Türkiyənin məşhur oriental rəqqasəsi Asena 4 il sevgili olduqdan sonra 2003-cü ildə qalmaqallı şəkildə ayrıldığı sevgilisi İbrahim Tatlıses haqqında hər kəsi təəccübləndirən açıqlama verib.
Ailem.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, verilişlərdən birində qonaq olan Asena bunları deyib: “Bir kluba, restorana getdiyimdə Dj-lər onun mahnısını çalır. Anlamırlar ki, səsinə, mahnılarına hər zaman böyük hörmətim var. Çünki onun bu sahədəki böyüklüyü mübahisə edilməzdir. Mahnılarını həmişə dinləyirəm, özüm də oxuyuram, hətta xoşbəxt oluram. Yaşadıqlarımız fərqli, sənət fərqli. Mən onun sənətini və şəxsiyyətini bir-birindən ayırdım. Yaşanılan hər şeyi Allaha buraxdım. Vecimə də deyil. Əhəmiyyət vermirəm, əsəbləşmirəm də”.