Aparıcı Elnarə Təhməzova sənət adamlarına qarşı cəmiyyətdə birmənalı fikirlərin olduğunu düşünür.
Axşam.az-ın məlumatına görə, aparıcı “İncə maraqlar” verilişində sənətdə olan xanımla heç bir kişinin evlənmək istəmədiyini deyib:
“Cəmiyyətdə sənətdə olan xanımlara münasibət başqa cürdür. Hətta aktyor kişilərə də pis baxırlar. Özünə hörmət qoyan kişi aktyor olmaz deyirlər. Bizdə modelə yalnız sevgili kimi yanaşırlar. Heç kim modellə evlənib onu evində xanım etməz. Amma dünyada bu, başqa cürdür. Futbolçular modellərlə, müğənnilərlə ailə qururlar. Hətta məşhur xanımların yanında dayananda sevinirlər”.