Azərbaycandan yürüşə baş nazirin müavini qatılıb

11-01-2015, 21:24   
Azərbaycandan yürüşə baş nazirin müavini qatılıb
Bu gün Parisin Respublika meydanında keçirilmiş həmrəylik yürüşündə Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Ə. Əhmədov yürüşə qatılıb.

Qeyd edək ki, bu gün Parisdə baş vermiş terror aksiyalarından sonra birlik və həmrəylik aksiyası keçirilib. Aksiyada dünyanın 50-dən çox ölkəsinin hökumət və dövlət rəhbərləri, diplomatik korpus nümayəndələri, həmçinin dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

Polis aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.