Sevgilisinin üzünə “kislota” atdığı aparıcı yenidən efirdə- Fotolar
15-01-2015, 22:05
İngiltərədə yaşayan Katie Piper ən sevilən aparıcılardan biri hesab olunur.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 2008-ci il onun üçün unudulmaz bir dövr hesab edilir. Sevgilisi Daniel Lynch tərəfindən onun üzünə “kislota” tökülüb. Sinəsi və üzündən ciddi zərər görən Katie dəfələrlə əməliyyat keçirib. Ancaq buna baxmayaraq gənc qadın TV-lərə geri qayıdıb.
Hər kəsin ilham mənbəyi olan aparıcı güclü qadın olduğunu bildirib.