Bakı 2015 İlk Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində baş tutan konfransda Azərbaycanın tanınmış simaları müxtəlif idman növləri üzrə səfir seçiliblər. Bəhram Bağırzadə çimərlik futbolu, Rafael Coşqun stolüstü tennis, Tünzalə Ağayeva atıcılıq, Murad Dadaşov su idmanı, İlkin Həsəni velosiped, Tahir və Cabir İmanov voleyboll, Dj Şok atletika, Nigar ilə Eldar badminton, Röya avarçəkmə, Miri Yusif basketboll üzrə səfir seçilib. Könüllülər üzrə səfir seçilən əməkdar artist Tünzalə Ağayeva hisslərini bölüşüb:
"Bütün dostlarımı təbrik edirəm. Şərəf və sevinc hissi keçirirəm. Bizə şərəfli missiya verdiyiniz üçün təşəkkür edirəm. Sənətçilər adından söz verirəm ki, bu işin öhdəsindən layiqincə gələcəyik".
Könül