Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ yeni sanksiyalar tətbiq edir və müttəfiqlərini potensial İran təhlükələrinə qarşı ayıq olmağa çağırır

13-01-2020, 10:27   
 


İndi, general Süleymaninin qətlindən və Tehranın İraqdakı bazalara raket zərbəsi endirməsindən sonra ABŞ və İranın gərginliyi azaltmağa çalışdığı zənn edildiyi bir vaxtda, Vaşinqtonda kəşfiyyat analitikləri və kibertəhlükəsizlik ekspertləri İranın növbəti addımının daha pis - dağıdıcı kiberhücum və ABŞ-ın və ya onun regiondakı müttəfiqlərinin infrastrukturuna hücm ola biləcəyini təxmin edir.
Cümə günü Ağ Ev İranın, dövlət katibi Mayk Pompeonun sözlərinə görə, "xaricdə zorakılığa görə, həm də ölkə daxilində etirazların yatırılmasına görə məsuliyyət daşıyan" səkkiz yüksək vəzifəli məmuruna qarşı əlavə sanksiyalar tətbiq edib. Tehran "terror aktlarını və ya nüvə bombası ilə hədələməyi" davam etdirərsə, Vaşinqton iqtisadi sanksiyaları  artırmağı vəd edir.
Cümə günü Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən ABŞ dövlət katibinin köməkçisinin kibernetika və informasiya siyasəti üzrə müavini Robert Streyer bildirib ki, ABŞ hakimiyyəti İrandan gələn potensial təhlükələrlə əlaqədar ayıq olmağa çağırır. Eyni zamanda, o, bu təhdidlərin xarakterini açıqlamayıb.
Tehranın yaxın qonşuları, o cümlədən Azərbaycanın energetika infrastrukturu və ya digər sənaye nəzarəti sistemləri üçün hər hansı təhlükə təşkil edib-etmədiyi haqqında suala cavabda Streyer TURAN-ın müxbirinə deyib ki, ABŞ tərəfdaşları ilə İrandan gələn təhdidlərlə bağlı narahatlıqlarını və məlumatları öz tərəfdaşları ilə bölüşüb. "2016-cı ildə və 2017-ci ilin əvvəllərində Səudiyyə Ərəbistanına, o cümlədən Saudi Aramco neft emalı zavoduna hücumların şahidi olduq. Həmin vaxt bir neçə kompüterdən məlumatlar silinmişdi, bu da böyük əhəmiyyətə malik infrastruktura ciddi ziyan vurmuşdu", deyə o xatırladıb.
"Biz İnternetdən insanların danışmaq imkanını məhdudlaşdırmaq və ya fikri ifadə azadlığına mane olmaq üçün istənilən zaman İnternetdən istifadə olunmasından narahatıq".
2019-cu ildə ABŞ bütün dünyada həm kibertəhlükəsizlik sahəsində potensialın artırılması, kibertəhlükəsizlik sahəsində təlim üçün texniki yardım, həm də ölkələrin tənzimləyici orqanları üçün təlim sahəsində normativ və digər yardım üçün 50 mln. ABŞ dolları ayırmağa müvəffəq olub, deyə o qeyd edib. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar