Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ramiz Mehdiyev yenə meydan oxudu - foto

20-06-2020, 10:56   

 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Ramiz Mehdiyev Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə baxış keçirib.AMEA-nın saytında bu barədə dərc edilən xəbərdə tədbirin tibbi maskadan istifadə etməklə və sosial məsafə gözlənilməklə baş tutduğu qeyd edilib. Lakin tədbirdən verilən fotolardan görünür ki, AMEA prezidenti tibbi maskadan istifadə etməyib. Bu da medianın diqqətindən kənarda qalmayıb.Qapalı məkanlarda tibbi maskadan istifadə mütləqdir. Bu, Prezident İlham Əliyevin dilindən də səslənib. Ölkə başçısı özü də tibbi maskadan istifadə etməklə bu məsələdə istisnaların olmadığını nümayiş etdirib. Odur ki, Ramiz Mehdiyevin tibbi maskadan istifadə etməməsi müxtəlif cür yozulur. Hətta bunu demarş kimi qiymətləndirənlər də var. Bu sayaq düşünənlərin fikrincə, 82 yaşlı akademik risk qruöuna daxil olmasına baxmayaraq tibbi maska taxmamaqla hakimiyyətin pandemiyaya qarşı tədbirlərinə kölgə salıb. Digər tərəfdən, Ramiz Mehdiyev bilir ki, bu məsələdə cəmiyyət hakimiyyətə o qədər də inanmır. İnsanlar hesab edir ki, iqtidar koronavirus infeksiyası ilə bağlı vəziyyəti qəsdən şişirdir və burada siyasi məqsədlər güdür. Ramiz Mehdiyev tibbi maska taxmamaqla cəmiyyətin iqtidara inamsızlığını daha da dərinləşdirmək məqsədi güdə bilər.Bunlar ehtimal və iddialardır. Hörmətli akademikin tibbi maskadan istifadə etməsinin əsl səbəbini isə təbii ki, onun özü bilir.
AnaXeber.info
Turan
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar