Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mehriban Əliyevanın Moskva səfərinin incəlikləri - Pərdəarxası

26-11-2019, 09:55   
 
2013-cü ildən sonra Azərbaycan-Rusiya münasibətlərində aşkar soyuqluq, gərginlik, Moskvadan Bakıya xüsusi təzyiq siyasəti olmayıb.
Zamanın sınağından çıxan bu dostluq və strateji əlaqələr Kremlin Bakıya bərk inamını yaratdı.

  Anaxeber.info-nun analitik şöbəsi yazır ki, 2013 seçkilərinə qədər Rusiya Azərbaycanla yola getmirdi, bir sıra məsələləri razılaşdıra bilmirdilər.
Lakin 2016-cı ildə keçirilən referendumu, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərini Moskva pis qarşılamadı.
Ardınca prezident İlham Əliyevin həyata keçirdiyi total kadr dəyişikliklərinə, Moskva ilə münasibətləri hər zaman yüksək olmuş PA rəhbəri Ramiz Mehdiyevi işdən azad etməsinə belə Rusiyanın hər hansı intəhası olmadı.  
Belə desək, son 6 ildə şimal qonşu ilə aramızdakı buzlar əriyib, ayberqin ucu da görünüb, Moskva ilə anlaşmadığımız hər hansı baryer hələ ki qalmayıb.
Sözsüz, Kremlin könlü istər ki Bakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da qoşulsun, Gömrük və Avrasiya İttifaqlarına da üzv olsun. Amma hələ ki xülyadır, İ.Əliyev iqtidarda olduğu dövrdə heç vaxt həmin layihələrdə iştirak etməyəcək.
Əslində, Moskva Bakının qarşısında təkidlə belə tələb, seçim də qoymayıb. Eyni zamanda oktyabrda Qoşulmama Hərəkatının zirvə toplantısının paytaxtımızda keçirilməsi və sədrliyin Bakıya verilməsi də istərsə KTMT, istərsə NATO kimi hərbi alyanslardan uzaq durmağa, neytral mövqedə dayanmağa ciddi tramplin oldu.
Buna görə də 2013-cü ildə hakimiyyəti şərti adı “Milyarderlər ittifaqı” olan oliqarxlarla təhdid etmiş Kreml ideoloqları o gün - bu gün daha Bakı ilə şirin dildə danışırlar.
Anaxeber.info-nun təhlilinə görə, Rusiya siyasi rəhbərliyi Azərbaycandakı idarəçilik modelində struktur və kadr dəyişikliklərinə də dözümlü yanaşdı.
Artıq PA-nın deyil, vitse-prezidentlik institutunun idarəçilikdə effektiv mexanizm olduğunu qəbul edirlər. Rusiya elitası da I vitse-prezident Mehriban Əliyevaya Moskva səfərində yüksək münasibətini göstərdi.
Fəxri qarovulun düzülməsi, naməlum əsgərin abidəsinin ziyarət olunması xüsusi qiymətləndirilən dövlətlərə, onların təmsilçilərinə verilən bir protokol hadisəsidir. Odur ki, M.Əliyevaya qoyulan yüksək dəyərin nəticəsiydi ki, protokol hadisəsində istisna yaşandı.
Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu gün gerçəkdən də rus əsgərinin o qiyafədə Mehriban xanıma ehtiramını göstərməsi vacib bir komponent kimi təhlilçilərin nəzərlərini özünə cəlb etməkdədir.
Rusiyanın lideri Vladimir Putinin onu “Dostluq” ordeni ilə təltif etməsi də beynəlxalq aləmə nümayiş etdirilən ciddi mesajıydı - artıq Moskva dostunun kimliyinə işarə edirdi.
Eyni zamanda Putin Azərbaycandakı kadr və struktur dəyişikliklərini dəstəklədiyini göstərmiş oldu.
Onunla Əliyeva arasındakı görüşdə Azərbaycan tərəfdən iştirak edən rəsmilərin kimliyinə nəzər yetirəndə mənzərə aydın olurdu - Putin Əliyevin yeni, gənc, mobil, çevik komandası ilə işləməyə etiraz etmir.
Moskva qəbul edir ki, yeni kabinet köhnə qvardiya üzvlərindən heç də pis deyil. Hətta bu görüş haqda Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc detallarına toxunub: “Ölkə daxilində islahatların ən yüksək səviyyədə getməsində onun dəst-xətti, üslubu görünür.
Əminəm ki, Moskva-Bakı arasındakı yeni münasibətlər həm də Mehriban xanımın iştirakı, onun rəhbərliyi, bilavasitə tövsiyələri, belə müzakirələrdə alınan qərarlar səviyyəsində inkişaf edəcək”.
Qeyd edək ki, M.Əliyevaya indiyə qədər Polşanın “Xidmətlərə görə Böyük Komandor Xaç Ordeni”- 2009, Fransanın “Şərəf Legionu Ordeni”- 2010, YUNESKO-nun “Qızıl Motsart” medalı, Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali Ordeni -2015, Serbiyanın yüksək dövlət mükafatı - “Sreten” Ordeni -2015, Avropa Olimpiya Komitələrinin Ali Ordeni- 2016, Macarıstanın “Xidmətlərə görə Komandor Xaçı” Ordeni verilib.
Putinin “Dostluq” ordeni isə onlardan çox fərqlənir və hər bir siyasi xadimə verilmir. Bu mənada M.Əliyevanın Moskva səfəri Rusiya -Azərbaycan münasibətlərində yeni səhifədir.
Bundan sonra ölkəmizdə rus dilinin inkişafı, tədrisi, mədəni əlaqələrin genişləndirilməsi siyasətində də mühüm işlər görüləcəyi istisna deyil.
Bu, vacibdir və şimal qonşumuzla əlaqələrdə hələ bir müddət də narazılıq, inciklik, soyuqluq olmayacaq, Bakını “5-ci kolon”un əli ilə  sıxışdırmayacaqlar...
Vüqar Abıyev
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar