"Ofisim, restoranım olacaq" - İlhamə Quliyeva mərkəz tikdirir

13-01-2015, 21:40   

Xalq artisti İlhamə Quliyeva 2015-ci ilin onun üçün uğurlu olacağına inanır.

Axşam.az-a açıqlama verən müğənni hazırda özü üçün böyük bir mərkəz tikdirdiyini deyib:
“2015-ci ilin ilk günü Antalyaya getdim, yeddiulduzlu oteldə dincəldim. Ötən il mənim üçün uğurlu keçdi. Bu ilin ondan da yaxşı olacağına inanıram. İlin sonunda yeni klipimi təqdim etdim. Düşünürəm ki, ildə bir dənə və sanballı iş təqdim etmək daha yaxşıdır. Hazırda mənim ən böyük layihəmin gerçəkləşməsi sahəsində işlər gedir. Böyük bir istirahət mərkəzi tikdirirəm. Orada mənim ofisim, səsyazma studiyam, restoranım olacaq. Ancaq mənə xidmət edəcək. Bu il xarici səfərlərim gözlənilir”.
Yaradıcılığındakı yeniliklərdən danışan İ.Quliyeva solo konsertinin tarixini açıqlayıb:
“Martın 28-də Heydər Əliyev Sarayında baş tutacaq. Böyük bir musiqiçi heyəti yığmışam. Türkiyədən işçilər dəvət etmişəm, maraqlı səhnə dekorasiyası düzəldəcəklər. Möhtəşəm bir konsert hazırlayıram”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.