, bu qərarı yalnız Heydərovun təcrübəsi, idarəçilik qabiliyyəti və ən əsası yaş senzi ilə əlaqələndirmək olar.
Nəhayət, burada başqa bir məqam da var. Söhbət K.Heydərovun ictimai yükü ilə bağlıdır. Cəmiyyətdə ona təkcə “fövqəlnazir” kimi yox, həm də fövqəladə güc yiyəsi kimi baxırlar.
İqtisadi İnkişaf Nazirliyinin iki başçısının - kifayət qədər qüdrətli Fərhad Əliyevlə Heydər Babayevin “vurulması” K.Heydərovun nüfuz barometri sayılır.
Belə faktlar isə onun hər sahəyə nüfuz edə bilən xarizmatik məmur obrazı, bir də çox böyük maddi və sair imkanları haqda əfsanələrin dolaşmasına səbəb olur. Bildirilir ki, o, kadr təyinatlarına ciddi təsir imkanlarına malikdir, onun sahəsində çalışan adamları dolandırır, çörəkverəndir və s.
Siyasi müşahidəçilər həm də media maqnatı olmağa doğru səmt götürən, xeyli media quruluşuna təsir imkanları və nəzarəti olan K.Heydərovun ictimai rəylə işləmək bacarığını xüsusi vurğulayır.
K.Heydərov böyük biznesin səliqəli və dürüst top-meneceri olaraq etimadı doğruldub - lazımi ünvanlara ödəmələrdə ləngimə, maliyyə imperiyasında “sboy” olmur. Bu iki amil isə çox ciddidir və onlar K.Heydərovun lehinə işləyir.
Eyni zamanda hakimiyyətə və dövlətə sədaqətli olub, lakin iqtidarda nəsillərin dəyişməsi, gənc kadr dəyişiklikləri prosesi qaçılmazdır, İ.Əliyev cavanlarla işləməyə üstünlük verir...

Anaxeber.info
 Turan
  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar