"Artıq evlənməyin vaxtıdır" - "Fəlakət" üçün özəl gün

15-01-2015, 11:12   


Bu gün “Bozbash pictures”də Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucovun 30 yaşı tamam olur.
Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən Elşən ad gününü Gürcüstanda qeyd etdiyini bildirib:
“Bütün komanda şəklində çəkilişdəyik. İlk təbriki “Bozbash Pictures”in aktyorları etdi. Müğənni Yaşar Cəlilov da bizimlə birlikdə Gürcüstandadır. Çox təbrik almışam. Tanıdığım, tanımadığım adamlardan mesajlar gəlib. Hamıya "çox sağ ol" deyirəm. Sürpriz təbriklər də oldu. Halbuki, həmin insanların bu gün məni yada salacaqlarını ağlıma da gətirmirdim. Heç kimdən hədiyyə almamışam. Mənim üçün hədiyyə elə dostlarımın yanımda olmasıdır. 30 yaşdan böyük hədiyyə ola bilər, sizcə?”.
E.Orucov bu il evlənəcəyini də deyib:
“Bu barədə düşünürəm. Artıq vaxt çatıb. Amma hələ axtarıram, namizədlər yoxdur".




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.