Ana səhifə

Operativ Qərargahdan Prezidentə şikayət - Bir qrup jurnalist bəyanat yaydı

    Tarix: 22-06-2020 09:39   
 

Bir qrup jurnalist Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejimi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.Onlar bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı heç bir müddəa yer almayıb və bu qərar ümumilikdə jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına hesablanıb.Müraciətin mətnini təqdim edirik:"Cənab Prezident, hazırda bütün dünyada böyük və ciddi qlobal problemə çevrilən COVİD19 virusu ilə bağlı Azərbaycanda da bir sıra addımlar atılır. İlkin olaraq bu virusla mübarizə daha çox inzibati addımlar tələb edir, çünki hazırda koronavirusun heç bir vaksini yoxdur. Azərbaycanda da bu ilin mart ayından elan olunan xüsusi karantin rejimi avqust ayına qədər uzadılıb. Lakin son günlər virusa yoluxanların kütləvi artması ölkədə iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejiminin tətbiqinə gətirib çıxarıb. Bizim Sizə müraciət etməkdə məqsədimiz isə Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı məhdudiyyətlərlə bağlıdır. Belə ki, bu qərarda jurnalistlərlə bağlı əsaslı bir müddəa əksini tapmayıb, hətta onların vəsiqə ilə fəaliyyətinə belə qadağa qoyulub. Cənab Prezident, koronavirusla mübarizə dövründə həssas və faydalı sahələrdən biri də mediadır, əhalinin doğru-dürüst informasiya ilə təmin edilməsidir. Amma Nazirlər Kabineti yanında Operativ Qərargah artıq ikinci dəfədir ki, jurnalistlərə süni əngəllər yaradır. Ona görə də biz hesab edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci və 71-ci maddələrinə ziddir. Konstitusiyanın 71-ci maddəsinə görə, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Ölkədə isə  fövqəladə vəziyyət rejimi yoxdur. Ona görə də bu qərar medianın fəaliyyətinin mədudlaşdırılması kimi qiymətləndirilməlidir. Cənab Prezident, biz Azərbaycan mediasının nümayəndələri olaraq Sizdən xahiş edirik ki, heç bir qanuna uyğun gəlməyən bu qərararın dəyişdirilməsinə, jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq azadlığına edilən maneələrin aradan qaldırılmasına göstəriş verəsiniz".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net