Ana səhifə

Bərdəyə qara maskalı gəlməyəcək: Vidadi İsayevi Kərəm Həsənov inandırıb? - Şok təfsilat

    Tarix: 01-06-2020 09:59   
 

Son altı ayda beş rayon icra başçısı kabinetində qandallanaraq rüşvət faktı ilə həbsə göndərilib. Onların mal-mülkü, oğurladıqları pullar nümayiş etdirilib, rüşvət dəftərçələri göstərilib, videoları yayılıb.
Siyasi hakimiyyət bu həbslərdən daxili auditoriyada divident qazana bilib. DTX-nın əməliyyatları əyalətlərdəki qəzəbi soyudur, ürəklərdən tikan çıxarır, əhali tərəfindən qələbə kimi qarşılanır.
Hərçənd, icra başçılarının həbsi ilə sahibkarların pulu geri qayıtmır, vətəndaşlara dəymiş ziyan kompensasiya olmur. Lakin kütlələr mənfur icra hakimlərinin həbsi ilə sanki onlardan qisas almış olur.
Bu hadisələr ən azı hazırda vəzifədə olan İH rəhbərlərinin əl-ayağını yığıb, tikan üstündə oturdub və indiki həssas şəraitdə çətin ki, hansısa əyalət başçısı vətəndaşı incitsin, rüşvət alsın, sahibkardan pul yığsın.
Amma bu sözləri Bərdə rayonu haqda söyləmək olmur. Bərdədə özbaşınalıqlar, büdcə talanı, ənənəvi idarəçilik üsulu davam edir.
Anaxeber.info-ya verilən məlumatlara görə, rayonun tiran başçısı Vidadi İsayev kiçik “boz kardinal” kimi hərəkət etməkdədir.
V.İsayevin dövlət rəhbərliyinin yeni idarəçilik kursuna zidd fəaliyyət göstərməsi və arxayınlığı ciddi faktora söykənir. Əks təqdirdə, çoxdan təşvişə düşərək haqqındakı ifşa dolu materiallardan həyəcanlanardı.
Sızan informasiyalarda iddia edilir ki, Vidadi İsayevin rahatlığına səbəb prezidentin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov amilidir.
İcra başçısı ilə prezident köməkçisinin yaxın qohumluğu V.İsayevdə DTX tərəfindən həbs olunmayacağı əminliyi yaradıb.
Onun K.Həsənova güvənməsi, siyasi postundan və çəkisindən istifadə etməsi sayəsində Bərdədə fironluğunu davam etdirməkdədir.
İcra başçısı yaxın çevrəsində qeyri-rəsmi müzakirələrdə belə iddialar yaydırır ki, K.Həsənov onu qoruyur, gedən proseslərin ona aidiyyatı yoxdur, heç nədən narahat olmağa dəyməz.
Məhz bu səbəbdən Bərdənin müştəbeh, təkəbbürlü, heç kəsi saymayan icra başçısı rayona qara maskalı oğlan gəlməyəcəyinə arxayınlaşaraq işini görür, barəsindəki ağır itihamları susqunluqla qarşılayır.
Onun bu informasiyaları yaydırmasından K.Həsənovun xəbərsiz olması istisna deyil. Ehtimal ki, prezident köməkçisi ona “arxayın ol” deyə pıçıldamayıb da. Sadəcə, İsayev manipulyasiya ilə siyasi ömrünü uzadır.
Halbuki, Fransada XIV Lüdovik də Bərdədəki kimi sakitliyə belə əmin olmuşdu. Kral hər axşam yatmazdan qabaq sarayın pəncərəsindən xalq meydanına baxıb, sonra gündəliyinə “Sabitlikdir” yazıb yatırmış.
Və günün birində həmin səssiz meydan xalq kütlələri ilə dolur və sakitliyi kral əleyhinə qəzəb əvəzləyir.
Eynilə Bərdədə məmur vandalizmi, insanların incidilməsi, həssas təbəqələrin (köçkünlər, şəhid ailələri, aztəminatlı, yoxsul ailələr) təhqir olunması, saymazlıq, vətəndaşı qapıdan qovmaq, şikayətini dinləməmək də nə vaxtsa İsayevə XIV Lüdovikin aqibətini yaşada bilər.
O baxımdan icra başçısının prezident köməkçisi ilə qohumluğuna bel bağlaması üçün ciddi əsaslar yoxdur. Bərdədə narazılıq artır, kifayət qədər mənimsəmə ittihamları var.
Anaxeber.info-nun xəbərinə görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən 8 istiqamət üzrə aparılan tədqiqatlar da Bərdədəki mənzərəni çılpaqlığı ilə ifadə edir.
Bildirilir ki, Bərdə Rayon İcra Hakimiyyətinin rəsmi saytı mövcud olsa da, büdcə xərcləri barədə informasiyaya rast gəlinmir.
Bərdə Maliyyə İdarəsinin isə rəsmi internet resursu mövcud deyil. Bu detalın özü korrupsiya elementidir. V.İsayev büdcə xərclərini ictimaiyyətdən gizlədir.
Vidadi İsayev Bərdə poçtuna göstəriş verib ki, barəsində yuxarı instansiyalara yazılan ərizə və şikayətlərin qarşısını alsın. İcra başçısının əleyhinə olan bircə şikayəti belə, poçt vasitəsilə göndərmək mümkün deyil.
Hüquq-mühafizə orqanlarının yüngülvari təftişi və araşdırması kifayət edir ki, V.İsayevin bütün qanunsuz hərəkətləri, rayonda sahibkarların, şəhid ailələrinin, məcburi köçkünlərin, kiçik rütbəli məmurların, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin başına açdığı müsibətlərin üstü açılsın.
Onun əlindən zar-zar ağlayan icra nümayəndələri, toruna düşən məmurlar İH rəhbərinin qeyri-rəsmi  əmrlərindən cana doyublar.
Bu mənada xeyli vaxtdır mətbuatda V.İsayevin özbaşınalıqları haqda sayız-hesabsız faktlar tirajlanmasına baxmayaraq, “qara maskalı oğlan” Bərdəyə gəlib çıxmır. Çünki K.Həsənov faktorunun rol oynadığı deyilir.
V.İsayevin kifayət qədər bahalı olan “Toyota Prado” (90 GP 555 dövlət nişanlı) və Mercedes G63 AMG avtomobilinə, həmçinin Rusiya və Türkiyədə biznes və obyektlərə sahib olduğu da bildirilir.
Zəruri olaraq bir məqamı da xatırladaq ki, V.İsayevin Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin Bərdə şöbəsinə hər ay yerli qurumlar tərəfindən pul köçürülməsini tapşırdığı da bildirilir.
Nəticədə isə bu quruma hər ay 10 min vəsait yığılır. Həmin vəsaitin hara və necə xərcləndiyi haqda heç bir məlumat yoxdur.
“Bərdədə rüşvət, korrupsiya baş alıb gedir. Ötən gün də dedim, bu rayonun icra başçısı Vidadi İsayevin də vaxtı çatacaq”.

Bunu isə Axar.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev demişdi. O bildirib ki, Vidadi İsayev çox böyük səhvlərə yol verir və Bərdə camaatını incidir:
“Bizə Bərdədə baş verənləri rayondakı təşkilatımızın sədri çatdırır. Koronavirusa görə dövlət tərəfindən Bərdə üçün ayrılan yardımların heç 50 faizi rayonun imkansız sakinlərinə çatdırılmır. Özləri onu qohumları vasitəsilə başqa yerdə satırlar.
Vidadi İsayev padşahlıq etməməlidir. Onun “mənə heç kim heç nə edə bilməz, mən hər şeyi yuxarı vaxtı-vaxtında çatdırıram” deməsi də bir faktdır və bu fakta görə cavab verməlidir”.
H.Hacıyev V.İsayevin dövlətin pul ayırmasına baxmayaraq, artezian quyuların qazılması üçün fermerlərdən 1000 manatdan pul yığılmasını tapşırdığını da bildirmişdi.
Onun V.İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektlərinin siyahısını təqdim edirik və bütün bu dosye onun həbsinə dəlalət edir:
1. Bakı, A.Bakıxanov - 39 ünvanında mənzil
2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil
3. Şərq küçəsi, ev 11 B ünvanında mənzil
4. Oğluna 100.000 manatlıq çayxana
5. Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv/metr olan dükan
6. “Ana və Uşaq” kafesi
7. Təchizat BCS MMC şirkəti
8. Bərdədə ikimərtəbəli mağaza
9. Mixaylovka kəndində imarət
10. Ağcakənddə ikinci böyük villa
11. Xətai rayonu, Babək prospektində dörmərtəbəli 2 ayrı-ayrı malikanə
12. Bərdədə Heydər Əliyev parkında kafe
13. Yevlaxda əzəmətli villa
14. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
15. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
Anaxeber.info-ya
Turan



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net