Müğənni Elnarə Xəlilova şəhidlərə həsr etdiyi “Aman” mahnısını təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, kompozisiyanın söz və musiqisi Günel Sərdarqızı, aranjemanı Yaşar Baxışa məxsusdur.
Elnarə “Aman”ı bu gün ad günü olan şəhid Fərid Əhmədov olmaqla bütün Azərbaycan şəhidlərinin ruhuna ithaf etdiyini bildirib:
“Hamımızın ürəyində bir nisgil var. Hamı kimi mən də Vətənimizin işğal olunmuş torpaqlarına qovuşmaq ümidi ilə yaşayıram. Bizim əlimizdən gələn təbliğat, vətənpərvərlik ruhunun aşılanmasıdır. Hərbçi olsaydım əlimə silah alardım. Biz yaradıcı insanların da silahı yaradıcı işlərimizdir. Bu da mənim ideoloji müharibəmdir. Mən də bu cür müharibə aparıram. Ehtiyac yaranarsa əlimə silah ala bilərəm”.
Xanım müğənni əlavə etdi ki, yaxın zamanlarda mahnıya klip çəkiləcək. “Aman”ı Rövşən Cahangirov ekranlaşdıracaq. Elnarə klipi Şuşanın işğalı günü ərərfəsində təqdim etməyi planlaşdırır. //qafqazinfo.az/