Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Demokratiya indeksində Azərbaycan avtoritar ölkələr sırasına daxil edilib

23-01-2020, 22:29   

 


Azərbaycan 167 ölkə arasında 147-ci olub
Böyük Britaniyanın “Economist Intelligence Unit” şirkəti tərəfindən tərtib edilən Demokratiya İndeksinə görə Azərbaycandakı hakimiyyət üsulu avtokratiya kimi xarakterizə edilib.
“Turan” İnformasiya Agentliyinin məlumatına görə, indeks dünyanın 167 ölkəsini əhatə edib. Azərbaycan 147-ci yerdə qərarlaşıb.
Ölkələr 5 kateqoriya üzrə bölünüblər. İndeks tərtib olunarkən 60 müxtəlif göstərici nəzərə alınıb: seçkilər və plüralizm, vətəndaş azadlıqları, hökumətin fəaliyyəti, əhalinin siyasi fəallığı və siyasi mədəniyyət və digərləri.
Avtoritar rejimlər üçün təsnifatda, siyasi plüralizmin yoxa çıxması və ya son dərəcə məhdudlaşdırılması, mütləq monarxiya və ya diktatura əlamətləri, formal olaraq ənənəvi demokratik institutların olub, lakin heç bir rol oynamaması qeyd olunub. Bundan başqa belə ölkələrdə vətəndaş azadlıqlarının pozulması və sui-istifadəsinin adi hal alması, seçkilərin ədalətli və azad olmaması, KİV-in dövlətə məxsus olub, nəzarət altında olması, məhkəmələrin asılılğı, hökumətin tənqidlərə sərt şəkildə cavab verməsi halları vurğulanıb.
Bir neçə ildir ki, Azərbaycan avtoritar rejimlər kateqoriyasında qalır. 2019-cu ildə Ermənistandan (86-cı yer) və Gürcüstandan (89-cu yer) geri qalıb.
Keçmiş SSRİ respublikaları arasında Azərbaycan Tacikistan, Özbəkistan və Türkmənistan kimi ölkələri qabaqlayıb. Onlardan əlavə, Rusiya, Qazaxıstan, Belarus hökumətləri də avtoritar rejimlər kimi tanınıb.
Ən qeyri-demokratik ölkə kimi Şimali Koreya, İraq və Efiopiya tanınıb.
Müəlliflər: Meydan TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar