Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ukrayna-Azərbaycan: Rusiyanın kölgəsində əlaqələr?

16-12-2019, 09:06   
Fotonun müəllifi
Fotonun müəllifi
Ukrayna Prezidentinin Azərbaycana səfərilə bağlı hazırlıqlar başa çatmaq üzrədir. Məlumatlara görə, Vladimir Zelenskinin Cənubi Qafqaz ölkələrinə, Yerevan və Tbilisiyə baş çəkəcəyi planlaşdırılırdı.

Amma daha sonra ixtisara məruz qalan proqramda yalnız Bakı qaldı. Səfərin dəyişməsinin rəsmi səbəbləri məlum deyil. Hərçənd ki, turne siyahısında yalnız Bakının qalması Azərbaycana verilən əhəmiyyətin göstəricisidir, Kiyevdəki Qlobal strategiyalar İnstitutunun direktoru Vadim Karasev bildirir.

"Ermənistan, bir o qədər də müstəqil deyil, o, Moskvadan çox asılıdır. Gürcüstan, bir o qədər sabit deyil. Halbuki Azərbaycan iqtisadi və siyasi baxımdan daha uğurlu və sərbəstdir".


Vladimir Zelenskinin Bakıya səfəri GUAM təşkilatının Kiyevdə keçirilən iclasından sonra yer alır və gələn ildən bu qurumda sədrlik Ukraynadan Azərbaycana keçməlidir.

Ukrayna və Azərbaycanla yanaşı Moldova ilə Gürcüstanı bir araya gətirən GUAM qrupu, Moskvanın liderliyilə qurulmuş Avrasiya İqtisadi Birliyinə əks tərəfdə görünür. Müxtəlif təhlillərdə belə bir fikrə rast gəlmək olar ki, GUAM öz-özlüyündə MDB və Avrasiya İqtisadi Birliyinə qarşı yaradılan təşkilatdır və Azərbaycanla Ukrayna onu regional inteqrasiya vasitəsi kimi görür.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də, Kiyevdə işini başa vuran GUAM-ın gələcəyi barədə danışaraq, avrointeqrasiya proseslərinə toxunub:

"Planımız təşkilatın indiki kimi eyni fazada fəaliyyət göstərməsinə davam etməsidir. Əvvəla, əlbəttə ki, bu, milli maraqlarımızın Avropaya inteqrasiya proseslərində daha da geniş spektrdə təbliğ olunması, həmçinin iqtisadi sahələrdə mövqeyimizin artması və möhkəmləndirilməsidir", - Azərbaycanın Ukraynadakı səfirinin sözləri ayna.az nəşrində iqtibas olunur.

Qərb və Rusiya ilə münasibətlərin həm Bakı, həm də Kiyev üçün praktiki tərəfləri var, Kiyevdə yaşayan iqtisadçı Zöhrab İsmayıl deyir. PhD dərəcəsi üzrə elmi işlə əlaqədər Azərbaycan, Gürcüstan və Ukrayna arasında ixracat əlaqələrini araşdıran mütəxəssisin sözlərinə görə, Bakı ilə Kiyev əlaqələrinə Bakı-Moskva əlaqələrinin əhəmiyyətli təsiri var.

"Bakı, Qərblə Moskva arasında tarazlığı gözləməyə çalışır, - Zöhrab İsmayıl deyir. - Hazırda Kiyevlə Moskva arasında gərginliyin azalması Ukrayna istiqamətində Azərbaycanın fəallaşmasına da zəmin yarada bilər".

Lakin bu fikirlə politoloq Rasim Musabəyov tam razılaşmır.

O, Ukrayna ilə ikitərəfli münasibətlərin formalaşmasında Rusiyanın heç bir rolu olmadığını deyir. "Ukrayna ilə əlaqələr Rusiya kontekstində yox, qarşılıqlı maraqlar əsasında qurulacaq", - Bakıdan telefonla BBC News Azərbaycancaya danışan politoloq bildirib.

SocarFotonun müəllifiSOPA IMAGES/LİGHTROCKET VİA GETTY IMAGES
Image captionSocar-ın Ukraynada yanacaqdoldurma stansiyalarının şəbəkəsi fəaliyyət göstərir.

Vladimir Zelenskinin Bakıya ilk səfəri vaxtı ölkələr arasında əməkdaşlığa dair yeni razılaşmaların imzalanacağı gözlənilir.

Bu arada, ikitərəfli əlaqələrin hüquqi bazası artıq mövcuddur.

Buna əmin olmaq üçün, Ukraynanın Azərbaycandakı səfirliyinin rəsmi saytına nəzər salmaq kifayətdir: burada, 1992-2016-cı illər arası imzalanan, 46 sənəddən ibarət siyahı yerləşdirilib. Razılaşmalar konsul xidmətinin işi, təhsil və elmdən tutmuş kosmik məkanın istifadəsinə kimi müxtəlif sahələri əhatə edir.

Vətəndaşlar isə ticarət əlaqələrinin mövcud olmasını öz gözləri görə bilər: Azərbaycanda satılan, süd, un, taxıl kimi ərzaq malları Ukrayna ilə əməkdaşlığın fiziki təzahürdür. Bura Ukrayna istehsalı olan qatarları da aid etmək olar.

Ukrayna vətəndaşları isə, Azərbaycanla əməkdaşlığın bəhrəsini, kənd təsərrüfatı mallarını alanda, maşınlarına yanacaq doldurarkən görə bilərlər.

Ukraynadakı neft emalı zavodlarının xammala ehtiyacının çoxunu Azərbaycan qarşılayır.

Ukrayna-Azərbaycan ticarət mübadiləsinin həcmi 1 milyard dollardan aşağıdır. 10 il əvvəl bu rəqəm təqribən ikiqat artıq olub. Geriləmə 2014-cü ildəki münaqişədən sonra baş verib və ixrac təyinatlı müəssisələrin Donbas bölgəsində yerləşməsilə bağlıdır.

Münaqişədən əziyyət çəkən hər iki ölkə Rusiya amili ilə yaxşı tanışdır, deyən Vadim Karasev əlavə edir ki, Bakıya səfər edən Zelenski bu məsələdə Azərbaycanın təcrübəsinə daha diqqətlə baxa bilər.

"Donbasdakı münaqişə Dağlıq Qarabağdakı münaqişəyə bənzəyir. Krım bir qədər fərqli məsələdir. Ukrayna bu məsələni müzakirə edə bilər. Təcrübəni öyrənə bilər" o deyir.

Aliyev MoskvadaFotonun müəllifiRIA NOVOSTİ VİA GETTY IMAGES
Image caption2013-cü ildə Azərbaycan lideri Rusiya ilə hərbi-texniki əməkdaşlığın həcminin 4 milyard dollar təşkil etdiyini bildirib.

"Moskvaya qarşı ehtiyatlı davranan Bakı Ukrayna ilə əlaqələri heç vaxt reklam etməyib. Yeni şəraitdə bu vəziyyət dəyişə bilər. Azərbaycan Ukraynaya 327 milyon dollarlıq mal ixrac edir - idxal 385 milyon dollardır. O, bu rəqəmi o cümlədən, qaz ixracı hesabına artıra bilər", Vadim Kasaev deyir.

Kiyevlə Moskva arasında kövrək mülayimləşmə fonunda Bakı-Kiyev əlaqələri canlana bilərmi? Sözsüz ki, bu suala dəqiq cavabı Bakıda keçirilən görüşlər müəyyən edəcək.

Bu arada, Dağlıq Qarabağdakı münaqişənin həllində Rusiyanın dəstəyini qazanmaq istəyən Bakı, son zamanlar Moskvada rəğbətlə qarşılanan bir sıra addımlar atıb: Azərbaycan Rusiyadan böyük həcmlərdə silah alıb, o, Aİ və NATO-ya qarşı tarazlı siyasUkrayna-Azərbaycan: Rusiyanın kölgəsində əlaqələr? ət keçirir. Azərbaycan həmçinin, Krım məsələsilə bağlı BMT-də keçirilən son səsvermədə iştirak etməyib.

Bəzi təhlillərdə deyilir ki, bu, ikitərəfli əlaqələrin inkişafına kölgə sala bilər. Bu belədirmi? Məsələni Kiyevdə necə görürlər? BBC News Azərbaycanca bu sualı Vadim Karaseva ünvanlayıb:

"Bunun heç bir təsiri olmayacaq. Aydındır ki, ictimaiyyətin bir hissəsi bunu mənfi qarşılaya bilər. Amma Ukrayna hökuməti praqmatikdir, o başa düşür ki, Azərbaycanın bu manevr imkanı çox dardır".

Vadim Karasevə əsasən, Kiyev daha çox konkret əməkdaşlığa diqqət yetirməyə meyylidir.

Bu baxımdan, hərbi əməkdaşlıq sahəsində geniş perspektivlər mövcuddur. Belə ki, 400-dən artıq hərbi sənaye müəssisəsinin sahibi olan Ukrayna Azərbaycana maraqlı təkliflər etməyə qadirdir, Vadim Karasev deyir.

"Bəli, Azərbaycanın Rusiya kimi təchizatçısı var. Amma, Ukrayna da alternativ təkliflər edə bilər, cəlbedici olan budur ki, Azərbaycanın daha çox seçim imkanı olacaq", o əlavə edib.

Elçin Süleymanov BBC News Azərbaycanca
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar