Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Seçilmişlərin" seçkiləri

4-02-2020, 08:45   
 


Azərbaycanda parlament seçkiləri yeni axarda keçir, bu da xüsusən də statrda - qeydiyyat üçün imza toplanılması və qeydiyyat proseduru mərhələsində namizədlərin sayının çoxluğunda və prosesin idarəedilməzliyini görüntüsündə əks olunur.
Bu dəfə maneələr, sərf etməyənlərin ələnməsi olmadı. Ancaq seçki kampaniyası başladıqdan sonra qanunverici hakimiyyətdə təmsil olunmaq üçün ən yüksək icra hakimiyyətinin real "seçilmişlərindən" olanların konturları görünməyə başladı. Bu proses iki yerli QHT - Demokratik Təşəbbüslər İnstitutu və Seçki Monitorinq Mərkəzinin seçki hesabatlarında ətraflı təhlil edilir.
Dörd milli televiziya kanalına verdiyi müsahibədə Prezident İlham Əliyev erkən seçkiləri parlamentin tərkibini yeni yaranan icra hakimiyyətinin tərkibinə uyğunlaşdırmaq və ölkənin islahatlar və böhrandan çıxmaq baxımından qarşı-qarşıya qaldığı problemlərlə uyğunlaşdırmaq ehtiyacı ilə əsaslandırdı.
Həqiqətən də, siyahıdakı namizədlər arasında uzun müddət islahatların tərəfdarı olan insanlar var, lakin onlar azlıq içərisindədirlər, bu isə gələcək parlamentin yeni yaranan icra hakimiyyətinin roluna uyğunluğu baxımından əhəmiyyətini azaldır.
Ancaq bu gələcək parlamentin tərkibinin zamanın çağırışlarına və cəmiyyətin istəklərinə cavab verməməsi məsələsinin yalnız bir hissəsidir.
Demokratik Qüvvələrin Milli Şurası  tərəfindən Prezident Administrasiyasının “seçilmiş” namizədlərinin siyahısı administrasiyanın dövlət idarəçiliyində beşinci təkər kimi parlamentin roluna ənənəvi yanaşmasının davam etdiyini göstərir. Seçkiqabağ kampaniya dövründə icra hakimiyyəti orqanları tərəfindən lobbiçilik edilən namizədlərin dərc olunmuş siyahısını şübhə altına ala bilərik, amma DQMŞ-nin açıqlamasını əsaslandıran iki vacib arqument var.
Bu, yerli icra hakimiyyəti orqanları tərəfindən namizədlərin lobbiçiliyinə dair məlumatların mövcudluğu və keçmiş illərin təcrübəsidir.
2015-ci ildə Milli Şura seçkilərdən 22 gün əvvəl seçilmişlərin siyahısını dərc etmişdi, seçki komissiyalarının qərarı ilə onların 90%-dən çoxu təsdiqlənmişdi və onlar praktik olaraq yalnız icra hakimiyyətinin nomenklaturasından ibarət idilər.

Beləliklə, icra hakimiyyətinin açıq rəqabət və müdaxilənin olmaması  görüntüsü yaratmaq taktikası yaşamaqda davam edir və bu, daxili və xarici əhəmiyyət kəsb edəcək. Belə bir vəziyyət heç bir halda hakimiyyətin islahatlar və yeni bir siyasət barədə verdiyi vədlərdən irəli gələn dəyişiklikləri gözləyən cəmiyyəti qane etməyəcək. Prinsipcə, qanunverici hakimiyyətdə islahat cəhdləri ümumi vəziyyətin - iqtisadiyyatın və dövlət-ictimai münasibətlərin böhranının təzyiqi altında başlandı. Seçkilər də böhrana münasibəti və hakimiyyət-cəmiyyət münasibətini konstruktiv məcraya yönəltməklə dəyişməli idi. Bu, baş vermirsə, deməli, hər iki böhran kəsişməyə qədər və böhranın həlli üçün növbəti cəhdlərinin yeni mərhələsi başlayana və dövlət-ictimai münasibətlərdə harmoniyaya nail olunana qədər inkişaf edəcək.
Daxili faktordan fərqli olaraq, xarici faktor seçkiləri gözləmədən özünü biruzə verir, bu da seçkiqabağı situasiyanın mənfi qiymətləndirilməsində özünü göstərir, həmçinin beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə, insan hüquq və azadlıqlarını pozmaqda, xalqların sivil ailəsində üzvlüyü uyğun gəlməməkdə günahlandırılan hakimiyyətin ünvanına kəskin rəy və qınaqda əksini tapır.
 Məsələn,
- yanvarın 28-də Avropa Şurasının Parlament Assambleyası “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamə qəbul edib, qətnamədə Azəbaycandakı situasiya kəskin pislənilir,
- yanvarın 29-da ATƏT DTİHB Müşahidə Missiyası Azərbaycanda 9 fevral parlament seçkilərin ərəfəsində mənfi aralıq hesabat açıqlayıb,
-yanvarın 30-da Avropa Şurasının Parlament Assambleyası “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə mənfi qətnamə qəbul edib.
-  9 fevral parlament seçkilərində seçkiqabağı mühiti qiymətləndirmək üçün 22-23 yanvar tarixlərində Bakıya səfər edən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti mənfi rəy verib;
- ABŞ dövlət katibinin köməkçisinin müavini Kerrie Filipetti Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatını avtoritar rejimlərin klubu adlandırdı;
- Britaniyanın Economist Intelligence Unit şirkətinin 167 ölkə arasında hər il tərtib etdiyi demokratiya indeksi Azərbaycandakı rejimi yenidən avtokratiya adlandırıb. Azərbaycan dünyanın 167 ölkəsi arasında yenidən son yerlərdən birində – 147-ci olub.
- Human Rights Watch (HRW) hüquq müdafiəsi təşklatı Azərbaycanda insan haqları ilə bağlı növbəti illik hesabat hazırlayıb, orada Azərbaycan insan haqlarının pozulması üzrə lider ölkələr arasındadır.
- Azərbaycanda seçkilərə 10 gün qalmış Almaniyada korrupsiya qalmaqalının yeni həlqəsi başlayıb. Onun iştirakçıları rəsmi Bakının maraqlarına lobbiçiliyə görə rüşvət alan alman siyasətçilərdir.
Xarici siyasətdəki bu canlanma Azərbaycan hakimiyyəti üçün yaxşı bir nəticə vəd etmir. Hakimiyyətin beynəlxalq qurumların hazırkı və gələcək mənfi reaksiyalarını nəzərə alaraq, qarşıdakı seçkilərin formatını nəzərdən keçirməsi ehtimalı azdır. Proses inersiya ilə gedir və bir neçə həlledici rolu olmayan səs elementi ilə əlaltı qanunverici orqanın şəxsində məntiqi sona çatmalıdır. Son 25 ildə icra və qanunverici orqanların ənənəvi bir yerdə yaşaması ənənəsi reallıqda məhz belə görünür.
Bir çox cəhətdən cəmiyyətin və beynəlxalq demokratik təsisatların qərarları və hərəkətləri seçkidən sonrakı vəziyyətə və ölkənin gələcək inkişaf istiqamətini seçməsinə təsir edəcək. Hakimiyyətin hərəkətləri, son 5 böhran ilində olduğu kimi, sadəcə, bu iki amilin törəmələri olacaq. Onların konstruktiv və xarici və daxili gözləntilərdən qabaqlayıcı olub-olmaması isə başqa məsələdir.
Turan.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar