“Bunu əvvəllər də demişdim ki, Tarkan nadandır”.
Axar.az Türkiyə saytlarına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Hülya Avşar qonaq olduğu proqramlardan birində bildirib.
“Verilişdə Tarkanı qonaq etmək istərmisiniz” sualına “əlbəttə” cavabı verən H.Avşar illər öncə Tarkandan küsdüyünü də xatırladıb. Aparıcının ünvanladığı növbəti sualın cavabı isə daha da maraqlı olub. Aparıcı H.Avşardan “Keçmişdə Tarkanın nadan olduğunu bildirmişdiz. İndi də o fikirdəsiniz”, - soruşur.
Avşar qızının cavabı isə belə olur: “Əlbəttə. Tarkan Hələ də nadandır. Yenə də bu fikirdəyəm”.